ƏN TAMAHKAR MİLYARDER
AZƏRTAC xəbər verir ki, Rusiyanın “İzvestiya” qəzetinin yazdığına görə, İsveçin IKEA şirkətinin banisi, 28 milyard dollarlıq var-dövlətin sahibi olan 80 yaşlı İnqvar Kamprad inanılmaz dərəcədə tamahkardır. Hələ uşaq ikən o, topdansatış məntəqəsindən kibrit alar və yaşadığı İsveç kəndinin sakinlərinə baha qiymətə satarmış. İndi Kamprad 12 il əvvəl aldığı Volvo markalı avtomobildə gəzir və pensiyaçılar üçün nəzərdə tutulmuş imtiyazlardan istifadə edir. Dünyanın ən varlı adamlarından biri kostyum geyinməyi sevmir, təyyarələrin ucuz salonunda uçur və IKEA-nın 90 min əməkdaşını kağızın iki tərəfində də yazmağa çağırır. Görünür, bunun əvəzi qat-qat artıq gəlir. Kamprad mebel satışından ildə 15 milyard dollardan artıq gəlir götürür. Dünyada ən iri mebel mağazaları şəbəkəsi sayılan IKEA-nın 33 ölkədə 200-dən çox mağazası var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [23:47]
Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb
- 13.11.2026 [23:15]
Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq
- 13.11.2026 [22:14]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [20:56]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:43]