DAHA BİR GƏMİMİZ SUYA BURAXILMIŞDIR
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin informasiya və mətbuat şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, bu münasibətlə keçirilən təntənəli mərasimdə Nijni Novqorod şəhərinin rəhbərləri, gəmiçiliyin rəsmi nümayəndələri, zavodun əməkçiləri iştirak etmişlər. Çıxış edənlər “Prezident Heydər Əliyev” tankeri tipli növbəti gəminin suya salınmasını Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafının bariz nümunəsi adlandırmış, ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi böyük iqtisadi layihələrin bu gün də uğurla davam etdirildiyini vurğulamışlar.
Yükqaldırma qabiliyyəti 13,8 min ton olan “Babək” tankerində son tamamlama və quraşdırma işləri başa çatdırıldıqdan sonra yanalma və gediş sınaqları aparılacaq, gəmi sifarişçiyə təhvil veriləcəkdir. “Babək”in ilin sonunadək Bakıya gələcəyi gözlənilir. O, Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulacaq, donanmamızı daha da zənginləşdirəcəkdir.