Azərbaycan Dövlət İnformasiya Agentliyi

ERMƏNİ HƏRBİ TƏBLİĞATININ BÖHRANI

Berlin, 28 yanvar (AZƏRTAC). Azərbaycanın kütləvi informasiya vasitələrində xəbər verildiyi kimi, yanvarın 26-da yerli vaxtla saat 19.00 radələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən bölmələri Ağdam rayonunun Cavahirli kəndi istiqamətində postlardan birini ələ keçirməyə cəhd göstərmişlər. İşğalçıların bu cəhdi baş tutmamışdır - düşmən tərəfdən üç nəfər öldürülmüş, daha bir neçə nəfər yaralanmışdır. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, öldürülənlərdən birinin cəsədi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə qalmış, erməni tərəfi digər iki cəsədi, habelə yaralı döyüşçüləri döyüş meydanından çıxarmağa müvəffəq olmuşdur. Nazirliyin mətbuat xidmətinin məlumatında göstərilir ki, azərbaycanlı döyüşçülər arasında itki olmamışdır.

Bu biabırçılıqdan sonra Dağlıq Qarabağdakı erməni ekspedisiya korpusunun yaydığı məlumat isə döyüş meydanında məğlubiyyətdən daha rüsvayçı olmuşdur. Özünü “Dağlıq Qarabağ Silahlı Qüvvələrinin podpolkovniki” adlandıran Senor Asratyan bildirmişdir ki, “ruhi xəstə olan Bad Tadevosyan adlı mülki şəxs sərxoş vəziyyətdə Azərbaycan mövqeləri tərəfə yaxınlaşmağa cəhd göstərmiş, erməni hərbi qulluqçularının onu dayandırmaq cəhdləri səmərə verməmiş, nəticədə Tadevosyan özü və sıravi əsgər Arkadi Akopyan həlak olmuşdur”.

Baş vermiş hadisənin bu cür “original təfsiri” məşhur “erməni radiosu”nun lətifələrindən başqa heç nəyə yaramır və tamamilə haqlı olaraq müəyyən ritorik suallar yaranır. Bu sualların cavabları isə ermənilərin bəsit hərbi təbliğatını alt-üst edir. Əvvələn, əgər hücumun gedişində öldürülmüş və sonradan azərbaycanlı hərbi qulluqçuların artıq “cəsəd şəklində” döyüş meydanından götürdükləri Bad Tadevosyan həqiqətən ruhi xəstə idisə, ümumiyyətlə, necə olmuşdur ki, o, Ermənstan Silahlı Qüvvələri sırasına gəlib çıxmışdır? Məlum olduğu kimi, bir sıra hallarda orduda xidmət etmək istəməyən və əslində sağlam olan çağırışçılar hərbi komissarlıqlarda təşkil edilən tibbi komissiyalarda özlərini ruhi xəstə kimi göstərməyə çalışırlar. Ruhi xəstə adamın atəş xəttində xidmət etmək xatirinə özünü sağlam kimi qələmə verməsi isə, görünür, yalnız Ermənistanın hərbi komissarlıqlarında mümkündür. İkincisi, əgər Tadevosyan həqiqətən ruhi xəstə idisə, necə olmuşdur ki, Ermənistan ordusunda bunu onun sağlığında deyil, ölümündən sonra bilmişlər? Yəni doğrudanmı, insanın ruhi xəstə olduğunu və bu səbəbdən hərbi xidmətə yararlı olmadığını təsdiq etmək üçün onu təhlükəli tapşırığa göndərmək, sonra isə, artıq həmin adamın ölümündən sonra, necə deyərlər, uzaq məsafədən diaqnoz qoymaq lazımdır? Üçüncüsü, əgər “ruhi xəstə” Bad Tadevosyan, bütün bunlardan əlavə, həm də sərxoş vəziyyətdə olmuşdursa, bu, “məğlubedilməz” erməni ordusunun sıralarında, özü də ön cəbhə xəttində yerləşən hissələrdə hərbi intizamın səviyyəsinə (hərbi komissarlıqlardakı tibbi komissiyanın həkimlərinin ixtisas səviyyəsini hələ demirik) dəlalət etmirmi? Dördüncüsü, Senor Asratyanın dediyi kimi, əgər məhv edilmiş Tadevosyan, əslində hərbi qulluqçu deyil, “mülki şəxs” idisə, onun əynindəki hərbi forma və əlindəki silah haradandır? Yəni doğrudanmı, Dağlıq Qarabağın ruhi xəstə sakinlərinin hamısı xüsusi köynək əvəzinə hərbi forma geyir və doğrudanmı, bu xəstələr təmiz hava almaq istəyəndə hökmən Ermənistan və Azərbaycan qoşunlarının səngərləri arasında, əllərində döyüş silahı ilə gəzişməyi üstün tuturlar? Bu cür bəsit təbliğat kimdən ötrü nəzərdə tutulmuşdur?

Nəhayət, Asratyanın bəyanatının son hissəsindəki uyğunsuzluq da diqqəti cəlb edir. O, “bir neçə” azərbaycanlı hərbi qulluqçunun ermənilər tərəfindən öldürüldüyünü bildirir. Azərbaycan tərəfi bu dəfə itkisinin olmamasını rəsmən bəyan etməsini və əvvəllər qoşunların təmas xəttinin bu və ya digər hissəslərində öz hərbi qulluqçularının həlak olması faktını heç vaxt gizlətmədiyini bir tərəfə qoyaq. Asratyanın ermənilər tərəfindən azərbaycanlı əsgərlərin məhv edilməsi haqqında bəyanatlarının əsassız olduğunu başa düşmək üçün adi məntiqə müraciət emək kifayətdir. Döyüş mənzərəsini fikrən modelləşdirsək, Asratyanın bunu necə təsəvvür etdiyini başa düşmək çətindir. Axı, erməni hərbi qulluqçularının bir qrupu öz bədənlərini azərbaycanlıların gülləsinə hədəf edir, müdafiə olunan azərbaycanlılar isə səngərlərdədir və hücum edən ermənilərin hədəfinə çevrilmirlər. Belə vəziyyətdə “ermənilərdən iki nəfərin, azərbaycanlılardan isə “bir neçə” (yəni iki və ya daha artıq) şəxsin öldürülməsi” barədə deyilənlər sağlam düşüncəyə ziddir.

Beləliklə, tamamilə aşkardır ki, dünyada cərəyan edən böhran prosesləri hər şeydən ümidini üzüb dünya dövlətlərinə və beynəlxalq maliyyə təşkilatlarına müraciətlə onlardan milyardlarla dollar kredit istəyən Ermənistanın təkcə iqtisadiyyatına deyil, daxili auditoriyanın gözləri qarşısında puç olan hərbi təbliğata da güclü təsir göstərmişdir. Ermənistan rəhbərliyi öz xalqını Ermənistan ordusunun “məğlubedilməzliyi” haqqında uydurmalarla aldatmaqdansa, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilmiş hərbi qulluqçuların qeydinə qalsa, öz ekspedisiya korpusunu Ermənistanın beynəlxalq miqyasda tanınmış sərhədləri daxilinə geri çağırsa daha yaxşı olmazdımı? Onda ordunun mətbuat katiblərinin bu cür cəfəng bəyanatlarına ehtiyac qalmayacaqdır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Ordubadda ağır yol qəzası olub, bir nəfər həyatını itirib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Gənclərə şəhərsalma sahəsində mövcud çağırışlara müasir texnologiyalar vasitəsilə həllər hazırlaması təşviq edilir

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

Qazaxıstanlı politoloq Prezident İlham Əliyevin diplomatiya kursu, Azərbaycanın beynəlxalq nüfuzu barədə danışıb

Professor: Dublin Sammiti Azərbaycanın Avropa siyasi məkanında artan çəkisini göstərir

Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub

“NVIDIA Inception” proqramına seçilmiş Azərbaycan startapının süni intellekti 10 min kameranın görüntüsünü eyni vaxtda təhlil edir

Azərbaycan–Britaniya münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq və Bakının artan geosiyasi gücü - TƏHLİL

Avropa İttifaqı karbon emissiyası kvotalarının artırılması barədə qərar qəbul edib

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

İpoteka və Kredit Zəmanət Fondu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “AzInTelecom” birgə məlumat yayıb

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

İqlim dəyişmələrinə uyğunlaşma həlləri üzrə bazarın həcmi 1 trilyon dolları ötür - Hesabat

Azərbaycan səfiri FAO yanında daimi nümayəndə kimi etimadnaməsini təqdim edib

Bəxtiyar Aslanbəyli: Süni intellektin tətbiqində hüquqi və etik məsuliyyət mexanizmləri müəyyənləşdirilməlidir

Gənclər Fondu: Əsas məqsədimiz gənclərin insanyönümlü şəhər ideyasına yaxınlaşmalarıdır

Zülfiyyə Nuriyeva: Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri sürətlə davam etdirilir

Milli Azərbaycan Tarixi Muzeyində “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərgi açılıb

Konsertmeyster Mərvidə Hüseynova: Azərbaycan daim mədəniyyətlərin kəsişmə nöqtəsi olub

Askar Axmanov: Azərbaycan və Qazaxıstan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir

Səadət Yusifova: Qazaxıstanla mədəni əlaqələrimiz uğurla inkişaf etdirilir

Dublin görüşləri Azərbaycanın beynəlxalq nüfuzunun və Avropa ilə strateji tərəfdaşlığının gücləndiyini göstərir TƏHLİL

Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasının illik konfransında təmsil olunub

Sahibkarlarla görüş: qanunsuz heyvan kəsiminə qarşı nəzarət tədbirləri gücləndirilir

Hərbi İdarəetmə İnstitutunun kurs iştirakçıları AzTU-da infoturda olublar

Cəlilabad fermerlərin maliyyə idarəçiliyi sahəsində bilik və bacarıqları artırılır

Bakı məktəb və bağçalarının qış mövsümünə hazırlığı yekunlaşıb

Özbəkistan universitetlərində ortaq tarixi köklərimiz və mənəvi dəyərlərimiz təbliğ olunub

“Bitcoin”in qiymətində kəskin azalma qeydə alınır

® Azercell” və AKM kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönələn “FireWall 2026” hakatonuna start verir

COP31-də Türkiyənin bərpa təcrübəsi “Anka quşu” pavilyonunda nümayiş etdirilir

Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə ŞƏRH

Tacikistan səfiri: Milli mətbəx xalqın ənənələrinin qorunmasında mühüm rol oynayır

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı yazılı imtahanın keçirilmə vaxtı dəyişdirilib

ABŞ-nin kommersiya neft ehtiyatları 5 milyon barelədək artıb

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 may tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ölkədə süd üzrə yeni məhsul subsidiyası tətbiq olunacaq