Əbu-Dabidə görmə əngəllilər üçün xüsusi çimərlik açılıb
Bakı, 21 aprel, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında görmə əngəlli insanlar üçün ilk xüsusi çimərlik açılıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu mühüm təşəbbüs əhalinin bütün kateqoriyaları üçün ictimai yerlərin əlçatanlığının təmin edilməsi üzrə dövlət proqramının bir hissəsi kimi həyata keçirilib.
Yeni çimərlik “Gate 3” ərazisindəki Korniş adlanan məkanda yerləşir və 1000 kvadratmetr ərazini əhatə edir.
Çimərliyə giriş həm görmə əngəllilər, həm də onları müşayiət edən şəxslər üçün ödənişsizdir. İnfrastruktur bütün gəzinti sahəsi boyunca asfaltlanmış xüsusi toxunma cığırlarını əhatə edir və məlumat lövhələri Brayl yazıları ilə təchiz edilib.
Dənizin dayaz yerinə təhlükəsiz giriş bələdçi kəndir və son nöqtələrdə səs mayakları olan hasarlanmış yol ilə təmin olunub. Çimərlikdə peşəkar xilasedicilərin daimi nəzarəti altında hər yaşdan olan ziyarətçilər üçün xüsusi üzgüçülük sahəsi var.
Çimərlik infrastrukturuna yaşlılar və xüsusi qayğıya ehtiyacı olan qonaqlar üçün rahat panduslar və cığırlar, uyğunlaşdırılmış tualetlər, suya rahat giriş üçün xüsusi üzən stullar, pulsuz içməli su məntəqələri və xüsusi parkinq yerləri daxildir.
Çimərlik hər gün səhər 6-dan gecə yarısına qədər açıqdır, üzməyə yalnız gün batana qədər icazə verilir. Lisenziyalı tibb işçisi gün ərzində burada növbətçilik edir, lazım gələrsə təcili yardım göstərməyə hazırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.11.2026 [11:20]
İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib
- 14.11.2026 [09:21]
Hörmüz boğazında tanker minaya düşərək yanıb
- 14.11.2026 [07:18]
Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək
- 14.11.2026 [07:08]
Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər
- 14.11.2026 [05:45]
ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb
- 13.11.2026 [23:47]
Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”
- 13.11.2026 [23:37]
Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq
- 13.11.2026 [23:15]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [22:14]
DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib
- 13.11.2026 [22:12]
Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir
- 13.11.2026 [21:59]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:56]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:43]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:23]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 13.11.2026 [20:00]
Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub
- 13.11.2026 [19:24]
Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
- 13.11.2026 [19:07]
Səadət Yusifova: Qazaxıstanla mədəni əlaqələrimiz uğurla inkişaf etdirilir
- 13.11.2026 [18:41]
Hərbi İdarəetmə İnstitutunun kurs iştirakçıları AzTU-da infoturda olublar
- 13.11.2026 [18:38]
Bakı məktəb və bağçalarının qış mövsümünə hazırlığı yekunlaşıb
- 13.11.2026 [18:31]
“Bitcoin”in qiymətində kəskin azalma qeydə alınır
- 13.11.2026 [18:29]
ABŞ-nin kommersiya neft ehtiyatları 5 milyon barelədək artıb
- 13.11.2026 [18:22]
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb VİDEO
- 13.11.2026 [18:20]