Əmək bazarı institutları gücləndirilir
Bakı, 28 yanvar (AZƏRTAC). Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirmişdir ki, hazırda Azərbaycan Hökumətinin həyata keçirdiyi sosial islahatlara və siyasətə dəstək vermək məqsədi ilə Dünya Bankı və nazirlik tərəfindən yeni “Sosial Müdafiənin İnkişafı” layihəsi reallaşdırılır.
Layihə sosial müdafiə və əmək bazarı institutlarının inkişafı və potensialının artırılması məqsədinə xidmət edir. Layihə çərçivəsində əmək bazarı institutlarının gücləndirilməsi komponenti üzrə modul tipli təlim proqramların hazırlanması, ölkədə təkmilləşdirilmiş 200 peşə və 100 təlim standartının, həmçinin 200 qiymətləndirmə standartının və peşə təsnifatının müasir tələblərə uyğunlaşdırılması məqsədi ilə təkliflər və Peşə Standartları Mərkəzinin yaradılması üçün hüquqi-institusional baza hazırlanır.
Bununla yanaşı, “Dövlət Əmək Müfəttişliyinin Potensialının Artırılması” layihəsinin icrasına başlanılmış və 3 illik strateji fəaliyyət planı hazırlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]