Endi Börnham yeni kabinetini formalaşdırır
London, 21 iyul, AZƏRTAC
Böyük Britaniyanın yeni Baş naziri Endi Börnham hökumət kabinetinin əsas üzvlərini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, yeni təyinatlara əsasən, Con Hili maliyyə naziri vəzifəsinə gətirilib. Ed Miliband ölkənin yeni xarici işlər naziri təyin olunub. Şabana Mahmud daxili işlər naziri vəzifəsini qoruyub saxlayıb. Keçmiş xarici işlər naziri İvett Kuper isə səhiyyə naziri təyin edilib.
Baş nazirin Ofisi, həmçinin bildirib ki, Pat Makfadden əmək və pensiyalar naziri vəzifəsində fəaliyyətini davam etdirəcək.
Yeni maliyyə naziri Con Hili ötən ay Kir Starmer hökumətində müdafiə naziri vəzifəsindən istefa vermişdi. O, Maliyyə Nazirliyini müdafiə sahəsinə investisiya planını maliyyələşdirmək istəməməkdə ittiham etmiş, sonradan ayrılan əlavə vəsaitin ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün kifayət etmədiyini bildirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [11:42]
Rusiya Prezidenti: Ölkələrə iqtisadi təzyiq metodu artıq keçmişdə qalıb
- 18.11.2026 [11:38]
Şencendə APEC-in 33 zirvə toplantısı işə başlayıb
- 18.11.2026 [11:06]
Kembric lüğətində 2026-cı ilin ən populyar kəlməsi müəyyən edilib
- 18.11.2026 [11:00]