Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dubay heyrətləndirməyə davam edir

Bakı, 2 iyun, AZƏRTAC

Dubaya hər nə qədər tez-tez gəlsəniz də, hər dəfə özünüz üçün yeni nəsə kəşf edəcəksiniz. Birləşmiş Ərəb Əmirliklərinin ən gəlimli-gedimli istiqamətlərindən biri özündə az qala bütün rekordları cəmləyib: dünyanın ən uca göydələni - Bürc Xəlifə, dünyada ən iri ticarət-əyləncə mərkəzi - "Dubai Mall", adama gəl-gəl deyən süni adalar və şəhərin simasını formalaşdıran, siyahısı daim genişlənən bir çox digər obyektlər. Məsələn, son ildə Dubayın görməli yerlər kolleksiyasına dünyada ən böyük qapalı əyləncə kompleksi - "IMG Worlds of Adventure" əlavə olunub, "Dubai Parks and Resorts" tematik parkının açılması isə bu şəhəri dünyanın əyləncə mərkəzinə çevirib.

Sizi bizimlə birlikdə Dubayda yeni istirahət məkanlarına səyahətə dəvət edirik.

Dubayın yeni döyünən nəbzi

Üç gün gecələcəyimiz "Westin Dubai" oteli şəhərin inkişaf etməkdə olan "Al Habtoor City" rayonunda yerləşir. Əvvəllər bu rayon barədə məlumatımız az olduğu üçün geniş çeşiddə restoranlar, kafe və əyləncə obyektləri sayəsində populyar turizm mərkəzinə çevriləcəyini vəd edən bu perspektivli yer ilə tanış olmaq bizim üçün daha maraqlı idi. Başlıcası da bu idi ki, "Al Habtoor City" məşhur Bürc Xəlifə qülləsinin təqribən 2 kilometrliyində yerləşir və onları cəmi bir metro stansiyası ayırır.

Beşulduzlu supermüasir "Westin Dubai" oteli Şeyx Zayed adına mərkəzi şose ilə bir neçə əmirliyin yol qovşağının birləşdiyi yerdə süni su kanalının sahilində yerləşir. Kanalın üzərindən körpü salınıb. Axşamlar körpüdən rəngləri sayrışan işıqlandırma sistemi ilə təchiz edilmiş süni şəlalə axır. Kanaldan katerlər üzüb keçəndə şəlalə avtomatik olaraq kəsilir və gəzinti gəmilərinə yol açır.

Otel əlverişli məkanda yerləşmənin və şəhərin populyar turizm yerlərinə yaxın olmanın üstünlüyündən başqa, əla xidmətlər, o cümlədən təəssüratlarla zəngin gündən sonra turistlərin dincəlməsinə şərait yaradan nəhəng SPA-kompleks təklif edir. Maraqlıdır ki, otelin 41 mərtəbəli binası "W Dubai и The St. Regis" mehmanxana komplekslərinin lap yaxınlığında yerləşir. Bu mehmanxana kompleksləri də "Starwood" şəbəkəsinə aid olduğu üçün oteldə qalanlar qonşuluqdakı lüks otellərin hovuzlarından və restoranlarından istifadə edə bilərlər.

Bu il "Al Habtoor City" rayonunda özünə görə dünyada yeganə olan suda teatrın - "La Perle by Dragone" teatrının açılışa hazırlandığını öyrənmək də bizim üçün maraqlı oldu. Qeyd edək ki, Franko Draqone dünya şöhrətli "du Soleil" sirkinin quruluşçu rejissorlarından biridir. Maestronun yeni layihəsi tamaşaçıları heyrətləndirmək məqsədi daşıyır. 1300 tamaşaçı tutan kompleksdə 2,7 milyon litrdən çox su tutumu olan səhnə quraşdırılacaq. Səhnənin konstruksiyası onu adi meydançaya çevirməyə imkan verəcək, artistlər isə 35 metr yüksəklikdən suya baş vura və bucurğadın köməyi ilə tamaşaçıların başı üzərindən sürətlə uça biləcəklər. Doxsan dəqiqəlik şounun sınaq nümayişi bu ilin ortalarına nəzərdə tutulub. Şouda ümumən 450 aktyor iştirak edəcək.

Superqəhrəmanların əhatəsində

Biz ən çox “IMG Worlds of Adventure” qapalı tematik əyləncələr parkına getmək istəyirdik. Ötən il açılan bu park barəsində çox eşitmişdik. Dubayın mərkəzində yerləşən park təqribən 140 min kvadratmetr sahəni əhatə edir. Mərkəzdə bir dam altında dörd fərqli dünya təqdim olunub: “Cartoon Network”, “Marvel”, “Lost Valley - Dinosaur Adventure” dinozavrlar parkı və “IMG Boulevard”.

“Al Habtoor City” rayonundan parka qədər taksi ilə yarım saatlıq yoldur. Biletləri kassadan və ya qabaqcadan mərkəzin rəsmi saytından əldə etmək olar. Böyüklər üçün biletlərin qiyməti 300 dirhəm (82 dollar), uşaqlar üçün 250 dirhəmdir (68 dollar).

Biz 200-dən çox attraksionun, o cümlədən Amerika təpəciklərinin, canlı şouların və 5D-kinoteatrda seansların təqdim olunduğu əyləncə imkanları ilə tələsmədən tanış olmaq üçün parka düz onun açıldığı vaxtda - səhər saat 11-də gəldik.

Nə deyə bilərik? Park həqiqətən güclü təəssüratlar oyadır və bura gələnlər dərhal müasir nağıllar aləminə düşürlər. Bu aləmdə hazırda dünyada ən çox tanınan personajlar və superqəhrəmanlar hökmranlıq edirlər. Məsələn, “Marvel” zonasında hər addımbaşı qarşımıza Dəmir Adam, Tor, Kapitan Amerika və ya Halka çıxırdı. Onların hamısını “Qisasçılar: Altronun savaşı” attraksionunda görmək olar. Bu attraksiona gələnlər sanki heyəti məkrli cani Altronla döyüşən “Quinjet” təyyarəsinin sərnişinlərinə çevrilirlər. Tamaşaçıları hər tərəfdən əhatə edən mənzərəli 3D-video onları hadisələrin iştirakçısına çevirən qeyri-adi effekt yaradır.

Dörd yüz metrlik “Hörümçək-adam” təpəcik attraksionu cəsur müsafirləri “Marvel” studiyasının məşhur tor atanı, Nyu-York şəhərini qorxunc Doktor Oktaviusun cəngindən xilas etməyə çalışan Hörümçək-adamla birlikdə şəhərin göydələnləri üzərindən uçuracaq.

Parkın “Cartoon Network” adlı daha bir zonası dünya şöhrətli telekanalın pərəstişkarları üçün nəzərdə tutulub. “Ben-10” 5D kino-attraksion burada yerləşir. “Ben-10” müxtəlif duyğu orqanlarını işə salaraq ürəyi tez-tez döyünməyə məcbur edir.

Qeyri-adi “Qambola” attraksionu ayrıca söhbətin mövzusudur: burada fanatlar Qambola ilə Darvinin məktəb üçün elmi layihəsinin nəzarətdən çıxdığı Elmor şəhərciyini əyani görə bilərlər. İştirakçılar dostları ilə birlikdə distant interaktiv oyun oynayaraq, canlanan və bütün şəhəri ələ keçirməyə çalışan əşyaları güllə ilə vura bilərlər.

Nəhayət, parkın “İtirilmiş dünya” adlanan ən ekstremal zonası dinozavrlarla macəraları nəzərdə tutur. Heyrətamiz “Velotsiraptor” attraksionu məhz burada yerləşir. Uzunluğu 1,1 kilometr olan bu Amerika təpəciyi attraksionu sərnişinləri Dubay səhrasında itib-batmış dünyanın tarixdən əvvəlki cəngəlliklərindən saatda 100 kilometr sürətlə 2,5 saniyə ərzində keçirərək geri qaytarır.

Dinozavr həvəskarları “Qadağan edilmiş ərazi” adlanan safari-attraksiondan da zövq alacaqlar. Bu attraksion tarixdən qabaq mövcud olmuş real böyüklükdə 70 dinozavrla məskunlaşmış cəngəlliklərin içinə aparır.

Mənzərəni “Yırtıcı” attraksionu tamamlayır: burada hətta ən cəsarətli adrenalin ovçularının ürəyi ağzına gələcək. Bu qüllədən düşmə”"vertikal həddinin hüdudlarından kənarda” hissləri vəd edir. Yaxın Şərqdə ikinci belə attraksion tapmaq mümkün deyil.

“IMG Boulevard” adlanan dördüncü zona ən sakit zonadır. Nəfəsini dərmək istəyənlər buradakı çoxsaylı kafe və restoranlardan birini seçə, firma mağazalarına və suvenir dükanlarına baş çəkə, yaxud sadəcə oturub animatorların və küçə artistlərinin adama rahatlıq gətirən çıxışlarının təsiri altında istirahət edə bilərlər.

İnsan əli ilə yaradılmış Atlantida

Ötən il Dubayda “Motiongate”,”Legoland” parklarını və dünyada “Bollivud”a həsr olunmuş ilk tematik parkı - “Bollywood Parks”ı özündə cəmləmiş daha bir möhtəşəm kompleks - “Dubai Parks and Resorts” açılıb. Amma bu komplekslə tanış olmağı başqa vaxta saxlamaq qərarına gəldik, çünki səfərimizin proqramına daha bir diqqətəlayiq obyekt - “Atlantis, The Palm” daxil edilmişdi.

Yəqin çoxları bilir ki, Dubayda süni adalar yaradılıb. Söhbət palma formasında üç adanı - “Palma Cümeyra”, “Palma Cəbəl Əli” və “Palma Deyra” adalarını birləşdirən bütöv bir arxipelaqdan gedir. Adalar arasında xırda adalardan ibarət “Dünya” və “Kainat” adlanan süni arxipelaqlar da yerləşir.

Hazırda bu adalardan yalnız biri - “Palma Cümeyra” tam qurulub və məskunlaşıb. Adada yaşayış kompleksləri, kurort otelləri və burada ilk açılmış otel kompleksi - “Atlantis, The Palma”ya (yəni Atlantida) məxsus olan möhtəşəm “Aquaventure Waterpark” akvaparkı yerləşir. Biz də elə ora yollanırıq.

Dubaydan bura ya monorels adlanan qatarda (o, sizi birinci stansiyasından tutmuş sonuncu stansiyaya qədər “Palma Cümeyra” boyunca gəzdirəcək), ya da taksi ilə gəlmək olar. “Atlantis, The Palma” otelində nə az, nə çox 1539 otaq, o cümlədən pəncərələri nəhəng akvariuma açılan sualtı nömrələr var. Oteldə qalanlar bu pəncərələrdən sualtı aləmi seyr edə bilərlər. Onun sakinlərinin sayı 65 mindən çoxdur.

Amma bizi daha çox 17 hektar ərazidə yerləşən, 18 milyon litrdən çox su tutumu olan “Aquaventure Waterpark” akvaparkı maraqlandırırdı. Bunun sayəsində “Aquaventure Waterpark” Yaxın Şərqdə və Avropada ən böyük akvaparkdır. Akvaparkda iki qüllədə cəmləşən 11 ekstremal təpəcik attraksionu və 2,3 metr uzunluğunda süni çay yerləşir.

İlk işimiz 30 metr hündürlüyündə “Neptun” qülləsinə yollanmaq olur. Köpək balıqları ilə dolu laquna yerləşdirilmiş şəffaf tuneldən, demək olar, vertikal düşmə attraksionu- “The Leap of Faith” (Taleyüklü tullanma) burada yerləşir. Bundan əlavə, bütün park boyu çəkilmiş tunellərdə su şırnaqlarının üzərindən sürətlə keçib getməyə imkan verən təzyiqin yaradılması üçün innovativ texnologiyalardan istifadə olunan dörd təpəcik attraksionu da burada yerləşir.

Amma ən ekstremal təpəcik attraksionları “Poseydon” qülləsində cəmləşib. “Poseidon's Revenge” (Poseydonun qisası) adlanan attraksion 20 metr hündürlükdən şaquli vəziyyətdə enməni nəzərdə tutur. Rəqiblərin sürət yarışına çıxmasına imkan verən “Slitherine” attraksionu dünyada ilk ikiqat su təpəciyi attraksionudur. Dünyanın ən böyük su təpəciyi attraksionu “Aquaconda” , habelə Yaxın Şərqdə ən uzun ziplayn (akvapark ərazisi üzərindən sürətlə hərəkət etməyə imkan verən buraz) da burada yerləşir

Bəzi attraksionlara təkrar-təkrar qayıtmaq istəyirsən. Buna görə də akvaparka səhər saatlarında gəlmək lazımdır, çünki qaş qaralan kimi park bağlanır, burada isə vaxt bir göz qırpımında ötüb keçir. Akvaparka biletin qiyməti böyüklər üçün 320 dirhəm (88 dollar), uşaqlar üçün 275 dirhəmdir ( 75 dollar). Qiymət mövsümdən asılı olaraq dəyişir. Yeri gəlmişkən, Dubay sakinləri və rezident vizası olanlar üçün 40 faiz məbləğində güzəşt nəzərdə tutulub.

Qarnını doydurmaq üçün akvaparkda onlarca kafe və restoran var. Biz ən populyar restoranlardan birini - geniş çeşiddə ət və balıq yeməkləri, pittsa, şaurma, falafeya, kartof-fri və ləzzətli dondurma təklif edən “Barracudas” restoranını seçdik.

Qeyd edək ki, akvapark ərazisində Yaxın Şərqdə yeganə olan dəniz şirlərini müşahidə mərkəzi və delfinari yerləşir. Bura əlavə ödəniş etməklə və qabaqcadan yazılmaqla girmək olar. Mərkəzdə heyvanlarla ünsiyyətdə olmaq, təlimatçının müşayiəti ilə onlarla birlikdə suya dalmaq, şəkil çəkdirmək imkanı yaradılır. Əlavə ödənişlə içərisində akulalar olan akvariuma baş vurmaq (dayvinq) və ya skatları yemləmək də olar. Yəni, “Atlantis, The Palma” hər kəsin öz zövqünə görə əyləncə tapa biləcəyi bir məkandır.

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp Çinə səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Belarusda “Nar bayramı”na həsr olunan tədbir keçirilib

Tramp Si Cinpin və Putinlə görüşdə Ukraynadakı müharibəni müzakirə edəcəyini bildirib

Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanıb YENİLƏNİB

Qütb burulğanının erkən dağılması Avropa və Asiyada kəskin soyuqlara səbəb ola bilər

“Lulla”nın həmtəsisçisi: Məqsədimiz uşaqlara ana dilini sevdirməkdir

Xəzər dənizinin Azərbaycan sahilboyu ərazilərində torpaqların idarə olunması Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib

Naxçıvan Dövlət Universitetində Pakistanla birgə Kənd Təsərrüfatı üzrə Araşdırma Mərkəzi yaradıla bilər

Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi və iqtisadi əməkdaşlığının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

İƏT Nazirlər Şurasının iclasında Azərbaycanın regionda davamlı sülhün təmin olunması istiqamətindəki səylərindən bəhs edilib

İlhan İşbaş: Azərbaycanın enerji və nəqliyyat sahəsində Avropa üçün strateji əhəmiyyəti artır

Lənkəranın tarixi, təbiəti və memarlıq incisi – Dairəvi qala

Muxtar respublikada payızlıq taxıl əkini 2 dəfəyə yaxın artıb

COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət edib

Dublin görüşü Azərbaycan-Ermənistan sülh prosesinin və regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir RƏY

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası olub

Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 306 milyon dolları ötüb

Xəzər sahilinin vahid idarəetmə modeli iqtisadi səmərəlilik və ekoloji dayanıqlığı gücləndirə bilər - ŞƏRH

Məktəb direktorlarının işə qəbulu müsabiqəsində 463 namizəd uğur qazanıb

Aydın Talıbzadə: Teatrda ənənə ilə yeniliyin balansı qorunmalıdır

BMT avtonom silahların qadağan edilməsi üçün beynəlxalq müqavilənin imzalanmasına çağırıb

Nüfuzlu turnirdə avtomobil qazanan tennisçinin sürücülük vəsiqəsi yoxdur

Bakıda “X Beynəlxalq Bankçılıq Forumu 2026” keçiriləcək

COP31-də Xəzər dənizinin problemləri müzakirə olunub

Ceyhun Bayramov britaniyalı həmkarı ilə regional təhlükəsizliyi və ikitərəfli əməkdaşlığı müzakirə edib

Gələcəyin peşələri və insan kapitalı: Bakıda Milli Məşğulluq Forumu təşkil olunub VİDEO

Gələcəyin peşələri və insan kapitalı: Bakıda Milli Məşğulluq Forumu təşkil olunub VİDEO

Süni intellektin cəmiyyətə təsiri və təhlükəsiz istifadəsi araşdırılır

BDU Gürcüstanın 5 universiteti ilə əməkdaşlığa başlayır

ABRSM nümayəndəsi Bakı şəhərinin musiqi və incəsənət məktəblərinə olub

Valideynlərlə əməkdaşlığa həsr olunmuş konfranslar yekunlaşıb

Qazaxıstan gələn il Çinlə üçüncü dəmir yolu sərhəd-keçid məntəqəsini açmağı planlaşdırır

Azərbaycana marağın artması ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi töhfə ilə sıx bağlıdır - ŞƏRH

® Ədliyyə işçilərinə özəl – 3 faiz endirimli, komissiyasız kredit

Avropa İttifaqı və FED “UniCredit”in “Commerzbank”ı satın almasına razılıq verib

Aytən Eynalova: Azərbaycanda artıq üç ildən çoxdur ki, dəstəkli məşğulluq modeli tətbiq olunur

İntellektual bölmələrdə yeni mərhələ: texnologiya peşəkarlarının potensialından daha geniş istifadə olunacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı vətəndaşların müraciətləri dinləniləcək

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib

COP29-un prezidenti: Meşələrin qorunması gələcəyimizin təminat altına alınması deməkdir

Qara dənizdə batan gəmidə aralarında 4 azərbaycanlının da olduğu heyət üzvləri xilas edilib

Cənubi Qafqazda baş verən dəyişikliklər Avropa ilə əməkdaşlığın möhkəmləndirilməsinə zəmin yaradır – RƏY

Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlanıb VİDEO

Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlanıb VİDEO

Akademik Əhəd Canəhmədovun elmi xidmətləri beynəlxalq mükafatla qiymətləndirilib

Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlıq məsələləri müzakirə edilib

“Bir pəncərə” sistemi Azərbaycanın qlobal rəqəmsal logistika mərkəzinə çevrilməsinə yeni imkanlar yaradır – ŞƏRH

Qəlbində muğam sevgisi, səsində Qarabağın ruhu – böyük səhnələrə addımlayan Fatimə Kərimova VİDEO

Qəlbində muğam sevgisi, səsində Qarabağın ruhu – böyük səhnələrə addımlayan Fatimə Kərimova VİDEO

® “Expresspay” terminallarında 500 manat üzəri nağd ödənişlərdə yenilik

Azərbaycan və ABŞ güləş federasiyaları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycan Avropa ilə dialoqda yeni mərhələyə hazırlaşır: Bakı sammiti nə vəd edir?

Qusarda 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun təmiri davam edir VİDEO

Qusarda 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun təmiri davam edir VİDEO

COP31-də Ermənistanın törətdiyi ekosiddən bəhs edən “Bir ovuc dünya” sənədli filmi nümayiş olunub

"Süni intellekt və əmək bazarı: İşlər yox olur, yoxsa dəyişir?" - panel sessiya VİDEO

"Süni intellekt və əmək bazarı: İşlər yox olur, yoxsa dəyişir?" - panel sessiya VİDEO

Argentinada başına top dəyən futbolçu vəfat edib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Paralimpiya Komitəsi beynəlxalq idman seminarında təmsil olunub

Narkomanlığa qarşı mübarizədə dövlət və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığı genişləndirilir

Tbilisidə Azərbaycan universitetlərinin təhsil sərgisi təşkil ediləcək

Respublika fənn olimpiadalarında iştirak üçün son iki gün

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 8 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

537 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib VİDEO

537 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib VİDEO

Binəqədidə restoranda baş verən yanğın söndürülüb - FOTOLAR YENİLƏNİB VİDEO

Binəqədidə restoranda baş verən yanğın söndürülüb - FOTOLAR YENİLƏNİB VİDEO

Azərbaycan-Böyük Britaniya münasibətləri qarşılıqlı etimad üzərində qurulub ŞƏRH

Elm və Təhsil Nazirliyinə 15 gündə 27 mindən çox müraciət daxil olub

Anatomiya Muzeyinin ən qədim eksponatları: mumiyalanmış insan qalıqları

Prezident İlham Əliyevin Dublin görüşləri Azərbaycanın Avropa siyasi arxitekturasında güclənən mövqeyinin bariz nümunəsidir

Dublin Bəyannaməsinə dair şərh:Böyük Britaniya Orta Dəhlizə daha çox maraq göstərir

Macarıstanda mənzil bazarında qiymət artımı yavaşlayıb, icarə haqları azalıb

Gələn il daha 15 müəssisənin “Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək” proqramına qəbulu nəzərdə tutulub

Muxtar Babayev: İqlim maliyyəsi ölkələr üçün əlverişli və əlçatan olmalıdır

Dublində Naxçıvan dəmir yolu layihəsinə diqqət yetirilməsi onun beynəlxalq əhəmiyyətini yenidən gündəmə gətirir - ŞƏRH

Bakıda keçiriləcək bal yarmarkasının tarixi və yeri dəyişdirilib

Azərbaycan Maskat Fəaliyyət Planı Forumunda təmsil olunub

Arif Əsədov: Futbolçu imicini qorumaq üçün doğru zamanda karyerasını bitirməlidir

AQTA-nın Məşvərət Şurasının üzvü: Pestisid və gübrələrin düzgün saxlanılması təhlükəsizlik üçün əsas şərtdir

Azərbaycanın hərbi qulluqçusu İtaliyada NATO kursunu müvəffəqiyyətlə başa vurub

Eksternat təhsil üzrə imtahanlarda iştirak üçün sənəd qəbuluna başlanılır

SOCAR Rumıniyada 110-cu yanacaqdoldurma məntəqəsini istifadəyə verib

Azərbaycan ilə Gürcüstan sərhəddə yük və sərnişin qatarlarının keçid müddətinin azaldılmasını müzakirə edib

Səhnəyə həsr olunan 30 ilin təntənəsi: “Leyli və Məcnun” operası yubiley işığında

Güləş İrsi və İcması Komitəsinin növbəti iclası olub

4SİM sənaye müəssisələrini texnoloji və yaşıl transformasiya mövzusunda bir araya gətirib

BMU tələbələrinin komandası NASA hakatonunda birinci yeri tutub

Rektor: BDU Gürcüstan universitetlərində Azərbaycan dilinin tədrisinə dəstək verməyə hazırdır

BDU-da Azərbaycan Televiziyasının xüsusi auditoriyası açılacaq

Yeni “25-ci kadr” platformasında “Qızıl Ayı” mükafatlı film təhlil olunub

Nicat Dadaşov: “25-ci kadr”ı Bakının daimi intellektual kino məkanına çevirməyi hədəfləyirik

Nazir Emin Əmrullayev Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

Yaxın iki günün hava proqnozu açıqlanıb VİDEO

Yaxın iki günün hava proqnozu açıqlanıb VİDEO

Elçin Babayev: Gürcüstan və Azərbaycan universitetləri arasında əməkdaşlıq institusional səviyyəyə yüksəlir

Daşa həkk olunan yaddaş: heykəltaraş Tamerlan Mirzəliyevlə yaradıcılıq və milli dəyərlər barədə söhbət

“Ömür elə uzun deyil ki, onun çoxunu yuxuda keçirəsən”: Səməd Vurğun Rəsul Rzanın xatirələrində

Siyasi şərhçi: Azərbaycanın artan geosiyasi çəkisi Avropanın diqqətini Bakıya yönəldir

Lordlar Palatası: Böyük Britaniya fövqəladə hallara və müasir təhlükələrə qarşı kifayət qədər hazırlıqlı deyil

Bu ilin 10 ayında əlilliyi olan 130 minədək şəxsə reabilitasiya xidmətləri göstərilib

Balakəndəki Minarəli məscid XVIII- XIX əsr memarlığının nadir nümunələrindəndir

Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək

Türk ekspert: Türkiyə ilə Azərbaycanın qardaşlığı tarixin miras qoyduğu dəyərdir

Təhsildə strateji tərəfdaşlıq: Bakı və Tbilisi ikili diplom və birgə elmi layihələri genişləndirir