DUZ İSTEHSALI ARTMIŞDIR
Müəssisənin direktoru Məhərrəm Novruzov AZƏRTAC-ın müxbirinə demişdir ki, əsas məhsul istehsalına mart ayının əvvəllərindən başlanmışdır. Yeni qurğuların, avadanlıqların və işçi qüvvəsinin artırılması hesabına 4 ayda yarımillik tapşırıqlara əməl edilmişdir. Bu müddətdə proqnoz tapşırıqda nəzərdə tutulduğundan 5000 ton çox daş və üyüdülmüş duz istehsal olunmuşdur. Hazırda məhsullarımız Bakı şəhərinə və Azərbaycanın bütün bölgələrinə göndərilir. Fəhlə və qulluqçularımızın əmək haqqı isə ötən illə müqayisədə 3 dəfədən çox artmışdır. İlin sonunadək bu artım daha da yüksəldiləcəkdir.