DİN: Axtarışda olan 187 nəfər saxlanılıb
Bakı, 3 iyun, AZƏRTAC
İyunun 2-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 31 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 187, o cümlədən borclu şəxs qismində axtarışda olan 146, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 və dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 26 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 20,5 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 179 ədəd, yabanı halda bitmiş 2,2 ton çəkidə 8 min 458 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı və 9 tüfəng aşkar olunaraq götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər də saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [11:18]
Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
- 13.11.2026 [09:55]
Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlərin sayı açıqlanıb
- 13.11.2026 [09:15]
MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır
- 13.11.2026 [09:10]
Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür
Azərbaycan şahmatçıları Avropa çempionatında daha iki medal qazanıblar
- 12.11.2026 [23:58]
Türkiyə millisi Belçikaya məğlub olub
- 12.11.2026 [23:36]
Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq
- 12.11.2026 [23:12]
Toral Bayramov: Sabah qələbə qazanaraq xalqımızı sevindirmək istəyirik
- 12.11.2026 [22:21]