Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA CAZININ AZƏRBAYCAN CAZİBƏSİ

Bakı, 10 iyul (AZƏRTAC). Azadlığın təkcə üsyan edən səsi olmur, onun həm də qəlbləri riqqətə gətirən musiqi səsi vardır. Döyüş təkcə qanlı-qadalı səngərlərdə deyil, həm də ürəklərdə, qəlblərdə, beyinlərdə aparılır. Deməli, ruh haradadırsa insan orada nəfəs alır, orada düşünə və düşündürə bilir. Saysız-hesabsız musiqi janrları içərisində sayılıb seçilən caz musiqisi bir qara zəncinin qəlb ağrısından yoğrulsa da, minlərin azadlıq eşqi ilə çırpınan ürəyinin səsi, qəlbinin əsrlərə boylanan, özü ilə keçmişin ağır dərdlərini daşıyan naləsini gəzdirirdi. Dünən, bu gün və sabah üçün…

O, zənci istədiyini deyə bildimi?.. Dedi və sübut etdi ki, yaşamağın yolu azadlıqdan, bərabərlikdən, insan kimi dəyərə və düşüncəyə sahib olmaqdan keçir. O qara zəncinin caz adlı izahı heç kəsə bəlli olmayan bir tapıntısı, “kəşfi”, bəlkə də ömür boyu nəsillərə “miras” qoyduğu sərvəti, inamı idi. Bu dərk edilən və edilməyən səsin melodiyası, pıçıltısı, qalxıb-enən harayı bütün zamanlara çatacaqdı və çatdı da...

Dünyada elə bir xalq yoxdur ki, onun özünəməxsus musiqi mədəniyyəti olmasın. Musiqi millətləri birləşdirən, onların qarşılıqlı anlaşmasını təmin edən universal bir dildir. Bu dilin bir açarı, ünsiyyət vasitəsi də hazırda dünyanı dolaşan caz musiqisidir.

Cazı vaxtilə ABŞ-da istismar edilən hüquqsuz zənci əhali - qədim zamanlarda öz vətənlərindən didərgin salınmış qara qulların əcdadları yaratmışlar.

İlk zənci qullar XVII əsrin əvvəllərində gəmi ilə Afrikadan Amerikaya gətirilmişlər. Cənubi Amerikanın varlı fermerləri öz plantasiyalarında ağır işləri yerinə yetirmək üçün qul əməyindən istifadə edirdilər. Öz vətənindən, doğmalarından ayrı düşmüş, ağır əməkdən üzülmüş bu kölə insanlar musiqi ilə təskinlik tapmışlar. Zəncilərin musiqi duyumu, xüsusilə ritm hissiyyatı çox güclüdür. Bu da, əlbəttə, zəngin ritmi ilə seçilən Afrika musiqisi ilə əlaqədardır. İllər ötdükcə zəncilər öz vətənlərinin musiqisindən tədricən uzaqlaşırdılar. Yalnız təbii olaraq musiqi sədaları ilə rəqs etmək ehtirası, daxili ritm duyğusu qalırdı. Əvəzində isə onları əhatə edən mühitdə səslənən, musiqini - “ağlar”ın ifa etdikləri xristian dini himnlərini mənimsəyirdilər. Lakin zəncilər bu dini mahnıları özünəməxsus tərzdə ifa edirdilər. Onların oxuduqları mahnılarda daha çox iztirab, kədər hiss olunurdu.

Beləliklə, ilk zənci dini mahnıları -“cpiriçuels” meydana gəlməyə başladı. XIX əsrin sonunda digər zənci mahnısı - şikayət, etiraz nidaları ifadə edən “blyuz” yaranır. Zəncilər blyuzu gitaranın müşayiəti ilə oxuyurdular. Onların orkestr alətlərini əldə etmək üçün imkanları yox idi. Ona görə də müxtəlif məişət əşyalarından kortəbii surətdə musiqi alətləri düzəltməli olurdular.

ABŞ-da 1861-1865-ci illərin Vətəndaş müharibəsi bitdikdən sonra hərbi hissələrin nəfəs alətləri orkestrləri buraxıldı. Bu orkestrlərin alətlərini nisbətən ucuz qiymətə əldə edən zəncilər öz musiqi kollektivlərini yaratmağa başladılar. Zənci musiqiçilər marşlar, rəqslər ifa etməklə yanaşı, spiriçuels və blyuz uslubunda melodiyaları təqlid edirdilər. Onlar zənci vokal musiqisinin xüsusiyyətlərini, onun ritm sərbəstliyini müxtəlif orkestr alətlərində (truba, klarnet, trombon) ifa etməyə çalışırdılar. Bu musiqiçilərin not savadı yox idi.

Zənci vokal musiqisinin və ritminin instrumental sahəyə tətbiq edilməsi sayəsində yeni orkestr musiqisi - “caz” yaranmağa başladı.

Cazın əsas xüsusiyyətləri improvizasiya (hazırlaşmadan, bədahətən ifa etmə), ritm sərbəstliyi və geniş melodik nəfəsdən ibarətdir. Ritmdəki müntəzəm vurğuların (“bit”) və bu vurğulardan yayınmaların (“svinq”) mövcudluğu caz musiqisinə özünəməxsus rəngarənglik gətirmişdir.

Afrika xalq musiqi ənənələrini özündə birləşdirən caz musiqisində ritm sərbəstliyi və zərb alətlərindən geniş istifadə edilməsi ilə yanaşı, müxtəlif alətlərdə danışıq intonasiyalarının təqlid edilməsi mühüm yer tutur.

Cənubi Amerikanın Yeni Orlean şəhərində təşəkkül tapmış ənənəvi cazın erkən mərhələsi üçün kollektiv improvizasiya əsas idi. Erkən Yeni Orlean cazı daha sonra Çikaqo cazı ilə birləşərək “diksilend” üslubu adlandırılmışdır.

Yarandığı gündən indiyədək caz musiqisi çoxşaxəli inkişaf yolu keçmiş, onun bir sıra cərəyanları və məktəbləri (bi-bop, proqressiv, xard-bop, soul-caz, caz-rok, fri-caz, simfo-caz və s.) yaranmışdır.

Caz musiqisinin mahir ifaçıları və yaradıcıları olan Lui Armstronq, Dyuk Ellinqton, Benni Qudmen, Qlen Miller, Ella Fiscerald, Bessi Smqet və başqalarının adları artıq bütün dünyada məşhurlaşmışdır.

Caz elementlərindən iri formalı musiqi əsərlərində (simfoniya, opera, konsert) istifadə edilməsi (“simfo-caz”) sayəsində bir sıra görkəmli sənət əsərləri yaranmışdır.

Bu gün bütün dünyada azadlıq şərqisi kimi səslənən cazın öz qolu, öz axarı və cazibə qüvvəsi vardır. Məsələn, Braziliya, Kuba, Polşa və digər bir neçə ölkədə cazın spesifik çalarları mövcuddur. Kuba cazı daha çox emosionallığı ilə seçilirsə, muğam üzərində qurulmuş Azərbaycan cazı isə lirizmi ilə diqqəti cəlb edir.

Azərbaycan cazının bünövrəsi ötən əsrin 30-cu illərinin sonunda böyük musiqi xiridarları Niyazi və Tofiq Quliyevin yaratdıqları “Dövlət cazı” adı ilə tanınan Dövlət estrada orkestri tərəfindən qoyulmuşdur. Orkestrin ilk tərkibi üç trombon, eyni sayda truba, beş saksafon, royal, gitara və zərb alətlərindən ibarət olmuşdur. Orkestrin ilk konsert proqramına klassik caz musiqisi nümunələri ilə bərabər Niyazinin və Tofiq Quliyevin pyesləri də daxil edilmişdir.

1941-1945-ci illər müharibəsi dövründə və müharibə qurtardıqdan sonra “Dövlət cazı”na bəstəkar Rauf Hacıyev rəhbərlik etmişdir. Amma 50-60-cı illərdə SSRİ-nin Qərb əleyhinə yönəlmiş təbliğat maşını ölkədə bu musiqi janrının inkişafına güclü ziyan vurmuşdur. Ancaq bütün qadağalara baxmayaraq, bu musiqinin fanatları bir yerə toplaşır, Qərb radiostansiyalarını dinləyir, sonra isə eşitdikləri musiqi parçalarını müstəqil surətdə ifa etməyə cəhd göstərirdilər.

60-cı illərdə Qara Qarayev, Niyazi, Tofiq Quliyev və Rauf Hacıyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı başlamışdır. Rafiq Babayevin “Qaya” vokal kvarteti yaranmış və nəhayət Vaqif Mustafazadə dövrü başlamışdır.

Vaqif Mustafazadə Şərq muğamını Qərb dinləyicisi üçün anlaşılan dildə - yəni caz dilində təqdim edib, yurdunun dinləyiciləri üçün isə cazı doğma muğam dilində səsləndirirdi. Məşhur caz tənqidçisi, amerikalı Velis Konover demişdir: “Vaqif Mustafazadə ekstra ifaçıdır. O, dinlədiyim lirik caz ifaçıları arasında ən gözəl ifaçıdır”.

Onun barmaqları pianinonun şirmayi dillərinə toxunduqca dinləyicilər heç vaxt eşitmədikləri musiqinin sehrində özlərini unudurdular. İnsanlara olan hörmətini, səmimi münasibətini o, öz musiqi əsərləri ilə bir növ tamamlayır, bütövləşdirirdi. Musiqiyə hamı kimi yox, özü kimi, fərqli, qeyri-adi və tam yeni nəzərlə baxırdı. Onun musiqisində və duyumunda Qərbin caz üslubu, elementləri ilə yanaşı, Şərqin qəlbi riqqətə gətirən min bir duyğu çaları özünə yuva salmışdır.

Vaqif Mustafazadə çox az yaşadı, cəmi 39 il. Ömür payı yarım əsrə çatmasa da, mənalı yaşadı, ömrünü sənətin içində elə yandırdı ki, bu gün də onun işığı öləzimir, əksinə günbəgün gurlaşır, daha da uzaqlara yol açır. Çünki o, zamana sığmayan və bütün dövrlərdə dərk olunacaq bir istedad sahibi idi. Düzdür, zamanında dərk olunmadı, çox incitdilər, küsdürdülər, layiq olduğu qiyməti ondan əsirgədilər. Bütün bunlara baxmayaraq Tanrının Vaqifə bəxş etdiyi böyük istedadı, sənət eşqini söndürə bilmədilər. O, bu qəlb göynədən münasibətlərə rəğmən daha böyük həvəs və tükənməz enerji ilə, gecə-gündüz işlədi, yazdı-yaratdı. Dünən, bu gün və neçə-neçə sabahlar üçün….

V.Mustafazadənin musiqiyə vurğunluğu elə göz açdığı ailədən başlamışdır. Vaqif Mustafazadə ilk musiqi təhsilini anası Zivər xanımdan aldıqdan sonra 1957-ci ildə Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olmuşdur. Təhsil aldığı illərdə o, əvvəlcə xalq çalğı alətləri orkestrində pianoçu, az sonra isə Azərbaycan Radio Komitəsində pianoçu-solist kimi işləmişdir. Vaqif 1965-ci ildə Tbilisidə “Orero” ansamblına musiqi rəhbəri kimi dəvət almış, elə həmin ildə “Qafqaz” caz triosunu yaratmışdır.

Vaqifin 1967-ci ildə Tallinndə ümumdünya caz festivalındakı çıxışı ona dünya şöhrəti gətirmişdir. Bu festivala dünyanın 3 mindən çox musiqiçisi qatılmışdır.

V.Mustafazadə digər bir uğura isə 1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə keçirilən festivalda imza atmışdır. Festivalın şərtlərinə görə, əsərin müəllifi, ifaçısı hətta onun hansı ölkəni təmsil etməsi gizli saxlanılmalı idi. Münsiflər heyəti bu lentləri bir-bir dinləyib, qalibi müəyyənləşdirdikdən sonra, əsərin müəllifi, ifaçısı, o cümlədən ölkənin adı elan olunacaqdı. Yüzlərlə naməlum ad içərisindən yenə də bizə doğma ad çəkilir: “Azərbaycan, Vaqif Mustafazadə, “Əzizəni gözləyərkən”. Vaqif Monako caz festivalından Vətənə “Ağ royal” mükafatı ilə qayıtdı.

Dünyanın heyrətlə izlədiyi və bəstələrinə vurğunluqla qulaq asdığı Vaqif Mustafazadə heç kimin gözləmədiyi anda hamını tərk etdi, Daşkənd qastrolu Vaqif Mustafazadə üçün sonuncu oldu. 1979-cu il dekabrın 16-da çıxışı zamanı royal arxasında o, ikinci dəfə infarkt keçirdi. V.Mustafazadəni xəstəxanaya çatdırsalar da, onu xilas etmək mümkün olmadı.

Bu gün Vaqifin ruhu çox şaddır. Ona görə ki, sənət yolunu qızları Lalə və Əzizə ilə yanaşı, neçə-neçə istedadlı həmvətəni davam etdirir.

Hazırda Azərbaycan cazının lideri bəstəkar-pianoçu Salman Qəmbərovdur. Hərtərəfli və ensiklopedik biliyə malik musiqiçi ən müxtəlif istiqamətlərdə işləyir və həmişə də uğur qazanır.

Azərbaycan cazı unudulmamış əfsanədir. Cazın görkəmli nümayəndələrindən biri - Rain Sultanov demişkən, “caz var, amma olduqca az…”. Bu azlıq bizi o qədər də narahat etməməlidir, ən azı ona görə ki, bu barmaqla sayılmada əslində bütöv bir “sayılma”, tanınma, sevilmə və saya gəlməz alqışlar vardır.

Bu məqamda Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəylinin Azərbaycan cazı ilə bağlı dediklərini xatırlayıram: “Azərbaycan cazının dünyada öz yeri var. Vaqif Mustafazadə bunun möhürünü vurdu və hazırda gənc ifaçılarımız İsfar Sarabski, Emil Əfrasiyaboğlu, Şahin Növrəsli bu ənənəni davam etdirirlər”. Xalq Artisti Azərbaycan cazının dünyada özünəməxsusluğu ilə fərqləndiyini, bu fərqin də bilavasitə muğamla bağlı olduğunu söyləmişdir.

Bu gün yuxarıda adları sadalanan cazmenlər ölkəmizi beynəlxalq festivallarda, müsabiqələrdə layiqincə təmsil edirlər. 2009-cu il Montre Caz Festivalında Azərbaycanı təmsil edən və birincilik qazanan İsfar Sarabskinin adını çəkməyimiz dediklərimizin təsdiqi üçün yetərlidir. O, dünyanın 30-dan çox ölkəsindən gəlmiş (özü də cazın daha çox populyar olduğu ölkələrdən) cazmenlərin içərisində birincilik qazanırsa, bu, əslində Vaqif Mustafazadə ruhundan və Azərbaycan xalq musiqisindən irəli gələn bir məsələdir. Bu, bütövlükdə Azərbaycan musiqisinin qələbəsidir və inanırıq ki, bunun davamı olacaqdır.

Bu sahədə Şahin Növrəslinin də xidmətləri əvəzsizdir. O, da bir neçə il bundan əvvəl Montre Caz Festivalında ikinci yerə layiq görülmüşdür. O, gənc olmasına baxmayaraq Türkiyə, Fransa, Rusiya və digər ölkələrdə geniş konsert proqramları ilə çıxış edərək ustad dərsləri vermişdir. Şahin Növrəsli bu möhtəşəm konsertlərdə klassik musiqi ilə yanaşı, muğamı və müasir caz musiqisini sintez halında ifa etmişdir.

Ş.Növrəsli Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek, Mat Zebroski, Cef Lederer, Con Vikan, Saşa Maşin və başqa tanınmış musiqiçilərlə çıxışlar etmiş və albomlar yazdırmışdır.

Hazırda Bakıda gözəl və müasir Caz Mərkəzi fəaliyyət göstərir. Artıq burada ənənəvi olaraq beynəlxalq caz festivalları keçirilir. Dünyanın ən tanınmış cazmenləri bu səhnədə bənzərsiz ifaları ilə azərbaycanlı pərəstişkarlarını sevindirirlər.

Azərbaycan cazı dünya caz musiqisinin qollarından biri kimi bu gün beynəlxalq festivallarda, müsabiqələrdə birinci olması ilə çoxlarında təəccub doğurur. Mayasında Amerika caz üslubunu və Azərbaycan muğam musiqisinin bənzərsiz gözəlliyini cəmləmiş caz sənətimizin bu qolu hələ çox uğurlara imza atacaqdır.

Abdulla Suvar

AZƏRTAC-ın müxbiri.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO