DƏMİRYOLÇULAR QISA MÜDDƏTDƏ 22 MİN AĞAC ƏKMİŞLƏR
Bakı, 5 aprel (AZƏRTAC). Ölkəmizdə 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ilə əlaqədar olaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) kollektivi aprelin 4-də Baş Sumqayıt-Güzdək mənzilinin 2623-cü kilometrində ağacəkmə kampaniyası keçirmişdir.
Tədbirdə nəqliyyat naziri Ziya Məmmədov, QSC-nin sədri Arif Əsgərov iştirak etmişlər.
Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun verdiyi məlumata görə, dəmiryolçular burada 3 min ağac əkmişlər. Beləliklə, indiyə kimi Bakı və Biləcəri istiqamətində 10 min, Saatlı-İmişli sahəsində 3 min, Karrar-Kürdəmir sahəsində 3 min, Baş Sumqayıt-Güzdək sahəsində 5 min, digər yerlərdə isə min ağac olmaqla, bütövlükdə dəmir yolu zolağında 22 min ağac əkilmişdir.
Yaşıllaşdırma kampaniyaları QSC rəhbərliyinin bu məqsədlə təsdiq etdiyi tədbirlər proqramına əsasən mütəmadi olaraq keçirilir. Proqrama uyğun olaraq, ölkənin dəmir yolu sisteminə daxil olan idarə-müəssisələrin ərazilərinin abadlaşdırılması, yaşıllaşdırılması, yerlərdə ekomühafizə zonalarının yaradılması məqsədi ilə “Sağlam ekoloji mühit, təmiz hava, təmiz su” müsabiqəsi keçirilir.
İlin sonunda yekunlaşdırılacaq müsabiqədə I-III yerləri tutan kollektivlərə müvafiq olaraq 1000, 500 və 300 manat məbləğində pul mükafatlarının və fəxri fərmanların verilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]