DİN: Axtarışda olduğuna görə 35 nəfər saxlanılıb
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 1-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [11:46]
Sosial sahə üzrə e-sistemlərə 361 milyon sorğu və müraciət daxil olub
- 18.11.2026 [11:31]
“İrəvan tarixi sənədlərin dili ilə” kitabının təqdimatı olub
- 18.11.2026 [11:08]