ESTONİYADA ESESÇİLƏRƏ ABİDƏ UCALDILACAQ
İkinci Dünya müharibəsi dövründə faşist Almaniyası tərəfində vuruşan eston əsgərlərinin xatirəsinə ucaldılacaq abidənin açılışı iyul ayına planlaşdırılmışdır. Eston nasistlərinin xatirəsinə abidəni müharibə illərində Estoniya ərazisində döyüşmüş sovet ordusunun hissə və birləşmələri şərəfinə xatirə kompleksinin əlli metrliyindəki Maaryamyaedə ucaltmaq nəzərdə tutulmuşdur.
Həmin kompleksdəki üç böyük xaçın önündə vermaxtın tərkibində vuruşmuş 16 eston hərbi hissəsinin adları yazılmış xatirə lövhələri qoyulacaqdır.
Estoniyanın azadlığı uğrunda mübarizlərin xatirəsinin əbədiləşdirilməsi fondunun sədri Kuno Rude bildirir ki, həmin abidəni hələ 2001-ci ildə Tallinn rəhbərliyinin və alman “silah qardaşları”nın maliyyə yardımı ilə açmaq istəyirdilər, lakin o zaman kifayət qədər maliyyə vəsaiti olmadığından bu iş təxirə salınmışdı.
Bu il işi axıra çatdırmaq və abidənin açılışını Estoniya ərazisində döyüşlərin 60 illiyinə həsr etmək alınmışdır.