DƏM QAZINDAN ÖLMÜŞDÜR
Sumqayıt, 15 mart (AZƏRTAC). Dəm qazından ölənlərin sayı artır. Sumqayıt Polis İdarəsinin növbətçi hissəsindən daxil olan məlumata görə, martın 14-də 18-ci mikrorayonda səhər saatlarında ölüm hadisəsi qeydə alınmışdır.
1975-ci il təvəllüdlü Laçınov Şahbala Rəsul oğlunun meyiti mənzilindəki vanna otağından tapılmışdır. Kriminalist-ekspertlərin rəyinə görə, o, dəm qazından boğulmuşdur.
Şəhər Prokurorluğunda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, havaların soyuması ilə təkcə Sumqayıtda qaz sızmasından 10 nəfər ölmüş, daha 118 nəfər zəhərlənmə və müxtəlif dərəcəli zədələrlə şəhərin tibb müəssisələrinə müraciət etmişdir. Hadisələrin demək olar ki, hamısı vanna otağında baş vermişdir.
Profilaktik tədbirlərin görülməsinə və maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, hələ də evlərin və mənzillərin qızdırılması üçün nasaz qaz sobalarından istifadə edilir və təhlükəsizlik tədbirlərinə məhəl qoyulmur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]