EKOLOJİ TƏDBİRLƏR DAVAM EDİR
"Azərsu" Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Dövlət Neft Şirkəti tərəfindən Pirallahı adasında, Buzovna və Şüvəlanda sutəmizləyici qurğular təmiri olunur.
Bu işlər və Pirşağıda Müdafiə Nazirliyi tərəfindən bərpası aparılan təmizləyici qurğunun normal işi təmin edildikdən sonra Pirşağıdan Pirallahıyadək sahil ərazilərində dənizə bu və ya digər formada düşən çirkab suların axınına son qoyulacaqdır. Bu, həm dəniz biomühitinin sağlamlaşmasına, həm də ərazidə yerləşən rekreasiya obyektlərinin təhlükəsiz fəaliyyət göstərməsinə şərait yaradacaqdır.
Abşeron yarımadasının şimal-qərbində - Sumqayıt ərazisində konkret işlər görülür və layihələr icra olunur. Əvvəl daşınmış 40 min tona əlavə olaraq bu ilin sonunadək Sumqayıt Səthi Aktiv Maddələr Zavodunun ərazisindən daha 30 min ton civə tullantısı, xüsusi təhlükəsizlik tədbirləri görülərək, daşınacaq və Sumqayıtın 11 kilometrliyində quraşdırılmış ən müasir təhlükəli tullantılar poliqonunda xüsusi örtük altında basdırılıb saxlanacaqdır .
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]