Dövlət çevrilişi Malidə humanitar fəlakət yaradıb
Bakı, 4 sentyabr AZƏRTAC
Malidə yaranan humanitar fəlakət nəticəsində 5 milyon uşağın yardıma ehtiyacı var. Cari ilin sonuna kimi Miliyə yardım göstərilməsə 200 min uşaq acından ölə bilər.
AZƏRTAC UNICEF-in bəyanatına istinadla xəbər verir ki, 2012-ci ildən başlayaraq Malidə separatçılıq və zorakılıq halları kəskin şəkildə artıb. Bunun da ağır nəticələri əhalinin sosial vəziyyətinə mənfi təsir göstərir.
Bəyanatda deyilir ki, Malidə humanitar yardıma ehtiyacı olan insanların sayı 2020-ci illə müqayisədə bir milyon nəfər artıb. Bu vəziyyət ən çox uşaqlara toxunur. Azyaşlı uşaqlar nəinki təhsil almaq imkanından məhrumdur, eləcə də qida çatışmazlığından əziyyət çəkirlər.
BMT-nin Uşaq Fondu donor ölkələrə yardım üçün müraciət edib.
Qeyd edək ki, 2021-ci ildə Malidə baş verən hərbi çevriliş nəticəsində ölkədə ictimai-siyasi sabitlik pozulub. Siyasi dairələrin hərbi birləşmələri hakimiyyət uğrunda kəskin mübarizə apararaq əhalini çətin vəziyyətə salıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [14:18]
Laosun “Ruh şəhəri” – Budda parkından FOTOREPORTAJ
- 17.11.2026 [14:12]
Avrokomissiya Çexiyanı yüksək miqrasiya riski zonası kimi qiymətləndirib
- 17.11.2026 [13:25]
Macarıstanda avroya keçid qiymətlərin kəskin artımına səbəb olmaya bilər
- 17.11.2026 [13:02]
Marin Lö Pen: Prezident seçilsəm, Ukraynaya maliyyə yardımını dayandıracağam
- 17.11.2026 [13:01]
Cənubi Koreya 1 trilyon dollarlıq ixrac göstəricisinə yaxınlaşır
- 17.11.2026 [12:25]