Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dialoq, multikulturalizm və multikultural dəyərlərin qarşılıqlı əlaqəsi - ŞƏRH

Dialoq, multikulturalizm və multikultural dəyərlərin qarşılıqlı əlaqəsi -  ŞƏRH

Bakı, 3 noyabr, AZƏRTAC

Azərbaycan Prezidentinin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı müasir beynəlxalq münasibətlər sistemində dialoq, multikulturalizm və multikultural dəyərlərin qarşılıqlı əlaqəsi haqqında düşünmək üçün mühüm konseptual əsaslar yaradır. Bu çıxışın mahiyyətini yalnız müxtəlif mədəniyyətlər arasında ünsiyyətin təşviqi kimi deyil, həm də fərqli dünyagörüşlərinin, milli kimliklərin və mənəvi dəyərlərin qarşılıqlı anlaşma şəraitində mövcudluğunun fəlsəfi izahı kimi qiymətləndirmək mümkündür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə bildirib.

Professor bildirib ki, müasir dünyada siyasi, iqtisadi və mədəni proseslərin mürəkkəbləşməsi xalqlar və dövlətlər arasında münasibətlərin yeni prinsiplər əsasında qurulmasını zəruri edir: “Mədəniyyətlərarası münasibətlərdə qarşıdurma, stereotiplər və qarşılıqlı etimadsızlıq meyillərinin güclənməsi dialoqun əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə dialoq yalnız kommunikativ vasitə deyil, həm də fərqliliklərin qəbuluna, qarşılıqlı hörmətə və birgəyaşayış mədəniyyətinin formalaşmasına xidmət edən sosial-fəlsəfi mexanizm kimi çıxış edir. Dialoq və multikulturalizm arasındakı əlaqənin təhlili göstərir ki, bu anlayışlar bir-birini tamamlayan, lakin mahiyyət etibarilə fərqli məzmun daşıyan kateqoriyalardır. Dialoq müxtəlif mədəniyyətlərin nümayəndələri arasında qarşılıqlı ünsiyyət və anlaşma prosesini ifadə etdiyi halda, multikulturalizm həmin müxtəlifliyin cəmiyyətdə tanınmasını, qorunmasını və inkişafını nəzərdə tutan sosial-mədəni yanaşmadır. Başqa sözlə, dialoq multikulturalizmin həyata keçirilmə vasitələrindən biri, multikulturalizm isə dialoqun davamlılığını təmin edən dəyər və münasibətlər sistemidir. Dialoqun fəlsəfi mahiyyəti ondan ibarətdir ki, o, fərqli mövqelərin qarşılıqlı şəkildə ifadə olunmasına və anlaşılmasına imkan yaradır. Dialoq zamanı tərəflər öz milli, dini və mədəni kimliklərini itirmədən digərinin mövqeyini anlamağa çalışırlar. Bu baxımdan dialoq fərqliliklərin aradan qaldırılmasını deyil, onların qarşılıqlı münasibətlər sistemində konstruktiv məzmun qazanmasını nəzərdə tutur. Multikulturalizm isə bu prosesin daha geniş sosial və siyasi müstəvidə reallaşmasını təmin edir. O, cəmiyyətdə müxtəlif mədəniyyətlərin mövcudluğunu sadəcə fakt kimi qəbul etməklə kifayətlənmir, həmin müxtəlifliyin ictimai həyatın zənginləşməsinə xidmət etməsini də nəzərdə tutur. Beləliklə, multikulturalizm dialoq üçün sosial zəmin yaradır, dialoq isə multikultural dəyərlərin praktik məzmununu üzə çıxarır”.

O bildirib ki, bu əlaqənin təhlili zamanı mühüm bir məqamı nəzərə almaq lazımdır: “Multikulturalizm yalnız fərqli mədəniyyətlərin yanaşı mövcudluğu demək deyil. Onun əsas məzmunu həmin mədəniyyətlər arasında qarşılıqlı hörmətin, bərabərhüquqlu münasibətlərin və mənəvi etimadın formalaşmasıdır. Əgər müxtəlif mədəniyyətlər bir-birini qəbul etsə də, qarşılıqlı ünsiyyət və anlaşma imkanları məhdud qalırsa, multikultural münasibətlərin potensialı tam şəkildə reallaşmır. Buna görə də dialoq multikulturalizmin dərinləşməsinin və davamlılığının mühüm şərtidir”. Onun fikrincə, Azərbaycanın multikulturalizm təcrübəsi bu münasibətlərin konkret sosial-siyasi və mənəvi müstəvidə təhlili üçün əhəmiyyətli nümunədir. Azərbaycan cəmiyyətinin tarixi inkişafı müxtəlif etnik, dini və mədəni ənənələrin qarşılıqlı əlaqəsi şəraitində formalaşıb. Bu təcrübə mədəni müxtəlifliyin milli birliyə zidd olmadığını, əksinə düzgün sosial və siyasi yanaşma əsasında həmin birliyin möhkəmlənməsinə töhfə verə biləcəyini göstərir. Azərbaycanın multikulturalizm siyasətinin əsas fəlsəfi məzmunu milli kimliyin qorunması ilə mədəni müxtəlifliyin tanınması arasında tarazlığın yaradılmasıdır. Burada milli identiklik və multikultural dəyərlər bir-birini inkar edən deyil, qarşılıqlı şəkildə tamamlayan amillər kimi çıxış edir. Milli kimlik cəmiyyətin tarixi yaddaşını, mənəvi dəyərlərini və dövlətçilik şüurunu ifadə etdiyi halda, multikulturalizm bu kimliyin digər mədəniyyətlərlə qarşılıqlı münasibətlərdə açıq və tolerant xarakter almasına imkan yaradır.

Azərbaycan Prezidentinin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışının bu kontekstdə təhlili göstərir ki, dialoq yalnız beynəlxalq tədbirlərin və diplomatik münasibətlərin tərkib hissəsi kimi məhdudlaşmır. O, eyni zamanda, cəmiyyətin daxili harmoniyasının, sosial etimadın və mənəvi birliyin formalaşmasını şərtləndirən fundamental ictimai prinsipdir.

Azərbaycan təcrübəsi baxımından multikulturalizmə münasibətdə iki istiqaməti fərqləndirmək mümkündür: daxili istiqamət - müxtəlif etnik və dini qrupların hüquq və azadlıqlarının qorunması, onların ictimai həyata inteqrasiyası və qarşılıqlı hörmət mühitinin möhkəmləndirilməsi. Beynəlxalq istiqamət - müxtəlif sivilizasiyalar arasında dialoqun təşviqi, mədəniyyətlərarası əməkdaşlığın genişləndirilməsi və qlobal problemlərin birgə həllinə töhfə verilməsi. Bu iki istiqamət bir-birini tamamlayır. Daxili multikultural münasibətlərin möhkəmlənməsi beynəlxalq dialoq üçün etibarlı zəmin yaradır. Eyni zamanda, beynəlxalq mədəniyyətlərarası əməkdaşlıq cəmiyyət daxilində tolerantlıq və qarşılıqlı anlaşma dəyərlərinin inkişafına müsbət təsir göstərir.

İlham Məmmədzadə vurğulayıb ki, müasir beynəlxalq münasibətlər sistemində mədəniyyətlərarası dialoqun əhəmiyyəti onun qlobal problemlərin həllində yaratdığı imkanlarla da bağlıdır. Müharibələr, siyasi qarşıdurmalar, dini və etnik zəmində meydana çıxan gərginliklər göstərir ki, yalnız siyasi və iqtisadi mexanizmlər əsasında davamlı sülhün təmin edilməsi çətindir. Sülhün uzunmüddətli xarakter alması üçün cəmiyyətlər arasında mənəvi etimadın, qarşılıqlı anlaşmanın və ortaq məsuliyyət hissinin formalaşması vacibdir. “Azərbaycanın təcrübəsi göstərir ki, milli kimliyin qorunması, mədəni müxtəlifliyin tanınması və qarşılıqlı hörmət prinsiplərinin möhkəmləndirilməsi bir-birini tamamlayan proseslərdir. Bu baxımdan dialoq və multikulturalizm yalnız ölkənin daxili ictimai münasibətlərinin deyil, həm də beynəlxalq əməkdaşlığın və sülhün möhkəmləndirilməsinin mühüm ideoloji və mənəvi əsasları kimi çıxış edir. Mədəniyyətlərarası dialoqun əsas məqsədi fərqlilikləri vahid çərçivəyə salmaq deyil, həmin fərqliliklər arasında anlaşma və əməkdaşlıq imkanlarını genişləndirməkdir. Multikulturalizmin əsas dəyəri də məhz bu müxtəlifliyin insanlığın ortaq inkişafına xidmət etməsində ifadə olunur”, - deyə o əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın ilk beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi – AIREX 2026 işə başlayıb

İkitəkərli nəqliyyat vasitələrinin sürücülərinə piyada keçidləri ilə bağlı xəbərdarlıq

Vətən müharibəsi şəhidi Babək Həsənovun anım günüdür

BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib

Azərbaycan nefti 113 dollara satılır

Şimali Koreya Yapon dənizinə doğru bir neçə raket atıb

ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Hörmüz boğazı yaxınlığında dəniz minalarına düşən dörd tanker zədələnib

Şimali Koreya ABŞ-nin hazırkı siyasəti fonunda Vaşinqtonla dialoqda maraqlı deyil

Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq

Böyük Britaniya qida keyfiyyəti standartlarını Aİ ilə uyğunlaşdıracaq

Fransa daxili işlər naziri iğtişaşları hökumətin uğursuzluğu adlandırıb

CNN: Tramp ABŞ-də aralıq seçkilərin nəticələrini Ağ Evdən izləyəcək

Çempionlar Liqasının IV turunun ilk günündə 9 qarşılaşma olub

“Bavariya” Çempionlar Liqasında “Atletiko Madrid”ə qalib gəlib

İspaniyanın nəqliyyat naziri qatar qəzasından sonra istefa verdiyini açıqlayıb

PSJ Çempionlar Liqasında 17 dəqiqəyə dörd qol vuraraq rekord müəyyənləşdirib

NYT: ABŞ və Venesuela hərbi razılaşma üzrə danışıqlar aparır

Oman sahillərində tankerə hücum edilib

Baş məşqçi: “Sabah” üçün hazır və yaxşı formada olan 23 futbolçunu seçdiyimizi düşünürəm

Media: İsrail Trampın 4 milyard dollarlıq maliyyə yardımının dayandırılması ilə bağlı açıqlamasına təəccüblənib

“Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

Fransada zərgərlik fabrikindən 50 kiloqramadək qızıl oğurlanıb

Yəmən hökuməti SEPAH-ı husilərə hərbi dəstəyi artırmaqda ittiham edib

Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar

“Turan” klubu CEV Çempionlar Liqasında qələbə qazanıb

Ankarada Azərbaycanın Zəfər Günü qeyd olunub

Ayxan Mehdizadə: XIX əsrdə Bakı, Gəncə, Şuşa və Dərbənd silah istehsalının mühüm mərkəzləri olub

Leo Qabriadze: Teatrımızın tamaşasını Azərbaycan auditoriyasına təqdim etməkdən məmnunuq

Samuxda yeniyetmə və gənclər şanlı Zəfər dastanını qəhrəmanların dilindən dinləyiblər

“Xilasedici” komandası CEV Çempionlar Liqasında ilk oyununa çıxıb

Pakistanlı ekspert: Rifah dövləti konsepsiyası tənəzzülə uğramaq üzrədir - ŞƏRH  VİDEO

Pakistanlı ekspert: Rifah dövləti konsepsiyası tənəzzülə uğramaq üzrədir - ŞƏRH VİDEO

Şərur rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq

Avropada bomba hədələri ilə əlaqədar yeddi təyyarədə axtarış aparılıb

Qazaxda Vətən müharibəsi iştirakçıları gənclərlə görüşüblər

ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO

ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO

Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub

Bu saata olan əsas xəbərlər

Aktyor İsrael Demidov: BIAF kimi layihənin bir hissəsi olmaq çox maraqlıdır

Suha Çubukçuoğlu: Avropanın rəqabət qabiliyyətliliyi müdafiə potensialı kimi ictimai dəstəyin qorunub saxlanılmasından asılıdır - ŞƏRH

Günay Əfəndiyeva: Azərbaycan-Özbəkistan qardaşlığını əcdadlarımızın əmanəti kimi qoruyub saxlamalıyıq

Süni intellekt jurnalistin faktları yoxlamaq və redaksiya məsuliyyətini daşımaq funksiyasını əvəz etməməlidir – RƏY

Kansler: Ukraynadakı müharibənin nəticəsi uzun illər Avropanın təhlükəsizlik mühitini müəyyən edəcək

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Avropada siyasi elitalara inamın azalması Avropa İttifaqının birliyini təhdid edir - ŞƏRH

Professor: Fransa ilə Almaniyada etirazlar sosial-iqtisadi çağırışların və ictimai etimad məsələlərinin aktuallığını göstərir

Folklor İnstitutu Zəfər Gününü qəhrəmanlar və qazilərlə birlikdə qeyd edib

Futzal liqalarında transfer pəncərələrinin tarixləri müəyyənləşib

Turizm eksperti: Qış turizminin inkişafında davamlılıq əsas istiqamətlərdən biri olmalıdır

Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib

Aktrisa Yevgeniya Dodina: BIAF-da çox şən ab-hava hökm sürür

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutub

Rusiya-Çin-ABŞ liderlərinin mümkün görüşü: Tərəflər nəyi hədəfləyir?

SEPAH ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

® Kino biletləri də “ABB mobile” tətbiqində

Siyasi şərhçi: Avropada artan sosial narazılıq hökumətlərin böhranı idarə etmək qabiliyyətini sınağa çəkir

ADA Universitetinin nümayəndə heyəti İtaliyanın aparıcı ali təhsil müəssisələrində olub

Direktor: Xətai Tibb Mərkəzinə gündə 380-400 nəfər müraciət edir

Rza Əliyev: Azərbaycanın təşəbbüsləri mədəni yaxınlığı konkret əməkdaşlığa çevirir

Mərkəzi Bankın nümayəndələri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyiblər

Fransanın 2027-ci il büdcəsi ilə bağlı suallar yaranıb

® “Expressbank” Bərdədə 300 ağac əkib

Rəhman Quliyev: Qarşıdan gələn qış mövsümü Azərbaycan turizmi üçün kifayət qədər perspektivli olacaq

Baş katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Dövlət Xidməti: Hərracda 67 nəqliyyat vasitəsi satılıb

Oktyabrda metro ilə 16 milyondan çox sərnişin səfər edib VİDEO

Oktyabrda metro ilə 16 milyondan çox sərnişin səfər edib VİDEO

Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb, 50-yə yaxın insan itkin düşüb

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya

Fransada kütləvi etirazlar Makron hakimiyyətinin idarəçilik böhranının göstəricisidir - ŞƏRH

Məlahət İbrahimqızı: Ulu Öndərin zəngin siyasi irsi Türk dünyasının tarixində mühüm yer tutur

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr partiya üzvlərinin diqqətinə çatdırılıb

Daşkənddə Qazaxıstan futbolçularının kütləvi zəhərlənməsi ilə bağlı cinayət işi açılıb

Əməkdar müəllim Niftalı Qocayevin 90 illik yubileyi qeyd olunub

Aşıq Ədalət Dəlidağlı: Gənclər aşıq sənətini yaşatmalı, ənənələrimizi gələcək nəsillərə ötürməlidirlər

AHİK-in nümayəndə heyəti Türkmənistanda həmkarlar ittifaqları ilə əlaqələrin inkişafını müzakirə edib

Azərbaycanda əczaçılıq sektorunun inkişafı: sənaye potensialı, investisiyalar və yeni iqtisadi imkanlar

Vışeqrad dördlüyü prezidentlərinin sammiti: Əsas mövzu Ukraynaya dəstək və Aİ-nin genişlənməsidir

Budapeştdə İkinci Dünya müharibəsi dövrünə aid 240-dan çox partlayıcı aşkarlanıb

Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu

Media: Türkiyədə ikinci Atom Elektrik Stansiyasının tikintisi 30 milyard dollara başa gələcək

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb VİDEO

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb VİDEO

“Aramco”nun xalis mənfəəti 2,6 milyard dollar artıb

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib

Bakıda Venesiya ab-havası: Turistlərin heyran qaldığı nağılvari məkandan FOTOREPORTAJ

Qəlbindəki nur ilə seçilən azərbaycanlı

“Liverpul”un futbolçusu “Fənərbağça” ilə oyunu buraxacaq

Sosial həssas qrupdan olan daha 20 tələbə aylıq 200 manat təqaüd alacaq

® “Bir” və “CineMastercard”dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə “Birbank”da

Rusiya Ukraynanın 9 vilayətində enerji infrastrukturuna zərbələr endirib

Fransalı nazir: Aksiyalarda gözyaşardıcı qazdan və qumbaralardan istifadə dayandırılmayacaq

Rusiya “3+3” formatında növbəti görüşün tezliklə keçirilməsinə ümid edir

Qazi Bəbir Qasımov: Vətən müharibəsində tarixi ədalət öz yerini tapdı

Ursula Fon der Lyayen: Hörmüz böhranı Avropa üçün 127 milyard avro əlavə xərc yaradıb

“Görünən və görünməyən Səməd Vurğun”: Muzeydə maraqlı görüş

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu karyerasını bitirib

Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdən keçirilib