DƏM QAZINDAN EHTİYATLI OLMAQ LAZIMDIR
Son həftə respublikada müşahidə olunan şaxtalı hava şəraiti xeyli narahatlıq yaratmışdır. Evlərini qızdırmaq üçün cürbəcür cihazlardan istifadə edən sakinlər təhlükəsizlik qaydalarına əməl etmədikləri üçün çox vaxt faciə qurbanlarına çevrilirlər.
Sumqayıt Şəhər Polis İdarəsinin növbətçi hissəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, mənzillərin standartlara uyğun gəlməyən qaz sobalarından istifadə edilməsi nəticəsində son günlər dəm qazından zəhərlənmə halları artmışdır.
Beşinci məhəllədə yaşayan Təhməzovlar ailəsi möcüzə nəticəsində salamat qalmışdır. Nahar fasiləsinə gəlmiş ev sahibinin çağırışı ilə hadisə yerinə yollanmış təcili tibbi yardım briqadası dəm qazından zəhərlənmiş 1944-cü il təvəllüdlü Firuzə Təhməzovanı, 1966-cı il təvəllüdlü Məsumə Təhməzovanı və 1978-ci il təvəllüdlü Lamiyə Təhməzovanı xilas etmək üçün xeyli əlləşməli olmuşdur.
Doqquzuncu məhəllədə yaşayan Abdullayevlər ailəsinin iki uşağı kəskin zəhərlənmə diaqnozu ilə şəhər uşaq xəstəxanasının reanimasiya şöbəsinə gətirilmişdir. Xəstəxanadan verilən məlumata görə, hazırda 11 yaşlı Aytənin və 7 yaşlı Ayselin vəziyyətləri sabitdir. Qızların analarına da tibbi yardım göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]