DÖRD KİLOQRAM MARİXUANA GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Çingiz Məmmədovun idarə etdiyi “Azsamand” markalı avtomaşına baxış zamanı 50 qram heroin aşkar edilərək götürülmüşdür.
Ç.Məmmədova narkotik vasitəni satmış Avaş kənd sakini Ədalət Fərziyev tutulmuş, onun yaşadığı evdən 55 qram heroin aşkarlanmışdır. İlkin dindirmə zamanı Ə.Fərziyev Perimbel kəndindəki meşə zolağında 4 kiloqram marixuananı gizlətməsini etiraf etmiş və həmin narkotik vasitə oradan götürülmüşdür.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]