“EV HƏYATI” MƏNZİLLƏRİ BƏZƏYƏCƏK
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatları Şahlar Əsgərov, Səttar Səfərov, Türk Sənayesi və İş Adamları Beynəlxalq Cəmiyyətinin sədri Namiq Bozqurd, Türkiyənin Azərbaycandakı səfirinin ticarət müşaviri Nəsib Yavuz, “Arsin” MMC-nin prezidenti Murat Əroğlu və digər şəxslər iştirak etmişlər.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov yeni ticarət obyektinin istifadəyə verilməsini ölkəmizdə sahibkarlığın hərtərəfli inkişafına dövlət qayğısının təzahürü adlandırmışdır.
Mağazada əsasən Türkiyədə istehsal olunmuş yüksək keyfiyyətli mebellər satılacaqdır.