Azərbaycan Dövlət İnformasiya Agentliyi

“ERMƏNİLƏR VAR, ŞANS İSƏ YOXDUR!”

Berlin, 15 may (AZƏRTAC). “Trabzon-Ardvin-Batum” adlanan “həmyerlilər birliyindən” olan Vaqan Vardikyan adlı birisi Ermənistan KİV-lərində məqalə dərc etdirməklə “Azərbaycanın Vüqar Seyidov kimi təfəkkür sahiblərini” yerlə-yeksan etdiyini düşünür. Söhbət bu sətirlərin müəllifinin “Qars müqaviləsinə “məxfi protokol” - erməni təbliğatının növbəti “icadı” (http://vugar-seidov.azeris.com/?p=635) məqaləsindən gedir. Məqalə erməni təbliğatçılarının 1921-ci il Qars müqaviləsinin qüvvəsini guya 25 il müddətinə məhdudlaşdıran mifik “məxfi protokolun” mövcud olması iddialarını ifşa edir.

Vardikyan məqaləsinin elə ilk cümləsində qeyri-dəqiqliyə yol verir. O yazır: ”Azərbaycan ekspertləri 1921-ci ilin Qars müqaviləsi ilə bağlı fikirlərini geniş ictimaiyyətə çatdırmaqla, son vaxtlar “Naxçıvan istiqamətində” yaman fəallaşmışlar”. Əslinə qalsa, Azərbaycan ekspertləri deyil, qonşu torpaqlarının xülyası ilə yaşayan və həmin məsələni hər vəchlə KİV-lərdə qaldıran ermənilər fəallaşmışlar. Azərbaycanlıların Vardikyanın göstərdiyi istiqamətdə fəallaşmaları üçün elə bir səbəb mövcud deyildir, çünki bizim üçün Naxçıvan deyilən problem yoxdur. Naxçıvan məsələsi 1921-ci ildə həll edilmişdir, özü də birdəfəlik!

Eyni sözlər Vardikyanın ikinci cümləsinə də aiddir. O yazır: ”Belə güman etmək olar ki, bütün bunlar son vaxtlar yüksək vəzifəli diplomatlarının dili ilə Naxçıvan mövzusunu qızışdırmağa başlamış Ankaranın işarəsi ilə baş vermişdir”. Bu mövzunu nə türklər, nə də azərbaycanlılar qızışdırırlar, onlar üçün bu məsələ 1921-ci ildə həll olunmuşdur. Məsələni yaranmış vəziyyətlə heç cür barışmaq istəməyənlər körükləyir.

Vardikyan oxucularına izah etməyə çalışır ki, Naxçıvan Azərbaycanın nəzarətində deyildir. Guya bu diyar siyasi və hərbi cəhətdən Türkiyədən, iqtisadi və enerji məsələlərində isə İrandan asılıdır: “Diskussiyanı elə qüvvələrlə aparmaq lazımdır ki, onlardan real olaraq nə isə asılıdır. Son vaxtlar Bakıdan çox az şey asılı olduğu üçün, zənnimizcə, Naxçıvan məsələsi Türkiyə və Ermənistan arasında həll edilməlidir, bu işdə Azərbaycanın iştirakının heç bir mənası yoxdur”. İşə bir bax! Sən demə, Azərbaycanın artıq Naxçıvana heç bir aidiyyəti yoxmuş və Vardikyan onun gələcək taleyini Ankara ilə müzakirə etməyə hazırlaşır. Ancaq Vardikyan Ankaranın Naxçıvan məsələsini müzakirə etmək üçün canfəşanlıq edən erməniləri qəbul edib dinləməyə hazır olub-olmadığını dəqiqləşdirmir.

Əvvələn, yalnız mövcud olan məsələləri müzakirə və “həll” etmək olar. Artıq qeyd etdiyimiz kimi, ermənilərin özlərindən başqa, dünyanın qalan hissəsi üçün “Naxçıvan məsələsi” mövcud deyildir. Dünya sözügedən “məsələdən” bixəbərdir, vəssəlam! Odur ki, Vardikyan bu “məsələni” təəssüf ki, Türkiyə ilə deyil, öz həmvətənləri ilə, məsələn, mətbəxdə, yaxud meşədə, özü də mütləq pıçıltı ilə həll etməli olacaqdır.

İkincisi, gəlin, Vardikyana kiçik bir sirr açaq: Somali hökuməti Moqadişonun mərkəzi məhəllələrindən o tərəfə vəziyyətə nəzarət etmir. Vardikyana Somalinin nəzarətdən çıxmış vilayətlərinin kimə məxsus olduğu məsələsini həll etmək üçün İrəvandakı hökumətinə həmin bölgələrin taleyi ilə bağlı, məsələn, Vanuatu hökuməti ilə danışıqlara başlamağı təklif etməyi məsləhət görürük. Belə röyalar görən erməni xəritəçəkənlərinin ideyalarının istifadəsiz qalması yaxşı düşmür, axı!

Vardikyan yazır: ”Təxmin edilir ki, məxfi protokol Qars müqaviləsinə deyil, 1921-ci ilin Moskva (Rusiya-Türkiyə) müqaviləsinə aid ola bilər. Məlumdur ki, onun əsas müddəaları, o cümlədən Naxçıvana dair müddəalar faktiki olaraq Qars müqaviləsinin mətninə köçürülmüşdür. Deməli, Moskva müqaviləsinə aid belə məxfi protokol varsa, (fikir verin ki, biz belə bir sənədin olduğunu təsdiq etmirik, yalnız təxmin edirik) o, Qars müqaviləsinin müddəalarına da aid ediləcəkdir”.

Yoldaşlar, mifik “məxfi protokolunuzun” hansı müqaviləyə “aid ola biləcəyi ilə bağlı təxminləriniz” barədə bir qərara gəlin. Yoxsa, mətbuatda gah Qars, gah da Moskva müqaviləsindən yazırlar. Aydın məsələdir ki, bunların biri digərini az qala təkrarlayır. Lakin o da məlumdur ki, belə məsələlər son dərəcə dəqiqlik tələb edir. Ancaq maraqlı bu deyildir. Sən demə, ermənilər belə bir sənədin olduğunu daha iddia etmirlər, yalnız təxmin edirlər. Yəni söhbətin predmeti əvvəlki kimi yoxdur. Gəlin belə şərtləşək, “dostlar”, söhbəti ümid yeriniz olan bu “protokolu” masanın üstünə qoyanda davam etdirərik.

Vardikyan daha sonra yazır: “Moskva müqaviləsində onun müəyyən müddət qüvvədə olması nəzərdə tutulurdu. Sonra tərəflər, yəni Türkiyə və sovet Rusiyası bu müqavilənin ya vaxtını uzatmalı, ya da onu qüvvədən düşmüş saymalı idilər”. Yenə də qeyri-müəyyənlik. Kim nəzərdə tuturdu? Bütün bunlar harada əksini tapmışdır? Hanı haqqında danışılan sənədə istinad? Hələlik ancaq havaya istinad edilir. Ona qalsa, mən də deyə bilərəm ki, lap elə həmin Qars müqaviləsinə dair məxfi sənəd olmuşdur və Ermənistan 50 ildən sonra özünü ləğv edib könüllü surətdə Azərbaycanın tərkibinə daxil olmaq öhdəliyi götürmüşdür.

Vardikyan yazır: ”Müqavilənin mümkün fəaliyyət müddətinin 25 il olduğu göstərilir və bu, həmin Müqaviləyə təxmin edilən məxfi protokolda əksini tapmışdır”. Harada göstərilir? Həmin məxfi müqavilə haradadır (onu nəhayət camaata göstərin!)? Müəllif sənəddə hansı məsələlərin “əksini tapdığını” dəqiq bilirsə, nə üçün o, əvvəlkitək “təxmin edilən” adlandırılır?

Vardikyan nə üçün 30 il deyil, məhz 25 il nəzərdə tutulduğu barədə orijinal versiya irəli sürür: ”Məlumdur ki, 1945-ci ilin yazında Ermənistan SSR və Gürcüstan SSR tərəfindən Türkiyəyə qarşı ərazi iddiaları və sovet qoşunlarının 1946-cı ilin martınadək həmin ərazilərə daxil olması üçün “qoşununu və əhalisini” ona məlum olan sərhədlərə qədər geri çəkməsi barədə ultimatum irəli sürülmüşdür. 1921-ci ilin üstünə 25 il əlavə etsək, məhz 1946-cı il alınır”. Çox maraqlı hesablamadır.

“Pokrovski qapıları” filminin qəhrəmanı Marqarita Pavlovna bu yerdə deyərdi: ”Xobotov, bütün bunlar qeyri-ciddidir!”. Belə çıxır ki, İosif Stalin 1945-ci ildə İranın sovet qoşunları tərəfindən tutulmuş şimal əyalətlərini əvvəlcə tərk etmək istəmədiyinə görə biz də təxmin edə bilərik ki, Türkmənçay müqaviləsinə aid onun fəaliyyət müddətinin 117 il olduğunu göstərən hər hansı “məxfi sənəd” olmuşdur. Bəs, sabah Ermənistan hökuməti Gürcüstana qarşı rəsmi ərazi iddiaları irəli sürsə, mövcud Ermənistan-Gürcüstan sərhədini müəyyən müddətlə məhdudlaşdıran və deməli, indi onun vaxtının uzadılmasını, yaxud qüvvədən düşməsini tələb edən daha bir mifik sənədi təxmin etmək olmazmı? Həmkarlarım, diskussiya mövzusu olan sənədin özü yoxdursa, dediklərinizin heç bir mənası olmayacaqdır!

Müəllif məqaləsində müstəqil Azərbaycanın 1991-ci ildə Azərbaycan SSR-in hüquqi mirasından “imtina etməsi” və Naxçıvan, Qarabağ və Zəngəzurun 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil olmaması barədə ermənilərin çox sevdikləri tezisləri təkrar edir. Şərhini lüzumsuz saydığımız, yalnız erməni ”hüquqşünaslarının” ağlına gələ biləcək birinci tezis adi cəfəngiyyatdır. Bu cür məntiqə əsaslansaq, Ermənistan da müstəqillik əldə etdiyi üçün sovetləşdirmənin ilk illərində Zəngəzuru Azərbaycan İnqilab Komitəsindən hədiyyə almış, daha sonra Göycədən şərqdə, Qazax, Tovuz və Şərurdan geniş ərazilər qoparmış Ermənistan SSR-in hüquqi mirasından məhrum olmalıdır.

İkinci tezisə gəldikdə isə, tarixşünaslıqda bu məsələyə çoxdan xitam verilmişdir. Naxçıvan, Qarabağ və Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin tərkib hissələri olmuşdur və bu kiçik məqalədə biz bu faktı təsdiq edən tarixi mənbələrə söykənən minlərlə istinad gətirməyə hazırlaşmırıq.

Əslində, məsələ heç bunda da deyildir. Vardikyan yazır ki, “Naxçıvan həmişə ermənilərin olmuşdur və buradakı erməni əhalisinin sayı haqqında söhbətlər həmin vilayətdə erməni izinin əhəmiyyətini azalda bilməz. Naxçıvan hətta orada erməni əhalisinin olmadığı vaxtlarda da ermənilərə məxsus olmuşdur”. Onu Tanrıya tapşırırıq! Ona qalsa, biz də iddia edə bilərik ki, İrəvan, Göyçəbasar və Zəngəzur həmişə Azərbaycan torpaqları olmuşdur və bu gün, azərbaycanlı əhalinin orada qalmadığı bir vaxtda da bizim olaraq qalır.

Məlumdur ki, Qars müqaviləsinin beşinci maddəsində deyilir: ”Türkiyə hökuməti, sovet Ermənistanı və Azərbaycanının hökumətləri razılaşırlar ki, Naxçıvan vilayəti sözügedən müqaviləyə əlavə 3-də müəyyən olunmuş sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir”. O da məlumdur ki, 1923-cü ilin fevralında, yəni SSRİ yarandıqdan təxminən ay yarım sonra (!) Naxçıvan ərazi muxtariyyətinin yerində Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Diyarı yaradılmış, 1924-cü il fevralın 9-da, yəni SSRİ-nin birinci Konstitusiyası qəbul edildikdən 9 gün (!) sonra isə Azərbaycan SSR tərkibində Naxçıvan MSSR-ə çevrilmişdir. İndi isə Vardikyan Azərbaycan SSR-ni Qars müqaviləsi ilə lap əvvəldən onun himayəsinə verilmiş Naxçıvanı “mənimsəməkdə” ittiham edir. Yəni “tərkibində” sözü onun xoşuna gəlmir. O, SSRİ-nin yaranması prosesinin məntiqini hesaba almır. “Yiyəsiz” muxtariyyətlər, yəni müttəfiq respublikaların TƏRKİBİNƏ daxil olmayan muxtariyyətlər SSRİ-nin tərkibinə daxil ola bilməzdilər. SSRİ-də hər bir muxtariyyət müəyyən müttəfiq respublikanın tərkibində olmalıydı. Odur ki, lap əvvəldən Azərbaycanın himayəsinə verilmiş və əsasən azərbaycanlıların məskunlaşdığı bir ərazinin onun tərəfindən “mənimsənilməsi” barədə danışmaq yersizdir. Yeri gəlmişkən, elə Konstitusiya nə Bakıda, nə də Naxçıvanda, Kremldə yazılmışdır. Odur ki, Naxçıvan diyarı Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil olduğu kimi, Naxçıvan MSSR də Azərbaycan SSR-in tərkibində olmuşdur!

Vardikyanın fikrincə, “Ermənistanın Naxçıvana qarşı təcavüzündən danışmağa heç bir əsas yoxdur, çünki Azərbaycanın “erməni Naxçıvanı” ilə bağlı “tarixi ədaləti” bərpa etməkdə Ermənistana müqavimət göstərməyə tamamilə qadir olmadığı o gərgin çağlarda da Ermənistan Respublikası bu ərazi üzərində nəzarəti ələ keçirmək üçün addım atmadı. Ermənistanı təcavüzkar siyasət yeritməkdə o vaxt qınamaq olardı ki, o, məsələn, 1991-1994-cü illər hərbi əməliyyatlar dövründə Naxçıvan ərazisini tutmuş olaydı”. Aydın məsələdir ki, o illərdə Ermənistan bu ağılsız addımı guya Qars müqaviləsinə sadiq qaldığına görə deyil, Sədərəyi artilleriya atəşinə tutduğu elə ilk cəhdlərdən sonra Moskvadan yaxşıca qulaqburması aldığına görə atmamışdı. Turqut Özal rusiyalı həmkarı Boris Yeltsinlə əlaqə saxlayıb vəziyyətin gərginləşəcəyi təqdirdə ölkəsinin Naxçıvanı müdafiə etməyə hazır olduğu və bunun Ermənistan üçün acı nəticələr verəcəyi barədə onu xəbərdar etmişdi. Ermənistana barmaq silkələdikdən sonra o, dərhal geri çəkilmiş, artilleriya atəşləri isə o dəqiqə kəsilmişdi. Turqun Özalın xəbərdarlığından bir qədər əvvəl Gərməçataq kəndinin qəhrəmancasına müdafiə olunduğunu, onun uğrunda ağır döyüşlərin getdiyini hamımız xatırlayırıq. Odur ki, bizə ermənilərin Qars müqaviləsinə alovlu məhəbbət və sədaqəti barədə nağıl danışmağın yeri deyildir.

“Hazırkı mərhələdə Ermənistan nəinki Naxçıvan vilayətinin indiki statusu ilə razılaşan ölkədir, o, həm də vilayətin statusuna yenidən baxmaq hüququnu saxlamışdır, çünki bu ərazi üzərindəki suverenliyindən mütləq şəkildə imtina etməmişdir” - yazan Vardikyan utanmadan Azərbaycanı və Türkiyəni “Naxçıvan istiqamətində fəallaşmaqda” və “diyarın statusu haqqında məsələni qızışdırmaqda” ittiham edir. Vardikyan öz şəxsi fikrini Ermənistan hökumətinin rəsmi mövqeyi ilə dolaşıq salır. İrəvandakı rəsmi dairələrin bu məsələni qaldırmaq üçün cüzi hüquqi şansı olsaydı, onlar bunu çoxdan edərdilər. Lakin başa düşürlər ki, bu, mümkün deyildir. Məşhur lətifədə deyildiyi kimi: “ara, ermənilər var, şans isə yoxdur”.

Sonda o, maraqlı bir dəlil gətirir: sən demə, Naxçıvan muxtariyyətinin ilk bayrağında Azərbaycan və erməni dillərində mətn yazılıbmış. Tutaq ki, belədir. Bu, Azərbaycan SSR-də milli azlıqlara münasibəti göstərir. Müqayisə üçün deyək ki, vaxtilə əhalisinin demək olar, yarısı azərbaycanlı olan Ermənistan SSR-in bayrağında iki dildə yazı olmamışdır. Hələ Ermənistan SSR-də azərbaycanlılar üçün Azərbaycan SSR-in DQMV-sı kimi paralel muxtariyyətin yaradılmasından danışmırıq. Bu da Ermənistanın milli azlıqlara münasibəti!

Yeri gəlmişkən, milli azlıqların dilində yazı və lövhələr bütün sivil ölkələrdə normal haldır. ABŞ-da anketlər, yazılar və elanlar həmişə ingilis və ispan dillərində, Almaniyada alman və türk, Makedoniyada makedon və alban, Slovakiyada slovak və macar dillərində və s. təqdim olunur. Bu, Türkiyənin Almaniyaya, Meksikanın isə ABŞ-a qarşı ərazi iddiaları qaldırmalarına əsas verirmi? Cavab üçün Vardikyan kimi “mütəfəkkirlərə” müraciət etmək olar.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Afinada Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ilə bağlı dəyirmi masa təşkil edilib

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib  YENİLƏNİB VİDEO

İsveçrə Prezidenti: “Avropa Siyasi Birliyi” qitə ölkələri arasında mühüm fikir mübadiləsi platformasıdır

Türkiyə Prezidenti: Qlobal orta temperatur artımını 1,5°C ilə məhdudlaşdırmaq hədəfinə nail olaq

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb VİDEO

Tramp prezidentlik müddəti başa çatana qədər Kuba məsələsini həll etmək istədiyini bildirib

Fariz Əhmədov: “Sükut içində addımlar” filmi Qarabağın minalardan təmizlənməsində iştirak edən qadınların gündəlik həyatını əks etdirir

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimatı olub

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub VİDEO

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb VİDEO

Dakar-2026: Azərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib

Nyu-Yorkda binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

Azərbaycan şahmatçıları Avropa çempionatında daha iki medal qazanıblar

CECECO COP31 çərçivəsində təmiz enerji və dayanıqlı inkişaf üzrə müzakirə aparıb

Maltanın Baş naziri: Süni intellekt, enerji əlçatanlığı və bağlantı əsas müzakirə mövzularımız olub

Türkiyə millisi Belçikaya məğlub olub

İrlandiyalı nazir: Ukrayna müharibəsi Aİ-nin iqtisadiyyatına mənfi təsir göstərir

Şimali Makedoniya Prezidenti: “Avropa Siyasi Birliyi”nin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi etimad göstəricisidir

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Toral Bayramov: Sabah qələbə qazanaraq xalqımızı sevindirmək istəyirik

Ukrayna mediası Azərbaycan və Ukrayna prezidentlərinin görüşünə geniş yer ayırıb

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub VİDEO

Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub VİDEO

Mateuş Çuxnovski: “Sükut içində addımlar” filmi uzun zaman və böyük zəhmət tələb edən layihədir

İsmayıl İman: "Sükut içində addımlar" filminin çox vacib mövzusu və qeyri-adi hekayələri var

Qaradağ rayonunda Konstitusiya Günü ilə bağlı dəyirmi masa keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub YENİLƏNİB VİDEO

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi şəhid olub

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

Azərbaycanın gənc gimnastı dünya çempionatında gümüş medal qazanıb

ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçublar

Vüqar Süleymanov: Mina hadisələrinin təxminən 60 faizi keçmiş təmas xəttindən içəridə baş verib

"Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları” mövzusunda Dəyirmi masa

Dövlət idarəçiliyində süni intellektin tətbiqi imkanlarına dair təlim keçirilib

Yaradıcılıq gecəsi: “Laçından keçən ulduzlar”

Azərbaycan və Tacikistan ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparıb

Süni intellekt yazıçını əvəz edə bilərmi? VİDEO

Bu saata olan əsas xəbərlər

Azərbaycan və Dünya Bankı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

Tramp Meksikanı gömrük rüsumlarını ikiqat artırmaqla hədələyib

Göyçay narı niyə bahadır? Fermerdən bazara qədər qiymət fərqi - REPORTAJ

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb VİDEO

Bünövrə rolunu oynayan Konstitusiyamız hüquqi dövlətin Azərbaycan modelini formalaşdırdı - ŞƏRH

Qazaxıstanda xərçəngə qarşı ilk yerli dərman preparatı gələn il bazara çıxarıla bilər

Böyük Britaniyada jurnalistlərə qarşı hücum planlaşdıran iki İran vətəndaşı təqsirli bilinib

COP31 çərçivəsində Azərbaycan ilə Qırğızıstan arasında ətraf mühit məsələləri barədə müzakirələr aparılıb

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Nazirlik rəsmisi: Yeni subsidiya mexanizmi atçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə xidmət edir

12 Noyabr - Konstitusiya Günü bölgələrdə müxtəlif tədbirlərlə qeyd olunub

“Bir əsrin işığında türkologiya: irs və perspektivlər” - SDU-da beynəlxalq forum

Azərbaycan-Aİ iqtisadi əməkdaşlığında prioritet enerji ixracından geniş iqtisadi tərəfdaşlığa keçid olmalıdır – ŞƏRH

London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır

Azərbaycan boksçusu Avropa yığmasının heyətində döyüşəcək

Polyaklar Britaniyanı tərk edərək vətənlərinə qayıdırlar

Ədəbiyyat Muzeyində tanınmış şair Sərdar Əsəd yaradıcılığına həsr edilmiş ekspozisiyanın açılışı olub

Vaşinqtonda silahlı insident baş verib

TÜRKPA-nın gənc parlamentariləri Ankarada toplaşıblar

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

NVIDIA-nın baş direktoru Censen Huan istefa verib

Britaniya Çaqos adalarının Mavrikiyə verilməsi istiqamətində növbəti hüquqi maneəni aradan qaldırıb

Toxunaraq oxunan dünyalar: Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzindən REPORTAJ

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

Günay Əfəndiyeva: Mədəniyyətə ayrılan vəsait gələcək nəsillərin mədəni-intellektual inkişafına qoyulan sərmayədir

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib YENİLƏNİB VİDEO

® “Azərikard” süni intellekt və davranışəsaslı yeni həllini təqdim edib

Bu ilin 9 ayında Azərbaycana ən çox Rusiya və Türkiyədən turist gəlib

NATO-nun Baş katibi: “PURL” proqramı çərçivəsində Amerika texnikasının Ukraynaya çatdırılması davam edir VİDEO

NATO-nun Baş katibi: “PURL” proqramı çərçivəsində Amerika texnikasının Ukraynaya çatdırılması davam edir VİDEO

Qırğızıstan-Türkiyə Manas Universitetində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib

Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələr arasında suverenliyini ilk bərpa edən dövlətdir

Məktəbəqədər təhsil müəssisələrində valideynlərlə əməkdaşlıq gücləndirilir

Ağsuda fermerlər dövlət dəstəyi imkanları barədə məlumatlandırılıblar

Kreml Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların nəticələrini açıqlayıb

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub VİDEO

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub VİDEO

Moskvada Rusiya Prezidenti ilə ABŞ nümayəndələri arasında danışıqlar keçirilir

Astana və Bakı Xəzərin qorunması üzrə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər

Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır

Yanvar-oktyabr aylarında pensiyalara 6 milyard 527 milyon manat vəsait yönəldilib

Bəhram Osmanov: “İki aktrisa üçün baş rol” gərgin dramatizmi ilə seçilir

Azərbaycan və Cənubi Koreya arasında turizm əlaqələri genişləndirilir

Bakının ev sahibliyi edəcəyi "SportAccord Convention 2027" sammitinə qeydiyyat başlayıb

Azərbaycanın tarixi Zəfəri milli həmrəyliyin və qətiyyətli siyasi iradənin nəticəsidir - ŞƏRH

Özünüməşğulluq proqramı üzrə 200-dən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Ərdoğan: Pakistanın üzləşdiyi problemlərin sülh yolu ilə həllinə dəstək verməyə hazırıq

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun korpuslarından birinin fəaliyyəti dayandırılıb

Almaniyanın metal və elektrotexnika sənayesi işçiləri tətilə hazırlaşırlar

Vüqar Rəhimzadə: Azərbaycançılıq ideologiyasının təbliğində medianın üzərinə mühüm vəzifələr düşür

Yaponiyada keçirilən Dünya Tarixi Şəhərlər Liqasının 20-ci konfransında Şuşa da təmsil olunub VİDEO

Yaponiyada keçirilən Dünya Tarixi Şəhərlər Liqasının 20-ci konfransında Şuşa da təmsil olunub VİDEO

Azərbaycan milli mətbəxi Uruqvayda “Beynəlxalq Kulinariya Günü”ndə təqdim olunub

Səmyar Abdullayev: 100-dən çox gözdən əlilliyi olan şəxs mədəniyyət sahəsində çalışır

Deputat: Azərbaycançılıq ideologiyasının formalaşmasında ziyalılarımız mühüm rol oynayıblar

YAP Veteranlar Şurasının VIII Qurultaydan sonrakı ilk iclası olub

Azərbaycan eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatını 4 medalla başa vurub VİDEO

Azərbaycan eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatını 4 medalla başa vurub VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Dram Teatrında “İki aktrisa üçün baş rol” tamaşasının məşqlərinə başlanılıb

Azərbaycan və Tacikistan Müdafiə nazirliklərinin nümayəndə heyətlərinin görüşü olub

“Bərabər İmkanlar” layihəsi çərçivəsində inklüziv cəmiyyətin inkişafına həsr olunmuş görüş təşkil edilib