DÜŞƏNBƏDƏ TƏLİM KURSLARI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, avqustun 23-27-də Tacikistanın paytaxtı Düşənbədə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin nümayəndələri üçün “Narkotik təchizatın məhdudlaşdırılması” mövzusunda ikinci təlim kursları keçiriləcəkdir. Respublikamızı həmin kurslarda Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun rəhbəri İsrafil Əliyev və Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin şöbə rəisi İlqar Mahmudov təmsil edəcəklər.