DÜNYA ƏHALİSİNİN SAYI NƏ QƏDƏRDİR?
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniya Dünya Əhalisi Fondunun məlumatına görə, bu ilin sonunadək Yer kürəsi əhalisinin yüksək artımı qeydə alınacaqdır. Fondun Hannover şəhərindəki statistika mərkəzinin dəqiq hesablamalarına əsasən, yanvarın 1-nə Yer kürəsində əhalinin sayı 6 milyard 517 milyon 279 min 141 nəfər olacaqdır ki, bu da dünya əhalisinin 1999-cu illə müqayisədə yarım milyard nəfər artması deməkdir. Artım, əsasən, doğumun ölümü üstələməsi ilə bağlıdır.
Yer kürəsində hər iki saniyədən bir yeni insan dünyaya gəlir. Artımın 95 faizi yoxsul ölkələrin payına düşür. İnkişaf etmiş, firavan ölkələrin əhalisi isə getdikcə azalmaqdadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [17:09]
Almaniyanın metal və elektrotexnika sənayesi işçiləri tətilə hazırlaşırlar
- 12.11.2026 [16:20]
“Gazprom”: Təbii qazın qlobal enerji təhlükəsizliyində rolu artacaq
- 12.11.2026 [16:11]
Türkiyə və Çin COP31 çərçivəsində 15 milyard dollarlıq razılaşma əldə edib
- 12.11.2026 [15:39]