Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya daha çox ehtiyac duyur...

Bakı, 16 avqust (AZƏRTAC, Gözəl Ağayeva). Planetimizin əhalisi müasir dövrün çoxsaylı nailiyyətləri ilə yanaşı, hərbi münaqişələr, təbii fəlakətlər, yoxsulluq, xəstəlik kimi problemlərlə də üz-üzədir. Yer üzündəki güclü dövlətlərin siyasəti çoxsaylı tələfat, terror hadisələri, milyonlarla adamın məruz qaldığı müxtəlif təhdidlərlə nəticələnir. Sanki iblislə- mələk, ağla-qara, xeyirlə-şər çarpışır. Biri dağıdır, öldürür, biri isə tikir, qurur, ehtiyacı olanlara kömək edir. Halbuki səmavi kitablarda bütün varlıqdan, o cümlədən insanlardan mərhəmətli olmaq istənilib. Siyasi münaqişə və ya təbii fəlakətin qurbanları isə adətən az təminatlı, əlverişsiz şəraitdə yaşayan insanlar olur.

Bu baxımdan BMT-nin Baş Məclisinin 2008-ci il 11 dekabr tarixli qətnaməsi ilə avqustun 19-nun Dünya Humanitar Yardım Günü qeyd olunması bəşəriyyətin hər il üzləşdiyi humanitar böhranlardan onu xilas etmək yolunda atılan növbəti addımlardan biri kimi böyük əhəmiyyətə malikdir.

Bu günün təsis edilməsi 2003-cü il avqustun 19-da BMT-nin İraqın Bağdad şəhərindəki qərargahının bombalanması nəticəsində 22 yardım işçisinin həlak olması ilə bağlıdır. Qeyd edək ki, onların sırasında təşkilatın baş katibinin xüsusi nümayəndəsi Serjiu Vieyra di Mellu da olub.

Dünya Humanitar Yardım Günü öz humanitar borcunu yerinə yetirərkən həyatını qurban vermiş insanların xatirəsini, eləcə də hazırda milyonlarla insana köməyini davam etdirən insanlara ehtiram bildirmək məqsədilə keçirilir. Bu gün həmçinin dünyada humanitar yardıma olan ehtiyacı, eləcə də müvafiq sahə üzrə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayır.

Dünya Humanitar Yardım Gününün builki mövzusu olan “Dünya daha çox ehtiyac duyur...” (“The World Needs More…”) BMT-nin və onun humanitar partnyorlarının sözü real köməyə çevirən bir çağırışıdır.

BMT-nin baş katibi Pan Gi Munun bu əlamətdar gün münasibətlə müraciətində insanların həyatının xilas edilməsinə yardım göstərilməsində səylərin davam etdiriləcəyi, bu nəcib işdə canlarını fəda etmiş insanların unudulmayacağı bildirilir.

Diqqətə çatdırılır ki, keçən il humanitar təşkilatların oğurlanmış, ciddi zədə almış, həyatlarını itirmiş əməkdaşlarının sayı görünməmiş dərəcədə artıb və bu, hiddət doğurur. Son həftələrdə də BMT-yə aid qurumlar da daxil olmaqla humanitar təşkilatların onlarla əməkdaşı Cənubi Sudanda və Qəzzada həlak olublar.

Müraciətdə belə cinayətlərdən daha çox humanitar təşkilatların əməkdaşlarının və onların ailə üzvlərinin əzab çəkdiyi, həmçinin bu ağrılı nəticələri milyonlarla insanın öz üzərində hiss etdikləri bildirilir.

Qeyd edək ki, humanitar işçilər fəlakətdən zərər çəkən insanları, onların yaşadıqları yerdən, milliyyətindən, sosial mənsubiyyətindən, dinindən, cinsindən, irqindən, yaxud digər hər hansı əlamətindən asılı olmayaraq, həyati yardım və uzunmüddətli reabilitasiya ilə təmin etməyə can atırlar. Onlar icmalara yeni həyata başlamaqda, böhranlara sinə gərməkdə, öz ideyalarını müdafiə etməkdə, münaqişə rayonlarında uzunmüddətli və davamlı sülhün yaradılmasında kömək edirlər. Evlərindən xeyli uzaqda, çoxlarının gedə bilmədikləri və ya getmək istəmədikləri yerlərdə fəaliyyət göstərən humanitar yardım işçiləri tez-tez böyük təhlükələrlə üzləşir və ən çətin şəraitlərdə işləyirlər. Həqiqətən, humanitar yardımın vacibliyini dərk etsək belə, özünü bu işə həsr edən qəhrəman kişi və qadınların məruz qaldıqları təhlükələri tam təsəvvürə gətirmək o qədər də asan deyil. Məhz belə insanların fədakarlığı nəticəsində münaqişə və təbii fəlakətlər zamanı insanların həyatı xilas edilir.

Bu yardım humanizm, qərəzsizlik, neytrallıq, müstəqillik kimi fundamental prinsiplərə söykənir.

Dünya Humanitar Yardım Günü milliyyətindən, irqindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq bütün insanlara kömək sahəsində əldə edilən irəliləyişi nəzərdən keçirməyə, eləcə də görüləcək işləri müzakirə etməyə əlverişli imkan yaradır.

Azərbaycan humanitar yardım problemi ilə Ermənistanın hərbi təcavüzünə uğradıqdan sonra üzləşmişdir. Qaçqın və məcburi köçkünlərin problemləri ortaya çıxandan bəri BMT-nin Ali Komissarlığı, agentlikləri, ABŞ-ın, Avropanın, Türkiyənin, İranın, ərəb ölkələrinin humanitar təşkilatları Azərbaycanda 800 milyon dollar məbləğində yardım proqramları həyata keçiriblər. Ən çətin bir dövrdə - ötən əsrin 90-cı illərinin əvvəllərində bu yardımlar olmasaydı, ölkəmizdə humanitar fəlakət baş verərdi. Humanitar təşkilatlar və donor ölkələr indiyədək məcburi köçkünlər üçün 8 mindən çox sadə evlər inşa edib, Füzuli və Ağdam rayonlarının işğaldan azad edilmiş hissəsində 700 ev, 600 ictimai bina təmir edib, 60 orta məktəb binası, 470 məktəb binası və səhiyyə obyekti üçün əlavə otaqlar tikib. Bu təşkilatlar həmçinin 250 min məcburi köçkün üçün gəlir əldə etmək mənbələri və icmanın inkişaf proqramları təşkil edib.

Vurğulamaq yerinə düşər ki, son illər Azərbaycan iqtisadi inkişafa nail olduqdan sonra humanitar yardımların istiqaməti dəyişib və azalıb.

Ölkəmizdə humanitar təşkilatların fəaliyyətinə münbit şərait yaradılıb. Ulu öndər Heydər Əliyevin 1995-ci il 15 yanvar tarixli 144 nömrəli Sərəncamı ilə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası yaradılıb. Ümummilli Liderin 1999-cu il 6 dekabr tarixli Fərmanı ilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil edilib, qaçqınlar və məcburi köçkünlər üçün çoxsaylı evlər və qəsəbələr inşa olunub. Bu gün həmin siyasət dövlətimizin başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

İqtisadiyyatı güclənən Azərbaycan son illər donor ölkə kimi çıxış edir, fəlakət zonalarına humanitar yardım göstərir. Xarici İşlər Nazirliyinin tərkibində 2011-ci il sentyabrın 14-də Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) yaradılıb. Məqsəd dünyanın müxtəlif bölgələrində sosial problemlərlə mübarizədə beynəlxalq ictimaiyyətin göstərdiyi səylərə ölkəmiz tərəfindən dəstəyin verilməsidir. Agentliyin əsas vəzifəsi xarici ölkələrdən daxil olan və getdikcə artan müraciətlərə Azərbaycan Respublikasının zamanında və əlaqələndirilmiş şəkildə beynəlxalq yardımının təşkilidir.

AİDA hazırda “Minilliyin inkişaf məqsədləri”ni rəhbər tutaraq, dünyanın inkişaf etməkdə olan ölkələrində iki və çoxtərəfli əməkdaşlıq çərçivəsində yoxsulluğun azaldılması, elmin, mədəniyyətin və səhiyyənin inkişafı, rabitə və informasiya texnologiyalarının tətbiqi, enerji resurslarından səmərəli istifadə, müxtəlif təyinatlı təqaüd proqramlarının, habelə humanitar və texniki təyinatlı digər layihələrin həyata keçirilməsini dəstəkləyir.

Agentlik BMT-nin İnkişaf Proqramı (UNDP), İslam Əməkdaşlıq Təşkilatı, İslam İnkişaf Bankı, Kolumbiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi və bir sıra nüfuzlu beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq edir.

Ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə beynəlxalq əməkdaşlığın, sülhün və bərabərliyin gücləndirilməsi məqsədilə xarici dövlətlərə Azərbaycan xalqının yardımını çatdıran AİDA, ölkəmizin xarici siyasət prioritetlərinin uğurla həyata keçirilməsinə xidmət edir və bu istiqamətdə öz səylərini günü-gündən artırır.

Humanitar yardım sahəsində həyata keçirilən proqramların əsas məqsədi dünyanın müxtəlif bölgələrində baş verən böhranların törətdiyi fəsadların aradan qaldırılması və zərərçəkən insanların həyat şəraitinin bərpa edilməsindən ibarətdir.

Agentlik tərəfindən göstərilən beynəlxalq yardımlardan ümumilikdə Latın Amerikası, Afrika və Asiyanın 30-dan çox ölkəsi faydalanıb və yaxın gələcəkdə bu coğrafiyanın getdikcə genişləndirilməsi nəzərdə tutulub.

Son illər Pakistan, Yaponiya, Somali və başqa ölkələrə birbaşa humanitar yardımlar göstərən Azərbaycanın atdığı addımlar beynəlxalq təşkilatlar tərəfindən təşəkkürlə qarşılanır. Ölkəmizin və xalqımızın belə addımları həmrəyliyin gözəl nümunəsi kimi dəyərləndirilir.

Şübhə yoxdur ki, humanitar yardım sahəsində çalışanların fədakarlığı dünyanı yaşamaq üçün daha yaxşı məkana çevrilməsi istiqamətində beynəlxalq ictimaiyyəti yeni addımlar atmağa ruhlandıracaq.

 

Gözəl Ağayeva

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub

“Neftçi” “Kəpəz”ə qalib gəlib

Beynəlxalq Çövkən Federasiyasına 7 yeni ölkə üzv qəbul edilib

“Zəfər sədası” müsabiqəsində ən yaxşı bədii qiraətçilər seçilib

Peşə təhsili müəssisələrinin təhsilverənləri üçün keçirilən ixtisasartırma təlimləri yekunlaşıb

Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında futbol turniri təşkil olunub

Xoreoqraf Şahar Binyamini: Azərbaycan rəqqasları çox istedadlıdırlar

AzTU-da “Şanlı Zəfər tariximiz” adlı tədbir: “Missiya” filmi nümayiş etdirilib

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

Nobel qardaşlarının Azərbaycan irsi Helsinkidə elmi müzakirə mövzusu olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb

ADPU-nun Quba filialında Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

AMEA-nın elmi müəssisələrində bal sistemi əsasında qiymətləndirmə mexanizmi təkmilləşdirilir

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib

Avropa Komissiyası: Çexiya miqrasiya təzyiqi təhlükəsi altında olan ölkələr sırasındadır

“Prezidentimizə söz verdim” – CAHANGİRBƏYLİDƏN REPORTAJ

Qələbənin sədası xalq çalğı alətlərində

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib

Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər

Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər

Zəfər Günü Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin təcəssümüdür - ŞƏRH

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Cahangirbəylinin həyat ağacı - FOTOLAR

MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Ağstafada bir ailənin 3 üzvü zəhərlənib

Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

BMT sammitində Bakı Kommunikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblər məlum olub

BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Zəfər Günü beynəlxalq hüququn bərpası baxımından mühüm tarixi və siyasi əhəmiyyətə malikdir - ŞƏRH

Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Milli qürurumuzun təntənəsi – ADPU-nun Şamaxı filialında Zəfər Günü

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb

Şəhid qardaşı: Mən həm qardaşımı, həm dostumu, həm də döyüş yoldaşımı itirdim

DİM-in verdiyi sertifikat və şəhadətnamələr artıq “mygov”da

Rəşad Eyubov: Futbolçuların əsas milliyə layiq görülməsinə çox şadam

Milli Kibertəhlükəsizlik Agentliyi: Son dövrdə böyük həcmdə fərdi məlumat sızması halları müşahidə olunur

"802” qaynar xətti bayram günlərində vatsap üzərindən fəaliyyət göstərəcək

® Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Yekaterinburqda 8 Noyabr - Zəfər Günü qeyd edilib

Arxeoloqlar Zəfər Gününü müharibə iştirakçıları ilə qeyd ediblər

Azərbaycan modeli: Milli həmrəylikdən dayanıqlı sülhə - ŞƏRH