Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daşların sehirli gücü

Bakı, 27 yanvar, AZƏRTAC

Daşlar haqqında məlumatlar qədim kitablardan qaynaqlanır. Həmin məlumatlar daha çox inanca əsaslansa da, sonralar onun elmi tərəfləri də araşdırılmağa başlanılıb. O vaxt almazı cəsarət və qorxmazlığın simvolu kimi görsələr də, indi onun ən bərk metalları belə aşılaya bildiyi məlumdur. Əvvəllər kvarsın gizli və sehrli enerjiyə malik olmasına inansalar da, mexaniki güc tətbiq edilərkən onda elektrik gərginliyi yarandığı, kəhrəbada qoruyucu keyfiyyət olduğu üzə çıxdı.

Həmsöhbətimiz Nazir Nağıyev 12 ildir ki, bu sahə ilə maraqlanır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu olan gemmoloq hələlik 12 təbii daş əldə edib və onların kimyəvi tərkibi, enerjisi, mistik və müalicəvi xüsusiyyətlərini öyrənir. Gemmoloqun dediyinə görə, daşlar özü də bir neçə yerə bölünür. Kvars, ametist, əqiq mineral, almaz, sapfir, yaqut, aleksandrit və s. müalicəvi daşlar sayılır. Zümrüd, almaz, yaqut, turmalin bəzək əşyaları, nefrit, lapis, oniks və s. əl işləri üçün istifadə olunan daşlardır.

N.Nağıyev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Belə hesab edilir ki, daşların vibrasiyası insan orqanizminin vibrasiyasına bərabərdir və orqanizmdə energetik axını optimal formada stimullaşdırır. Daşlarla müalicə alternativ təbabətin inkişafında yeni bir sahə sayılır və onu bəzən XXI əsrin təbabəti də hesab edirlər. Qiymətli daşların qan qrupuna uyğun təsnifatına görə, sarımtıl-narıncı rəngdən qırmızı, purpur rəngə qədər olan daşlar I, qırmızı, narıncı, mavi, yaşıl və bənövşəyi rənglərdə olanlar III, mavi və yaşıl rənglərdə olanlar II və IV qan qrupları üçün düşərlidir”.

Onun verdiyi məlumata görə, nefrit daşında yaradılışın işarəsini, mifi görmək olar. Onunla ehtiyatlı olmaq lazımdır, onda keçmişlə gələcəyi qovuşdurmaq gücü var. Gemmoloq deyib: “Hematit qalibiyyət daşıdır, tərkibində dəmirlə zəngindir, onun mistikası həmişə qələbəyə səsləyir. Zümrüd bərəkət, kəhrəba təmizlik daşıdır. Turmalin gərginliyi aradan qaldırır. Opal daşı dəriyə təmas edir, dəri xərçənginə təsir edir əqiq təzyiqi stabilləşdirir, qanaxmanı dayandırır. Alın, gicgah və göz ağrısı zamanı kvarsdan, baş ağrısı zamanı ametistdən, xrizolit və sitrindən istifadə edilir. Nefrit ürək xəstəliyinə xeyirdir, sapfir yaddaşı gücləndirir, düşüncəni dəqiqləşdirir, sinirləri sakitləşdirir. Lakin yaqut və sapfir daşını taxarkən əsəbiləşmək olmaz, çünki əsəbi lap qaldırır. Firuzə daşı on iki xəstəliyin dərmanıdır. Əsasən görmə qabiliyyətinin qorumasında xüsusən xeyirlidir, ondan eynək taxanların istifadə etməsi məsləhətdir. Mədəaltı vəziyə, alındakı ağrılar, epilepsiyaya, dil qatlanmaya qarşı faydalıdır. Bütün daşları suya salıb içmək olar, minerallarla əlaqədə olan distillə olunmamış su çox faydalıdır”.

Həmsöhbətimiz qeyd edib ki, mineral daşlar suyu gec süzsə də, tərkibini tam təmizləyir və başqa heç bir filtrdə ona nail olmaq mümkün deyil. Müxtəlif daşların ayaq altına yığılması, onların üzərində yerimə, əllərin həmin daşlara sürtülməsi, eyni zamanda masaj seansların, məsələn, onurğa və kürək üzərinə daşlar qoyulması birbaşa sinir sisteminə və enerjiyə müsbət təsir göstərir, yorğunluq və yüklənmədən azad edir.

Onun dediyinə görə, akvamarin əsəbləri sakitləşdirir, düşüncənin aydınlaşması və yaradıcılıq qabiliyyətinin üzə çıxmasında böyük rol oynayır. Kvars beyinə xəbərdarlıq edir, neqativ enerjini pozitivə çevirir. Əqiq daşı güc və uğur gətirir, bəd nəzərdən də qoruyur. Mirvari sadəlik və gözəllik nişanəsidir, eyni zamanda müdrikliyin simvolu olaraq da qəbul edilir. Hətta qədim zamanlarda onun ana südünü artırdığına da inanırdılar. Zümrüd bədəni və ruhu təmizləyir, mərhəməti, sevgini, səmimiyyəti və sədaqəti ifadə edir. Çəhrayı kvars sevgi daşıdır, hematit, baş ağrıları və qan azlığının müalicəsi üçün xeyirlidir. Kəhrəba daşı gərginlik və yorğunluğu aradan qaldırır. Firuzə miqren və baş ağrılarına kömək edir.

Söhbətimizin sonunda gemmoloq bir sıra məsləhətlər də verib: “Əsəbi xəstəliyi olanlar əqiq və ya zümrüd daşı gəzdirməlidir. Zümrüd yayda taxılmamalıdır, çünki Günəşlə əlaqəyə girəndə rəngi sola bilər. Ona görə də payızda taxmaq daha düzgündü. Çox qəmgin və neqativ fikirli olanların da zümrüd daşı taxması məsləhətdir. Özünə qapananlar yaqut və sapfir taxmalıdır ki, cəmiyyətə qaynayıb qarışsınlar. Əsəbi vaxtda almaz daşı ilə gəzmək olmaz, o əsəbin daha güclənməsinə səbəb olur. Nefrit taxan yalan danışmamalıdır. Cəsarətsiz olanlar qara almaz, şələ daşı taxmalıdır. Panik atak zamanı yaqut, yaşıl, sarı və adi sapfir gəzdirmək faydalıdır. Xrizolit, turmalin, opal, gül rəngli kvars sevgi daşlarıdır, qarşılıqlı hissləri ifadə etməyə kömək edir”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda dövlət əmlakının icarəsindən muxtar respublika büdcəsinə daxilolmalar 37,1 faiz artıb

İlqar Bayramlı: Müasir əmək bazarına uyğun 33 yeni peşə ixtisası yaradılıb

COP31-də binalarda enerji səmərəliliyinin artırılmasında bələdiyyələrin rolu mövzusunda müzakirə təşkil olunub

Çində saç tökülməsinə qarşı ən effektiv daraq hazırlanıb

Azərbaycanlı gənc alim Çində bərpaolunan enerji texnologiyaları ilə bağlı tədqiqatlarını təqdim edib

“Anthropic”in gəlirlərinin 2030-cu ildə 500 milyard dolları ötəcəyi gözlənilir

Naxçıvanda sahibkarlıq fəaliyyəti ilə bağlı 40 lisenziya verilib

Nazir müavini: Aqrar sektorda peşəkar kadr potensialına ehtiyac duyulur

“Nvidia”nın gəlirləri 103 faiz artıb

Ötən gün ölkə ərazisində 52 cinayətin üstü açılıb, axtarışda olan 116 nəfər saxlanılıb

Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub

Peşə təhsilində tələbələrin sayı 40 minə çatıb

Azərbaycan və Gürcüstan enerji sahəsində əməkdaşlığın yeni perspektivlərini nəzərdən keçirib

Çin və Rusiya liderlərinin görüşü keçirilib

Neft bazarında təklif təzyiqi qiymətlərin ucuzlaşmasına səbəb olur

Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub

Füzuli rayonunda salınan yeni badam bağları FOTOLAR

Misin qiyməti son 5 ayın minimumuna yaxınlaşıb

HTP çərçivəsində Çində təhsil imkanı

Bakıda Gələcəyin Peşələri Sammiti başlayıb

Norveçin “Equinor” enerji şirkətinə kiberhücum olub

Ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı açıqlanıb

Dövlət satınalmaları üzrə 509,9 milyon manata qənaət edilib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Azərbaycan klubları FIBA Avropa Kubokunda növbəti oyunlarını keçirəcəklər

Neft ucuzlaşıb VİDEO

Neft ucuzlaşıb VİDEO

AzTU Gürcüstan universitetləri ilə əməkdaşlıq müqavilələri imzalayıb

İran ordusu Küveytdəki aviabazada ABŞ hərbi obyektlərini hədəfə alıb

Azərbaycan nefti 98 dollara satılır VİDEO

Azərbaycan nefti 98 dollara satılır VİDEO

İndoneziyada 5,9 bal gücündə zəlzələ qeydə alınıb

“Qələbə” dairəsində pik saatlarda yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb VİDEO

“Qələbə” dairəsində pik saatlarda yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb VİDEO

Bakının Mərdəkan qəsəbəsində yataqxana binasında yanğın baş verib VİDEO

Bakının Mərdəkan qəsəbəsində yataqxana binasında yanğın baş verib VİDEO

Trampa sui-qəsd planı hazırlayan Pakistan vətəndaşı 27,5 il həbs cəzası alıb

Azərbaycanın KSQT yanında daimi nümayəndəsi etimadnaməsini təqdim edib

“Eternity-2026” təliminin iştirakçıları Zəfər parkını ziyarət ediblər

Papua-Yeni Qvineyada 6 bal gücündə zəlzələ olub

Bakının bir sıra yollarında nəqliyyat sıxlığı yaranıb – SİYAHI

Rumıniyada 5,3 bal gücündə zəlzələ baş verib

Rubio: ABŞ Tramp və Kim Çen In arasında görüşü nəzərdən keçirir

ABŞ İrana qarşı əməliyyatda müddəti bitmiş sursatlardan istifadə edib

Kanada Ukraynaya silah tədarükü üçün əlavə vəsait ayırıb

COVID-19-a yoluxmuş şəxslərin yarıdan çoxunda beş il ərzində qoxu hissi bərpa olunmayıb - TƏDQİQAT

ABŞ Qeşm adasına zərbə endirdiyini təsdiqləyib

Rutte: NATO-nun Ukraynaya silah tədarükü üçün bir neçə milyard dolları çatışmır

Fransada bahalaşmaya və aşağı əməkhaqlarına qarşı kütləvi etiraz aksiyaları keçirilib

Lənkəranda bıçaqla ehtiyatsız davranan yeniyetmə xəsarət alıb

Marmara Universitetində Türkiyə-Azərbaycan münasibətlərinin mediada işıqlandırılması müzakirə edilib

ABŞ yeni termonüvə bombası hazırlamağı planlaşdırır

UEFA Millətlər Liqası: Danimarka Norveçə, Uels isə Portuqaliyaya məğlub olub

İsveç Ukraynaya hərbi yardımı artırır

Əziz Ələkbərli: Gülarə Əliyevanın zəngin musiqi irsinin yaşadılması mühüm əhəmiyyət daşıyır

Ukrayna “Ramştayn” formatında keçirilən konfransın nəticələrini dəyərləndirib

Rutte: NATO ölkələri Ukraynaya silah alınması üçün ABŞ-yə 10 milyard dollardan çox vəsait ödəyib

Aktoti Raimkulova: Gülarə Əliyevanın yaradıcılığı bütövlükdə Türk dünyasının mədəni sərvəti və irsidir

Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub VİDEO

Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub VİDEO

Azərbaycanın Kudo üzrə yeganə dünya çempionu ikinci dəfə Avropa çempionu olub

Tanınmış bəstəkar Gülarə Əliyevanın xatirəsi anılıb VİDEO

Tanınmış bəstəkar Gülarə Əliyevanın xatirəsi anılıb VİDEO

Rusiyada An-12 təyyarəsinin qəzaya uğraması nəticəsində 17 nəfər həlak olub YENİLƏNİB

Qazaxın kəndlərində təsərrüfat sahiblərinin və fermerlərin müraciətləri dinlənilib

MDB ölkələri terror təhlükələrinə qarşı birgə mübarizə sahəsində əhəmiyyətli təcrübə toplayıblar

Alim: Süni intellekt tarixçini əvəz etməyəcək, amma keçmişin öyrənilməsinə yanaşmanı dəyişəcək

Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Mobil telefon uşaq üçün bir növ “təsəlli örtüyü”nə çevrilib - Neyropsixiatr Teo Kompernollenin ŞƏRHİ

Qazaxda V İdman Festivalına start verilib

Göyçayda aqrar təsərrüfatlara növbəti baxış keçirilib

Özbək xoreoqraf: Azərbaycan rəqsi ilə ən yaxın oxşarlıqlar Fərqanə məktəbində müşahidə olunur

2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib - YENİLƏNİB VİDEO

2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib - YENİLƏNİB VİDEO

“Nvidia”nın maliyyə hesabatından sonra bazar dəyərində 335 milyard dollarlıq dəyişiklik gözlənilir

Muxtar Babayev: Azərbaycan üçün su təhlükəsizliyi strateji milli prioritetdir

Ankara Dövlət Konservatoriyasında “Nizami” simfoniyası təqdim ediləcək

COP31: Azərbaycan pavilyonunda “Xəzər dənizi üzrə yüksəksəviyyəli tədbir” keçirilib

Yoxlama oyunu: Azərbaycan millisi Omana ikinci dəfə qalib gəlib

Milli Dirçəliş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Futbol formasından əlfəcinədək... “Zumerlər” nəyi kolleksiya etməyi sevirlər? –  SORĞU

COP31-də ziyarətçilər 1926-cı və 2100-cü illərin iqlim şəraitini təcrübədən keçirirlər

Türk ekspert: 17 noyabr xalqın öz müqəddəratına sahib çıxmaq iradəsinin tarixə yazıldığı gündür

“Mançester Yunayted” almaniyalı futbolçunu transfer etmək istəyir

Asan yol, yoxsa sağlamlıq riski? VİDEO

Asan yol, yoxsa sağlamlıq riski? VİDEO

COP31 çərçivəsində “Antalya Okeanlar və Dənizlər Razılaşması” əldə olunub

Azərbaycanın yaşıl enerji potensialı Avropa ilə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır - ŞƏRH

“Sıfır Atık’” Fondunun sədri: Azərbaycan və Türkiyə COP31-də ortaq ekoloji təşəbbüslərlə çıxış edir

İşəgötürənlərin gender bərabərliyinin təmin olunmasında rolu müzakirə edilib

Nyu-Yorkda Azərbaycanın Zəfər Gününə həsr olunan şahmat turniri

Britaniya İordan çayının qərb sahilində tikinti işlərində iştirak edən İsrail şirkətlərinə sanksiya tətbiq edib

Bakıdakı şadlıq saraylarında monitorinq: 47 obyektdən 41-də nöqsanlar aşkarlanıb

Bakı İqlim Fəaliyyəti Həftəsi qlobal İqlim Həftələri əməkdaşlığına qoşulub

Azərbaycan Aİ-nin Brüsseldə keçirilən nazirlər toplantısında təmsil olunub

Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda inklüziv təhsilə dəstək məqsədli layihə uğurla tamamlanıb

Birgə Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələnin əsasını qoyur ŞƏRH

Şərq intibah poeziyasının Xaqanı - elmi-praktik konfrans

Qubada Şimal-şərqi Azərbaycanda erkən şəhər mədəniyyəti mövzusu müzakirə olunacaq

Azərbaycanlı və almaniyalı tədqiqatçılar plastik çirklənmənin həlli yollarını araşdırıblar

“Azərpoçt”un adından istifadə edilməklə yeni fişinq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® “Bakcell” gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

Rusiyanın “Timeweb” hostinq provayderində genişmiqyaslı nasazlıq baş verib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi gürcüstanlı həmkarı ilə görüşüb

Siyasi şərhçi: Azərbaycanın enerji və nəqliyyat sahəsindəki mövqeyi Avropa üçün strateji əhəmiyyət daşıyır

Narkotik asılılığı ilə mübarizədə ailənin rolu: İsmayıllıda valideynlərlə görüş təşkil olunub

Ukrayna Müdafiə Qüvvələri “Qazprom”un neft emalı zavodunu vurub