Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Dilmanc”: axtarışlar, nəticələr, perspektivlər

Bakı, 6 dekabr (AZƏRTAC). İnsan beyni necə işləyir? Təəssüf ki, bu sualın cavabını tapmaq hələ də mümkün olmamışdır. İnsanın hətta əlçatmaz görünən kosmos haqqında böyük kəşflərinə baxmayaraq, hələ də insan beynində gedən proseslər tam dəqiq başa düşülmür və insanın özü haqqında bildikləri kainat haqqında bildikləri ilə müqayisədə çox kiçik görünür. 

Aşkar nailiyyətlərə baxmayaraq, xüsusilə insan beynində gedən proseslərin mahiyyəti hələ də aydın deyildir və məhz buna görə də dünya elmi süni intellekt yaradılması problemini həll etməkdən çox uzaqdır. Lakin buna baxmayaraq, insanın qəbul etdiyi və onun verdiyi reaksiyalar əsasında beyində gedən proseslərin təxmini modelinin qurulmasına cəhd olunur. Elə bir modelin qurulmasına cəhd göstərilir ki, onun əsasında kompyuter insan kimi “fikirləşsin”. Bəzi hallarda yaxşı nəticələr alınır, bəzi hallarda isə yox.

Azərbaycan dili üçün (o cümlədən digər dillər üçün də) linqvistik texnologiyaların yaradılması və tətbiqi sahəsindəki axtarışlar məhz bununla bağlıdır. Bu proqram əsasında insan beyninə daxil olan informasiyalardan və insanın verdiyi reaksiyalardan istifadə etməklə beyində gedən proseslər modelləşdirilir.

Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə prosesinin avtomatlaşdırılması məsələsi ilk dəfə 2003-cü ilin əvvəllərində akademik Ə.Abbasov tərəfindən qoyulmuş və onun rəhbərliyi altında tətbiqi linqvistik texnologiyaların yaradılması istiqamətində tədqiqatlara başlanılmışdır. Bu müddətdə Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə prosesini avtomatlaşdırmağa imkan verən xüsusi modelləşdirmə metodu (rəqəmsal modelləşdirmə metodu) yaradılmış və bu metod əsasında Azərbaycan-ingilis maşın tərcüməsi sisteminin yaradılmasına başlanılmışdır.

İşlərin məntiqi davamı kimi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2005-ci ilin aprel ayından “Dilmanc” layihəsinin həyata keçirilməsinə başlamışdır.

Hazırda layihədə nəzərdə tutulmuş elmi tədqiqat istiqamətlərinin hər biri üzrə praktik nəticələr əldə olunmuş və onların keyfiyyətinin artırılması üzərində işlər gedir. Layihə çərçivəsində Azərbaycan-ingilis, ingilis-Azərbaycan və türk-Azərbaycan, Azərbaycan-rus və rus-Azərbaycan istiqamətləri üzrə tərcümə sistemi yaradılmış və istifadəyə verilmişdir. Bundan əlavə, Azərbaycan dili üçün nitqin tanınması sistemi yaradılmışdır. Telefon danışığını Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilən sistemin keyfiyyətinin artırılması üzərində işlər gedir.

Oxucuların böyük maraq göstərdikləri bu məsələ ilə bağlı lazımi məlumatları almaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Dilmanc” layihəsinin rəhbəri, Əməkdar Mühəndis, texnika elmləri namizədi, dosent Əbülfət Fətullayevə müraciət etdik. Müsahibimiz fikirlərini bizimlə bölüşərək dedi:

-“Dilmanc” maşın tərcüməsi sistemi mətnləri saniyələr ərzində avtomatik tərcümə edir. Maşın tərcüməsi sistemlərinin müsbət və mənfi cəhətləri vardır. Tərcümənin onlayn olması, məxfiliyi, sürəti və s. onun müsbət cəhətləridir, keyfiyyətin bəzən aşağı olması isə onun mənfi cəhətidir. İnsanlar tərəfindən edilən real tərcümələrdən fərqli olaraq hələ ki, bu sistem vasitəsilə mətni bütövlükdə başa düşüb tərcümə etmək mümkün deyildir. Mətn ayrı-ayrı cümlələr şəklində, yəni ümumi kontekst nəzərə alınmadan tərcümə olunduğu üçün yaradılan bu tərcümə sistemləri mükəmməl deyil, nöqsanlıdır. Bu xətalar yalnız bizim maşın tərcüməsi sisteminə deyil, bütün dünyada istifadə olunan maşın tərcüməsi sistemlərinə də aiddir.

Hazırda bu sistem təkmilləşdirilir. Bunun üçün maşın tərcüməsinə yeni yanaşmalar yönündə axtarışlar aparılır. Məsələn, əvvəlki maşın tərcümə sistemləri qaydalara əsaslanan tərcümə sistemləri idisə, indikilər statistik maşın tərcümə sistemidir. Biz isə daha mükəmməl olan hibrid yanaşmadan istifadə etmək istiqamətində işləyirik. Məsələn, www.translate.az saytına daxil olmaqla rusca-azərbaycanca maşın tərcüməsi sistemini yoxlaya bilərsiniz. Bu sistem ilk hibrid tərcümə sistemidir və daha keyfiyyətli tərcümə almağa imkan verir.

Belə tərcümənin həyata keçirilə bilməsi üçün sırf insan tərəfindən tərcümə edilmiş mətnlərdən istifadə etməklə tərcümə modeli qurulduğundan, nisbətən keyfiyyəti daha yüksək olur. Bunun üçün çox böyük paralel korpus lazımdır. Paralel korpus dedikdə cümlələrin bir dildə yazılışı və onların digər dildə tərcüməsi başa düşülür. Biz Azərbaycanda bütün tərcümə mərkəzlərini, internetdəki kontenti yığaraq bir milyona yaxın cümlədən ibarət paralel korpus yaratmışıq. Bu cümlələrin Azərbaycan dilində olan variantının ingilis dilində tərcüməsi vardır. Bundan artıq toplaya bilməmişik. Məsələn, türk dilində təxminən 4 milyon cümlə toplaya bildik. Halbuki belə sistemlərin normal işləməsi üçün 20-30 milyona yaxın cümlə lazımdır ki, tərcümə daha keyfiyyətli alınsın. Nümunə üçün ingilis-fransız, fransız-ingilis maşın tərcümələrini göstərmək olar. Həm fransız, həm ingilis dilində informasiya çox olduğu üçün www.google.com portalında kifayət qədər keyfiyyətli maşın tərcüməsi alınır. Yəqin ki, yaxın gələcəkdə daha yaxşı nəticələr olacaqdır.

Azərbaycan dili üçün nitqin tanınması sistemi barədə məlumat verən Ə.Fətullayev bildirmişdir ki, bu sistem mətni kompyuterə mikrofon vasitəsilə daxil etməyə imkan verir. Klaviaturada yığmaq əvəzinə, mətn mikrofona imla şəklində deyilir və sistem vasitəsilə avtomatik yazıya çevrilir. Bu proqram klaviaturada yığmağa nisbətən mətni kompyuterə 3-4 dəfə artıq sürətlə daxil etməyə imkan verməklə yanaşı, klaviatura ilə işləməkdə çətinlik çəkən insanların, həmçinin əlil və görmə qüsuru olan istifadəçilərin işini asanlaşdırır. Hazırda sistem 160 mindən çox söz-forma tanıya bilir və tanıma keyfiyyəti 91 faizdən yuxarıdır. Sistemin keyfiyyətinin daha da artırılaraq yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır.

Layihə çərçivəsində mətni insan səsi ilə “oxuyan” səsləndirmə sisteminin hazırlandığını deyən Ə.Fətullayev qeyd etmişdir ki, bu proqram vasitəsilə istifadəçilər Azərbaycan dilindəki mətni proqrama daxil edərək onun oxunuşuna qulaq asa bilərlər. Eyni zamanda, proqram vasitəsilə məktublar, sənədlər və digər mətnlərlə daha az vaxt sərf etməklə və gözləri yormadan - oxunuşuna qulaq asmaqla tanış olmaq mümkündür. Sistem hazırda http://tts.dilmanc.az saytında istifadəyə verilmişdir və istifadəçilər arasında çox populyardır.

Azərbaycanda ilk dəfə 2600-dən çox insanın səsini toplayaraq 40 saata yaxın nitq korpusu yaratmışıq. Nitq korpusu olmasaydı, nitqin tanınması sistemi alınmazdı. Hazırladığımız səs sintetikdir. Hərflərin səslənməsindən bir sözü, sonra da cümləni qururuq. Hiss olunur ki, bu, süni səsdir. Çalışırıq ki, bunu təbii səsə yaxınlaşdıraq. Müəyyən nailiyyətlərimiz vardır.

Bu proqram Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə yaradılacaq telefon-tərcüməçi sisteminin tərkib hissələrindən biridir. Telefon-tərcüməçi sistemi ilə telefon danışığının bir dildən başqa dilə avtomatik tərcüməsi həyata keçiriləcək və beləliklə, əcnəbilərlə telefonda danışmaq çox asan olacaq.

Ə.Fətullayev bildirmişdir ki, bu il “Dilmanc” layihəsi çərçivəsində Azərbaycan dilindən ingilis və rus dillərinə və əksinə onlayn lüğətlər də istifadəyə verilmişdir. Adi lüğətlərdən fərqli olaraq, bu lüğətlərə sözün ixtiyari formasını daxil etmək mümkündür, bu zaman sözün kökü avtomatik tapılır. Bu imkan xüsusilə xarici dili bilməyən və sözün kökünü tapmaqda çətinlik çəkən istifadəçilər üçün əhəmiyyətlidir. Bundan başqa, lüğətdə sözün işləndiyi nümunə cümlələrə və onların tərcümələrinə də baxmaq mümkündür. Lüğətdən http://dict.dilmanc.az ünvanında istifadə etmək mümkündür.

Ə.Fətullayev Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Heydər Əliyev Fondunun dəstəyi və sifarişi əsasında Azərbaycanın “NeyroTex” şirkəti tərəfindən gözdən əlil və görmə qabiliyyəti zəif olan insanlar üçün dünyada ilk dəfə olaraq səslə idarə edilən mini kompyuterin hazırlandığını bildirmişdir. Yeni mini kompyuteri yaratmaqda məqsəd gözdən əlil və görmə qabiliyyəti zəif olan insanlara informasiya-kommunikasiya texnologiyalarından bərabər hüquqlu istifadəni təmin etməkdir. Yeni qurğu digərlərindən monitorun və klaviaturanın olmaması və bütün əmrlərin mikrofon vasitəsilə idarə olunması ilə fərqlənir. Kompyuterdə proqram təminatı və bütün əmrlər Azərbaycan dilindədir.

Bu sahədə əldə olunan digər nailiyyətlər barədə məlumat verən Ə.Fətullayev bildirmişdir ki, hazırda sinxron tərcümə sistemi hazırlanır. Xarici dil bilməyən azərbaycanca çıxış edəcək və bu sistem vasitəsilə danışıq ingilis və ya rus dillərindən birinə çevriləcəkdir.

“Dilmanc” layihəsi çərçivəsində “Azərbaycan dilinin tezlik lüğəti” hazırlanmışdır. Təqdim olunan tezlik lüğətinin tərtibi üçün Azərbaycan dilinin bütün üslubları təmsil olunmaqla təxminən 50 milyondan çox söz-formadan ibarət mətn korpusu linqvostatistik təhlilə cəlb olunmuşdur. Bu lüğət 3 cilddən ibarət olacaqdır. Lüğətin 1-ci cildi artıq çapdan çıxmışdır, hazırda digər iki cild üzərində iş aparılır.

Azərbaycan dili üçün milli axtarış sistemi yaratmaq haqqında da düşünürük. İnformasiya axtaranda Google, Yandex və digər oxşar axtarış sistemlərindən istifadə edilir. Biz elə axtarış sistemi yaratmaq istəyirik ki, Azərbaycan dilində verilmiş axtarış kriteriyasını türk, ingilis, rus dilli kontentdə də axtararaq alınmış nəticələri azərbaycanca vermək imkanına malik olsun. Azərbaycanca verilən cümlə həm türk, həm ingilis, həm də rus dilində axtarılsın, məlumat toplansın və ana dilimizə tərcümə olunsun.

Layihənin digər əhəmiyyətli cəhəti də linqvistik texnologiyaların yaradılması sahəsində yeni nəsil milli kadrların hazırlanmasıdır. Layihə qrupu üzvlərinin bəziləri bu sahədə tədqiqatlarının nəticələrini elmi jurnallarda çap etdirmiş və hətta bir çoxları dissertasiya müdafiə etmişdir və bu proses davam edir.

Aparılmış tədqiqatların nəticəsində layihə qrupu bir sıra elmi nailiyyətlər qazanmışdır. Bu nailiyyətlər beynəlxalq elmi konfranslarda (Almaniya, Fransa, İsveç, Polşa, Çexiya və s.) təqdim edilmiş və nüfuzlu elmi jurnallarda dərc olunmuş, patentlər alınmışdır.

Layihə çərçivəsində yaradılmış texnologiyalar bir çox beynəlxalq sərgilərdə - TelecomWorld (Cenevrə, Dubay), CeBİT (Hannover, İstanbul), NATO konfransı (Batumi), “Svyaz-Eкspокомм” (Moskva) və s. tədbirlərdə uğurla təqdim edilmişdir.

“Dilmanc” layihəsi çərçivəsində aparılan elmi tədqiqat işləri və onların nəticələri haqqında beynəlxalq elmi tədbirlərdə məruzələr edilmiş, yeni yaradılmış üsullara görə iki patent alınmışdır.

Məlum olduğu kimi, internet əsrində - millətlərin inteqrasiyası dövründə beynəlxalq əlaqələr zərurətindən dillərarası qarşılıqlı tərcümə problemi getdikcə daha aktuallaşır. “Dilmanc” layihə qrupunun üzvləri əldə edilən nailiyyətlərlə kifayətlənmir, səylərini daha da artırmağa çalışırlar.

Xatirə Cəfərova

AZƏRTAC-ın müxbiri 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sevinc Məhsimova: Könüllülərin fəaliyyəti inklüziv dəyərlərin möhkəmlənməsinə töhfə verir

SOCAR-ın vitse-prezidenti: “Azəri–Çıraq–Günəşli” Azərbaycanın enerji sektorunun əsas strateji aktivlərindən biridir

“Rəqəmsal akademiya” proqramında süni intellektin dövlət idarəçiliyində tətbiqi müzakirə olunub

Ev təsərrüfatlarının uçotu dövlət proqramlarının real ehtiyaclara uyğun planlaşdırılması üçün etibarlı informasiya bazası olacaq

Yücel Karauz: Birliyimiz gücümüz, qardaşlığımız isə ən möhkəm körpümüzdür

Nəqliyyat və anbar təsərrüfatı sahəsində 14,2 milyard manatlıq xidmət göstərilib

Nazir müavini: Bu tədris ilində 53 təhsil müəssisəsində tikinti quraşdırma işləri aparılır

Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclasına Bakı ev sahibliyi edəcək

Kənd təsərrüfatı məhsulu istehsalı 1,4 faiz artıb

On ayda sənaye sektorunda 58,5 milyard manatlıq məhsul istehsal edilib

Azərbaycanlı opera müğənnisi "Carnegie Hall"da keçirilən beynəlxalq müsabiqənin qalibi olub

Azərbaycanı U-23 Avropa çempionatında 7 boksçu təmsil edəcək

BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

XİN: Azərbaycan ASB-nin əlavə öhdəliklər yaradan sənədlərinə qoşulmayıb

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib

On ayda ÜDM istehsalı 1,7 faiz artıb

Azərbaycanın memarlıq layihəsi beynəlxalq yaşıl bina sertifikatına layiq görülüb

Qərbi Azərbaycanda tarixi abidələrimiz- Gülvəng məbədi

Çinli professor: Rəqəmsal texnologiyalar tarixi tikililərin sənədləşdirilməsi və memarlıq irsinin mühafizəsində mühüm rol oynaya bilər

Pekin Kimya Texnologiyası Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub

Bu gün Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək

Kənan Kərimzadə: Müəllimlərin orta aylıq əməkhaqqısı 1030 manat təşkil edir

Azərbaycan Premyer Liqasında XIII turun proqramı açıqlanıb

Ərəb dünyasına açılan təhsil qapısı: UNEC nümayəndələri Mərakeşdə

74 ölkədə “Outlook”, “Teams” və “Copilot” xidmətlərinin işində nasazlıq yaranıb

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Media və Yayım Şurası açıqlama yayıb

"Özəl kapitalın iqlim fəaliyyəti üçün səfərbər edilməsi”: COP31-in Azərbaycan pavilyonunda müzakirə

Dövlət Proqramı təqaüdçüsü Böyük Britaniyanın Esseks Universitetində müəllim kimi fəaliyyətə başlayıb

QDF-in iştirakı ilə COP31 çərçivəsində Türkiyə pavilyonunda dayanıqlı şəhərsalma təcrübələri müzakirə olunub

Nazir müavini: Son 5 ildə ümumi qəbul planında dövlət sifarişli yerlərin xüsusi çəkisi 50 faizə yaxınlaşıb

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabrın pensiyaları ödənilib

Azərbaycan kikboksçusu 13-cü dəfə Avropa çempionu olub

Azərbaycanda 369 akkreditasiya olunmuş qurum fəaliyyət göstərir

Musa Qasımlı: Dövlət büdcəsindən elm sahəsinə 258 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub

Mərkəzi Bank Dünya Bankı ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib

“Xankəndi” Azərbaycan bayrağı ilə Avstraliya sularına daxil olan ilk tanker kimi tarixə düşüb

UEFA Millətlər Liqası: Azərbaycan yığması son oyununa çıxır

Qarabağ təbiətinin şəfa mənbəyi: 550-yə yaxın dərman bitkisi tədqiq edilib

Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır

Avropa Kuboku: “Kür” Şimali Makedoniya təmsilçisi ilə qarşılaşacaq

Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Məktəbəqədər təhsil müəssisələrinin 9 minə yaxın təhsilverəni sertifikatlaşdırılacaq

Gələn ay Bakıda sənaye sahəsi üzrə süni intellekt agentlərinin hazırlanmasına dair hakaton keçiriləcək

Qaradağ rayonunda sayca 6-cı körpünün tikintisinə başlanılıb VİDEO

Qaradağ rayonunda sayca 6-cı körpünün tikintisinə başlanılıb VİDEO

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub VİDEO

COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub VİDEO

Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama

Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Bakıda İkinci Süni İntellekt Sammiti işə başlayıb

4SİM rəsmisi: Süni intellekt agentləri gələcəkdə fərdi iştirakçıların komanda funksiyasını yerinə yetirə biləcək

Pakistanın şimal-qərbində 43 silahlı öldürülüb

İnvestorların ucuzlaşmadan istifadə edərək alışlar etməsi qızılın qiymətinin artmasına səbəb olur

® “tpe”nin rəhbəri: 2028-ci il mühəndislik, tikinti və servis xidmətlərinə tələbatın pik həddə çatacağı dövrlərdən biri ola bilər

ABŞ-İran gərginliyinin neft bazarına təsiri davam edir

Alim: İrəvandakı Göy məscid Azərbaycan xalqının dini-mədəni irsinin ayrılmaz parçasıdır

On ayda Qəbələnin mehmanxana və hotellərində 92 min nəfər qarşılanıb

Pakistanda ağır yol qəzası baş verib, 11 nəfər həlak olub

Neft ucuzlaşır VİDEO

Neft ucuzlaşır VİDEO

Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə olacaq

Bakıda sənayenin texnoloji və yaşıl transformasiyası müzakirə olunur

Bakıda “Eternity-2026” təliminin açılışı olub

Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib

Dakar-2026: Azərbaycan komandasının son təmsilçisi bu gün yarışacaq

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlərin sayı açıqlanıb

Azərbaycan nefti 99 dollara satılır VİDEO

Azərbaycan nefti 99 dollara satılır VİDEO

Ağsuda avtomobilin vurduğu piyada ölüb

Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var

MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır

Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür

“Google” və “Samsung” süni intellektlə işləyən “ağıllı eynəklər” təqdim edəcəklər

Hazırda Bakıda bir neçə istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

SEPAH Bəhreyndə ABŞ-yə məxsus radar sistemini məhv etdiyini açıqlayıb

Arktikada buz örtüyünün azalması Avropada yay quraqlıqlarından xəbər verə bilər - Tədqiqat

“Bloomberg”: “SpaceX” və “Tesla” şirkətləri dekabrda birləşə bilər

Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ baş verib

Kuşner: Avropanın iştirakı olmadan Ukrayna ilə bağlı razılığa gəlmək mümkün deyil

Böyük Britaniya miqrantların keçmiş hərbi bazada yerləşdirilməsi planını təsdiqləyib

Vitkoff: Ukrayna ilə bağlı daha bir görüş planlaşdırırıq

İtaliya UEFA Millətlər Liqasında Fransanı məğlub edib

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

Tramp: İrana qarşı hərbi gücdən istifadə etməkdə tərəddüd etməyəcəyəm

Afinada Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ilə bağlı dəyirmi masa təşkil edilib

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib  YENİLƏNİB VİDEO

İsveçrə Prezidenti: “Avropa Siyasi Birliyi”nin növbəti sammiti Sürixdə keçiriləcək VİDEO

İsveçrə Prezidenti: “Avropa Siyasi Birliyi”nin növbəti sammiti Sürixdə keçiriləcək VİDEO

Türkiyə Prezidenti: Qlobal orta temperatur artımını 1,5°C ilə məhdudlaşdırmaq hədəfinə nail olaq

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb VİDEO

Tramp prezidentlik müddəti başa çatana qədər Kuba məsələsini həll etmək istədiyini bildirib

Fariz Əhmədov: Ekran əsərində minatəmizləyən qadınların fəaliyyətinin görünməyən tərəflərini əks etdirmişik VİDEO

Fariz Əhmədov: Ekran əsərində minatəmizləyən qadınların fəaliyyətinin görünməyən tərəflərini əks etdirmişik VİDEO

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimatı olub VİDEO

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimatı olub VİDEO

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub VİDEO

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb VİDEO

Dakar-2026: Azərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib

Nyu-Yorkda binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

Azərbaycan şahmatçıları Avropa çempionatında daha iki medal qazanıblar

CECECO COP31 çərçivəsində təmiz enerji və dayanıqlı inkişaf üzrə müzakirə aparıb