ƏTRAF MÜHİT MÜHAFİZƏ OLUNUR
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, ətraf mühitin çirklənməsinin qarşısının alınması, flora və faunanın qorunması işi qurumun və onun yerli təşkilatlarının əməkdaşları tərəfindən uğurla həyata keçirilir.
Ötən il muxtar respublika ərazisində 242 hektar sahədə meşəsalma, 160 hektar sahədə isə meşələrin bərpası işləri həyata keçirilmişdir. 2007-ci ilin yaz və payız əkini mövsümündə 380 min ting əkilmişdir.
Muxtar respublikanın iqlim xüsusiyyətlərini, mövcud təbii su potensialını nəzərə alaraq, yeni suvarma sistemi tətbiq olunmuşdur. Ərazidə nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin mühafizəsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin 15 avqust 2006-cı il tarixli sərəncamına uyğun olaraq Naxçıvan Muxtar respublikasının “Qırmızı kitab”ı çap edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]