ERMƏNİ SİYASƏTÇİSİ HƏYƏCAN TƏBİLİ ÇALIR
O bildirmişdir ki, əgər 2009-cu ilədək bu siyasət davam edərsə, ölkə ərazisində bir nəfər də erməni qalmayacaqdır. Belə ki, hazırda Ermənistan regionda iqtisadi və siyasi proseslərdən təcrid olunmuş, Avropa Birliyi tərəfindən həyata keçirilən İNOGATE VƏ TRASECA layihələrindən kənarda qalmışdır. Hovanesyanın sözlərinə görə, İran-Ermənistan qaz kəməri də ölkəsinə xeyir gətirməyəcəkdir.
Erməni siyasətçisi təəssüflə bildirmişdir ki, Azərbaycan və Gürcüstan Avropaya və NATO-ya inteqrasiya etdiyi halda, Qərbdə onun ölkəsini Rusiyanın vassalı sayırlar. Halbuki, bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və Dağlıq Qarabağ münaqişəsinin yalnız bu prinsip əsasında həll olunacağını bildirmişdir. Hovanesyan İran parlamenti sədrinin də bu cür bəyanatla çıxış etdiyini diqqətə çatdıraraq, bütün bu uğursuzluqların Ermənistanın yarıtmaz xarici siyasətinin məntiqi nəticəsi olduğunu bəyan etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [18:17]
Azərbaycan Aİ-nin Brüsseldə keçirilən nazirlər toplantısında təmsil olunub
- 17.11.2026 [18:14]