DİN: 66 cinayətin açılması təmin edilib
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 3-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 29 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 76, o cümlədən borclu şəxs qismində axtarışda olan 54, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 13, dələduzluğa görə axtarışda olan 6 saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqədar 3 fakt müəyyən edilib.
Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 8 fakt müəyyən edilib. Polis əməkdaşları respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 3 avtomat silahı, 1 tapança, 6 tüfəng, 6 patron darağı, 2 mərmi və 88 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər də saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.11.2026 [13:58]
Mərdəkanın 118 illik yadigarı: Axund Abuturab türbəsi - FOTOREPORTAJ
- 20.11.2026 [13:34]
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - MONİTORİNQ
- 20.11.2026 [13:17]
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edir
- 20.11.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 20.11.2026 [11:51]