DANİMARKA MÜSƏLMANLARI HİDDƏTLƏNMİŞLƏR
Danimarka Xalq Partiyasının üzvü M.Henriksen İslamı terror şəbəkəsi, müsəlmanları isə Qərb sivilizasiyasının düşmənləri adlandırmışdır. Onun İslamı qəbul etmiş danimarkalıları istehza ilə məzəmmətləməsi narazılıq doğurmuşdur. Deputat parlamentdəki üç həmkarının müsəlman olmasına baxmayaraq, bu adamları mənəvi cəhətdən naqis adlandıraraq, onları öz köklərinə və mədəniyyətlərinə xəyanət etməkdə təqsirləndirmişdir.
Konpenhagendəki “Skandinaviya vəqfi” müsəlman təşkilatının mətbuat katibi Qasım Səid Əhməd demişdir: “Müsəlman azlığı İslamın və müsəlmanların ünvanına söylənən və şok yaradan iradlardan əziyyət çəkir”.
Təxmini hesablamalara görə, Danimarka müsəlmanlarının sayı 180 min nəfərdir və ölkə əhalisinin 3 faizə qədərini təşkil edir. Etiqad edənlərin sayına görə islam lüteranlıqdan sonra ölkənin ikinci dinidir. Danimarkanın aparıcı müsəlman təşkilatı olan “ Skandinaviya vəqfi” digər müsəlman qrupları ilə birlikdə deputat Henrikseni məhkəməyə vermək niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [16:20]
“Gazprom”: Təbii qazın qlobal enerji təhlükəsizliyində rolu artacaq
- 12.11.2026 [16:11]
Türkiyə və Çin COP31 çərçivəsində 15 milyard dollarlıq razılaşma əldə edib
- 12.11.2026 [15:39]
“Alışan buzdan” qaz hasil edilməsinin metodu kəşf olunub
- 12.11.2026 [15:30]
Mixeil Kavelaşvili Türkiyə Prezidentini Gürcüstana dəvət edib
- 12.11.2026 [15:29]