Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÖVLƏT BAŞÇILARININ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ

DÖVLƏT BAŞÇILARININ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ

Minsk, 12 noyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 12-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Prezident Aleksandr LUKAŞENKO Azərbaycan nümayəndə heyətini Belarus torpağında bir daha salamlayaraq dedi:

- Hörmətli İlham Heydər oğlu!

Hörmətli dostlar!

Sizi Belarus torpağında bir daha salamlamağa şadam. Siz bizim üçün həmişə arzuedilən, hörmətli adamlarsınız, siz, sadəcə olaraq, bizim adamlarsınız. Prezidentlə mən öz münasibətlərimizi qurarkən bunu əsas götürürük. Azərbaycanın nümayəndə heyətinin 2006-cı ildə Minskə yüksək səviyyəli axırıncı səfərindən sonra ikitərəfli münasibətlərin fəallaşdırılması üçün çox böyük işlər görülmüşdür.

Bu gün inamla deyə bilərik ki, ölkələrimiz arasında münasibətlər həqiqətən strateji xarakter kəsb etmişdir. Zaman bizim əvvəllər qəbul etdiyimiz qərarların düzgün olmasını təsdiq etmişdir. Həm sahələr səviyyəsində, həm də iki ölkənin hökumətləri xətti üzrə daimi qarşılıqlı fəaliyyət mexanizmi tənzimlənmişdir, geniş əhatəli məsələlər üzrə əməkdaşlıq intensiv genişlənir. Bu halda Belarus-Azərbaycan münasibətlərinin fərqləndirici cəhəti ondan ibarətdir ki, bu münasibətlər dostluq, qarşılıqlı hörmət, etimad prinsipləri üzərində qurulmuşdur. Bizim münasibətlərdə heç bir qapalı mövzu yoxdur. Bu gün Prezidentlə bərabər qeyd etdik ki, ən yüksək etimad dərəcəsi və əldə etdiyimiz razılaşmaların yerinə yetirilməsi də bizim münasibətlərin fərqləndirici xüsusiyyətidir.

Siyasi sahədə bizdə bütün məsələlər çoxdan həll edilmişdir. Mədəniyyət, təhsil sahələrində möhkəm əlaqələr qurulmuşdur. Biz yüksək səviyyədə ikitərəfli danışıqların növbəti raundu barədə razılığa gələrkən, ilk növbədə, ticarət-iqtisadi münasibətlərin yeni, perspektivli istiqamətlərini müəyyən etmək vəzifəsini qarşıya qoymuşduq.

Son beş ildə ölkələrimiz arasında əmtəə dövriyyəsi 11 dəfə artmışdır. Lakin bu, yəqin ki, bu gün əldə edə biləcəyimizin yalnız beşdəbir hissəsidir. Əgər İlham Heydər oğlu razılaşarsa, biz öz hökumətlərimiz üçün təqribən yarım milyard dollar həcmində əmtəə dövriyyəsini oriyentir kimi müəyyən edə bilərdik. Bu, tamamilə təbiidir, bu, normal haldır, biz əmtəə dövriyyəsini iki-üç il müddətində asanlıqla bu həddə çatdıra bilərik.

İndiki mürəkkəb şəraitdə, dünyada maliyyə-iqtisadi böhran şəraitində dəqiq qarşılıqlı fəaliyyət və görülmüş birgə tədbirlər sayəsində biz həm ikitərəfli əmtəə dövriyyəsinin azalmasını dayandırmışıq, həm də sentyabrdan sonra müsbət dinamikaya nail olmuşuq. Cari mərhələdə strateji vəzifə bu şəraitdə bəzən qeyri-standart qərarlar qəbul etməklə həm Azərbaycanda, həm də Belarusda daha genişmiqyaslı müştərək layihələr həyata keçirməkdən ibarətdir. Bunun üçün artıq təməl yaradılmışdır. 2006-cı ildə İlham Əliyevlə razılaşmışdıq ki, Azərbaycanda Belarus texnikası buraxılan müştərək istehsalat təşkil edilsin. Bu gün Gəncə avtomobil zavodunun bazasında Belarus traktorları və “MAZ” markalı yük avtomobilləri yığılır. Lakin daha irəli getmək, Azərbaycanda avtokranlar, lift avadanlığı, kənd təsərrüfatı texnikası buraxılışı üzrə müştərək istehsalatlar yaradılması ideyalarını praktikada həyata keçirmək lazımdır. Bizdə sənayenin modernləşdirilməsi üzrə böyük təcrübə toplanmışdır. Biz bu təcrübəni dostlarımızla bölüşməyə hazırıq.

Biz indicə razılığa gəldik ki, ticarətin sadə formalarından burada, Belarusda və orada, Azərbaycanda müştərək istehsalatlar yaradılmasına doğru hərəkət etməliyik. Biz bu istiqamətdə daha geniş, daha əhatəli fəaliyyət göstərməyə hazırıq.

Belarus-Azərbaycan münasibətləri ötəri prinsiplər üzərində qurulmur. Biz münasibətlərimizi həqiqətən ciddi və uzun dövr üçün qururuq. Buna görə də ikitərəfli əlaqələrin institusional, əlaqələndirmə mexanizmlərini möhkəmlətməliyik. Bununla əlaqədar, mən bizim hökumətlərarası komissiyanın da səmərəli işini qeyd etmək istəyirəm. Çox yaxşı haldır ki, komissiya çərçivəsində həm hökumət rəhbərləri səviyyəsində, həm də sahəvi nazirliklər və konsernlər səviyyəsində məsələləri operativ həll etmək olar. Məncə, müştərək biznes mərkəzləri, iqtisadi əməkdaşlıq şuraları, qeyri-hökumət təşkilatları yaradılması məsələlərinə baxmaq olardı. Bu cür diskussiya formaları əlverişli biznes şəraiti formalaşması üzərində həm hökumətin, həm də biznesin məqsədyönlü şəkildə işləməsinə kömək edər.

Bizim indiki görüşümüzlə əlaqədar hökumət başçıları, dövlət idarəetmə orqanlarının rəhbərləri bir sıra mühüm sənədləri imzalanmaq üçün hazırlamışlar. Prezidentlə biz ikitərəfli münasibətlərə aid geniş əhatəli məsələləri müzakirə etmişik. İndi isə, əgər prezidentlər üçün məsələlər qalmışdırsa, onları, bizim gələcək starteji əməkdaşlıq məsələlərini geniş tərkibdə iclasda daha müfəssəl nəzərdən keçirmək istərdik. Əgər prezidentlərin qərar qəbul etməsi tələb olunan bu cür məsələlər yoxdursa, bu da pis deyildir. Belə hesab edərik ki, biz razılığa gəlmişik.

Buna görə də, hörmətli İlham Heydər oğlu, mən əminəm ki, Sizin bu səfəriniz də əvvəlki kimi səmərəli olacaq və Belarus-Azərbaycan münasibətlərində keyfiyyətcə yeni səhifə açacaqdır.

Əziz dostlar, bir daha vurğulamaq istəyirəm: əgər müəyyən problemli məsələlər varsa, gəlin, həmin məsələləri bu cür dostluq, əlbirlik şəraitində, bu masa arxasında əyləşənləri Azərbaycan və Belarus tərəflərinə bölmədən nəzərdən keçirək və həll edək. Lakin mən Prezidentlə prinsipial razılığa gəlmişəm ki, bu gün bizdə mövcud olan bütün niyyətləri və layihələri burada mən, Azərbaycanda isə İlham Heydər oğlu tamamilə dəstəkləyəcəyik.

Prezident İlham ƏLİYEV rəsmi səfər zamanı ona və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü bildirərək dedi:

- Hörmətli Aleksandr Qriqoryeviç, hörmətli dostlar, çox sağ olun.

Əvvəla, bir daha ölkənizə gəlmək və ikitərəfli əməkdaşlığa dair bir çox məsələləri müzakirə etmək imkanına görə Sizə təşəkkürümü bildirmək istərdim. Siz düzgün qeyd etdiniz ki, ölkələrimiz arasında münasibətlər çox dinamik, fəal inkişaf edir. Bunun əsas göstəricisi odur ki, hətta böhran ilində ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələr artır. Bu, bizim iqtisadi sahədə qarşılıqlı fəaliyyət, konkret layihələrin həyata keçirilməsi çərçivəsində son illər gördüyümüz işlərin nəticəsidir. 2006-cı ildə burada, Minskdə və 2007-ci ildə Sizin rəsmi səfəriniz zamanı Bakıda razılığa gəldiyimiz layihələrin operativ, səmərəli və keyfiyyətlə həyata keçirilməsi onu göstərir ki, siyasi əzmkarlıq olduqda hər şeyi həll etmək mümkündür. Bu siyasi əzmkarlıq vardır. Ölkələrimiz arasında siyasi münasibətlər çox yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlar çərçivəsində də fəal qarşılıqlı fəaliyyət göstəririk. Fəal siyasi dialoq mövcuddur. Biz bütün beynəlxalq tədbirlərdə prezidentlər səviyyəsində mütəmadi olaraq görüşürük. Səfərlərimiz intensiv xarakter daşıyır və hökumətlərimizin başçıları son bir neçə ildə üç səfər etmişlər, nazirlər səviyyəsində yaxşı əlaqələr mövcuddur. Biz praktikada bunun nəticələrini görürük.

Biz ikitərəfli münasibətlərimizin necə inkişaf etməsindən, qəbul edilən qərarların necə yerinə yetirilməsindən çox razıyıq. Bu baxımdan, Belarus ilə Azərbaycan arasında ümumi cəhətlər çoxdur. Qərarlar qəbul olunur, operativ yerinə yetirilir və biz yaxşı, keyfiyyətli nəticələr görürük. Bu gün birinci görüşümüzdə gələcək əməkdaşlığımızın konkret layihələrini birlikdə müəyyənləşdirdik. Onlar çox geniş istiqamətləri əhatə edir. Bu, kənd təsərrüfatı, maşınqayırma sahəsində yeni layihələr, birgə müəssisələrin yaradılmasıdır. Layihələr investisiya öhdəlikləri ilə əlaqədardır. Bu halda deməliyəm ki, Belarusun da, Azərbaycanın da yaxşı investisiya potensialı vardır. Mən əminəm ki, bu gün müəyyənləşdirdiklərimizin həyata keçirilməsi ticarət dövriyyəsinin həcmini daha da artıracaqdır. Mən Sizin o fikrinizlə razıyam ki, sürətli artıma baxmayaraq, bugünkü səviyyə dövlətlərimizin potensialına cavab vermir. Düşünürəm ki, yarım milyard tamamilə real rəqəmdir və biz onu müvəqqəti hədd kimi müəyyən edə bilərik. Gələcəkdə isə indi dediklərimizin həyata keçirilməsi nəticəsində, zənnimcə, bu, milyardlarla ölçüləcəkdir.

Belarusun iqtisadiyyatı çox səmərəlidir. Son illər Azərbaycan iqtisadiyyatının yüksəlişi iqtisadi və sosial xarakterli bir çox məsələləri həll etməyə imkan verir. Qeyd etdiyimiz kimi, iqtisadiyyatlarımız rəqabət aparan iqtisadiyyatlar deyildir. Onlar sanki bir-birini dəstəkləyirlər. Bütün bu ilkin şərtlər, möhkəm siyasi əlaqələr, iqtisadi baxımdan qarşılıqlı maraqlar, maşınqayırma sahəsində layihələrin gerçəkləşdirilməsindən konkret nəticələrin əldə edilməsi şəraitində çox böyük potensial görürük. Bu imkanlardan istifadə etməmək və münasibətlərimizi irəlilətməmək yolverilməz olardı. Əminəm ki, bunun üçün bütün imkanlarımız vardır. Biz gələcəkdə də bütün məsələlər üzrə səmərəli qarşılıqlı fəaliyyət göstərəcək, müəyyənləşdirdiklərimizi operativ həll etmək üçün daim əlaqə saxlayacağıq.

Bir daha qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Sizi bir daha görməyimə çox şadam. Bizi çox möhkəm dostluq münasibətləri bağlayır və əminəm ki, dövlətlərimiz arasında münasibətlərdə onlar da mühüm rol oynayırlar. Şadam ki, nümayəndə heyətlərimizin üzvləri arasında da dostluğa və qarşılıqlı anlaşmaya əsaslanan möhkəm münasibətlər vardır. Bütün bunlar münasibətlərimizin irəliləməsi üçün məhz həmin zəruri fonu yaradır. Bir daha qonaqpərvərliyə görə təşəkkür edir və fəal əməkdaşlığımızın davam edəcəyinə ümid bəsləyirəm.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər