DAĞLIQ RAYONLARA QAR YAĞACAQDIR
Bakı, 7 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 8-də ölkə ərazisində havanın temperaturu aşağı düşəcək, paytaxtda və bölgələrdə hava yağıntılı keçəcək, dağlıq rayonlara qar yağacaqdır.
Bakıda havanın temperaturu gecə müsbət 4-6, gündüz 6-8, Naxçıvanda gündüz 3-5, gecə mənfi 5-7, aran bölgəsində gündüz müsbət 7-9, gecə 3-5, dağlıq zonada gündüz 2-4, gecə mənfi 2-4 dərəcə təşkil edəcəkdir.
Tibbi-meteoroloji proqnoza əsasən, yaxın günlərdə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişmələri meteohəssas insanlar üçün nisbətən əlverişli olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]