Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dağlar diyarının yeni həyatı

Noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür

Bakı, 25 noyabr, AZƏRTAC

2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Üçtərəfli Bəyanata əsasən, həmin gün Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi bir güllə atılmadan Azərbaycana təhvil verilib.

AZƏRTAC xatırladır ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.

Qalalar, qalaçalar, mağaralar, kahalar məskəni

Kəlbəcər Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Qədim tarixə malik Kəlbəcər ərazisində alban dövrünə aid çoxlu abidələr var. Bağlıpəyə kəndi yaxınlığında yerləşən Xudavəng kompleksi Ağdərə-Kəlbəcər avtomobil yolunun üzərində inşa edilib. Tarixi mənbələrə əsasən, VI-VII əsrlərdə alban knyazı tərəfindən tikilmiş kompleks XV əsrdə həmin knyazlığın dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib və yenidən qurulub. Nəhayət, məbədin sonuncu dəfə alban hökmdarı Həsən Cəlal tərəfindən yenidən inşa edildiyi deyilir. Həsən Cəlalın (1215-1261) həyat yoldaşı Minə Xatun bu məbəddə dəfn olunub.

Dağlar diyarında digər qədim alban abidələri - Laçın kəndində “Laçınqaya” qalası, Lev kəndində “Lev” kilsəsi , Qaraçanlı kəndində “Uluxan” qalası, Başlıbel kəndində “Aşağı qalaça” və “Yuxarı qalaça”, Çərəkdar kəndində Həsən Camal kilsəsi, Qanlıkənddə “Lök” qalası, Qalaboynu və Comərd qalaları də var.

Hər daşında tarix yatır...

Rayondakı “Soltan Heydər”, “Qurbağalı çay”, “Turşsu”, “Ayı çınqılı”, “Gəlin qayası”, “Böyük dəvəgözü”, “Sərçəli” rayonun ən iri və ən ucqar yaşayış məntəqəsi sayılan Başlıbel kəndindəki “Aşağı qalaça”, “Yuxarı qalaça”, “Nəbinin kahası” adlanan yerlərdəki qayaüstü təsvirlər bu ərazilərin qədim tarixə malik insan məskənləri olduğunu sübut edir. Sal daşlar üzərindəki təsvirlərdə ocaq başında oturmuş insan rəsmləri, əmək alətlərinin, ov səhnələrinin, qədim xalq oyunlarının təsvirləri Kəlbəcərin tarix və mədəniyyətinin qədimliyini özündə əks etdirir. Rayonun bir çox ərazilərində, o cümlədən Kəlbəcər şəhərində, Başlıbel və Otaqlı kəndlərində qədim tarixə malik məscidlər və su dəyirmanları da öz mövcudluğunu işğaladək qoruyub saxlayırdı. Təəssüf ki, erməni vəhşiliyi nəticəsində həmin abidələr tanınmaz hala düşüb.

Qədim şəhər mədəniyyətini özündə əks etdirən Keştək, Tirkeşəvənd, Başlıbel kəndlərində və Tərtər vadisi boyu ərazilərdəki qalalar tarixin müxtəlif dönəmlərindən indiyədək ulularımızın keçdikləri həyat yoluna işıq saçır. İstisu qəsəbəsində, Başlıbel, Qalaboynu, Qamışlı, Lev, Çovdar, Şahkərəm, Milli, Məmmədsəfi, Şurtan kəndlərində xristian və İslam mədəniyyətinə aid nişanələr hələ də qalır.

Rayonun Zar kəndinin ərazisi qədim insan düşərgəsi olmaqla yanaşı, həm də şəhər mədəniyyətini özündə əks etdirir. Hələ ötən əsrin 60-80-ci illərində burada təsərrüfat işləri və tikinti işləri üçün aparılan qazıntılar nəticəsində üç-dörd təbəqəli qəbirlər aşkarlanıb. Qəbirlərdən tuncdan və bürüncdən hazırlanmış zinət əşyaları, dulusçuluq məmulatları tapılmış, həmin materiallar Kəlbəcər Tarix- Diyarşünaslıq Muzeyinə verilmişdi. Şəhri-Zar kimi tanınan həmin tarixi ərazi sözün əsl mənasında qədim şəhər mədəniyyətinə məxsus nümunələrlə zəngindir. Buradakı "Daş dirəkli dam" sanki həmin mədəniyyətin şah əsəri hesab olunurdu. Təəssüf ki, işğal dövründə digər tarixi abidələr kimi, "Daş dirəkli dam" da Ermənistan silahlı qüvvələri tərəfindən barbarcasına dağıdılaraq talan edilib.

Canlı təbiət muzeyi

Uca zirvələri buludlara baş çəkən, sıldırım qayaları, gur şəlalələri, buz kimi soyuq çeşmələri, ətrafa yaşıl don biçən zümrüd meşələri, təkrarsız təbiət mənzərələri ilə heyrətləndirən Kəlbəcər başdan-baş canlı təbiət muzeyini xatırladır. Dağlıq relyefə malik olan rayon mineral su qaynaqları, axar çaylar və faydalı qazıntılarla zəngindir. Dağlar qoynunda yerləşən Kəlbəcəri başdan-başa gülüstan adlandırmaq olar. Otuz mindən artıq bulağı olan Kəlbəcər rayonunun “təbiət muzeyi” adlandırılması təsadüfi deyil. Rayon ərazisində 4 mindən artıq bitki növü bitir və onlardan 200-ü dərman bitkisidir.

İşğal dövrünün izləri

1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcərdə 53 min 340 sakin öz dədə-baba yurdundan qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir və itkin düşüb. Rayonun məcburi köçkün əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşıb.

Kəlbəcər rayonunun 484 şəhidi var. Onlardan 258-i hərbçi, 226-sı mülki şəxsdir. Vətən müharibəsində rayonun 37 sakini şəhid olub. Kəlbəcərdən olan 3 döyüşçü Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

İşğal nəticəsində rayonun bütün yaşayış məntəqələri, 13 minədək fərdi mənzil talan edilib, 87 tarixi abidə, 1 muzey, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evini, tarix-diyarşünaslıq muzeyini, 9 xəstəxananı, 75 tibb məntəqəsi, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, çoxlu sayda texnikanı talan edib, dağıdıb və rayonun milyardlarla manatlıq sərvətini Ermənistana daşıyıblar. Rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

Dağıntı və talanlar həm işğal dövrü ilə yanaşı, həm də beş il əvvəl ermənilər rayondan çıxarkən davam edib. Bütün binalar dağıdılıb, yandırılıb, sökülüb. Ağaclar kəsilib, meşələrə od vurulub.

Altı zər, üstü zər Kəlbəcər…

Kəlbəcərin bir özəlliyi də onun loğman təbiəti, təmiz havası və şəfalı su mənbələrinin olmasıdır. Həzm sistemi xəstəliklərinin əvəzsiz müalicəsi hesab olunan zəngin mineral tərkibə malik olan İstisu müalicə ocağı burada yerləşir. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. İstisu mineral suları hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur və daim çağlayan 12 bulaqdan ibarətdir. İstisuyu yerin təkindən 58,8 dərəcə C istiliyində qaynayır. Mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, med, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Ərazidəki bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi çox böyük müalicə - balneoloji təsirə malik mineral su yataqları Kəlbəcərə dünya şöhrəti qazandırıb. İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür.

“İstisu” İstirahət-Müalicə Kompleksinin 34 hektar ərazidə salınması və gündəlik 300 nəfəri qəbul etməsi üçün inşaat işləri gedir. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottec də tikilir.

Sakinlər doğma yurda dönürlər

İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bu il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb. Böyük Qayıdış prosesinin növbəti əlamətdar hadisəsi kimi, Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə köçən sakinlərlə görüşmüş, onlara yeni mənzillərin açarlarını təqdim ediblər.

Həmin mərasim zamanı Prezident İlham Əliyev deyib: “Dövlət sizin üçün burada gözəl şərait yaradıb. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Siz artıq birinci yaşayış kompleksində evlərlə təmin olunursunuz, amma inşaat işləri bununla bitmir. Bu gün təməlini qoyduğum növbəti yaşayış komplekslərində yaxın gələcəkdə sizin qohumlarınız, dostlarınız gəlib yerləşəcək. Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilibdir. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar.

Bu gün, o cümlədən ona görə tarixi bir gündür ki, ölkəmizin ən böyük rayonu olan Kəlbəcər və onun şəhəri artıq canlanır, buraya həyat qayıdır və əminəm ki, siz burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz. Uzun illər ərzində ağır şəraitdə - çadırlarda, uyğunlaşdırılmış binalarda, uşaq bağçalarında, yataqxanalarda - müxtəlif yerlərdə yaşamısınız, həyatınız çox ağır olub”.

Yenidən tikilən, yenidən qurulan Kəlbəcər

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar.

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə ilk səfərləri çərçivəsində “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak ediblər. Dövlət başçısı Lev çayı üzərində su elektrik stansiyasının tikintisi ilə tanış olub, Kəlbəcər-Laçın avtomobil yolu üzərində yaradılacaq 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoyub.

Dövlət başçısının tapşırığına əsasən, aparılan quruculuq işləri çərçivəsində rayonda “Kəlbəcər-1”, “Meydan”, “Qamışlı”, “Soyuqbulaq”, “Çıraq-1”, “Çıraq-2”, “Zar” Kiçik Su Elektrik stansiyaları (KSES), həmçinin “Yuxarı Vəng” Su Elektrik Stansiyası, habelə 110/35 kV-luq “İstisu” yarımstansiyası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” Kiçik Su Elektrik stansiyaları istismara verilib.

Dövlət başçısı Yanşaq, Zallar və Zar kəndlərinin, habelə İstisu qəsəbəsinin, Kəlbəcər şəhərində birinci və ikinci yaşayış komplekslərinin, inzibati binanın və məktəb binasının təməllərinin qoyulması, “İstisu” mineral su zavodunun açılış mərasimlərində iştirak edib.

Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar. Onlar Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib, şəhərdəki 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər. Həmin gün Prezident İlham Əliyev “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib, Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin və şəhər parkının təməlini qoyub.

Rayonda aparılan nəhəng quruculuq işləri dağlar diyarının gözəl gələcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş regionların iqtisadiyyata reinteqrasiyası ölkəmizin inklüziv və dayanıqlı inkişafı üçün yeni üfüqlər açır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mask: Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək

Avropadakı aviaşirkətlər daha çox bomba təhdidi ala bilər

Trampı öldürməklə hədələyən qanunsuz immiqrant Ağ Evin yaxınlığında saxlanılıb

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər turnirinə hazırlaşırlar

Londonda 8 Noyabr – Zəfər Günü qeyd edilib

NYT: Yeni aparat rəhbəri Trampı İranla müharibəni dayandırmağa çağırıb

“Politico”: ABŞ-nin NATO müttəfiqləri Avropanın təhlükəsizlik planlarından xəbərsiz olublar

Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

Roma Papası XIV Leo Cənubi Amerikanın üç ölkəsinə səfərə başlayıb

Almaniyada 400 minədək metallurgiya və elektrotexnika işçisi tətilə qoşulub

Dakar-2026: Çimərlik güləşində iki idmançımız mübarizəyə başlayır

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar

BMT: Hörmüz boğazında münaqişə nəticəsində 25 dənizçi həlak olub

Rubio G7 sammitində iştirak etmək üçün Parisə gedəcək

İstanbulda Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə olunub

Fransada etirazlar zamanı 70 min polis və jandarm xidmətə cəlb ediləcək

Qəbələdə Zəfər Gününə həsr olunan tədbirdə qəhrəmanlıq tariximizdən danışılıb

Savalan Mirzəyev: Azərbaycanın Zəfəri regionda sülhün və sabitliyin təminatıdır

Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Naxçıvanda “Sözümüz imzamızdır” və “Arı” kitablarının təqdimat mərasimi olub

Müharibə veteranı Taleh Qasımov: Zəfər Günü xalqımızın qürur mənbəyidir

Tramp Ağ Evin aparat rəhbərini dəyişir

SOCAR və “Honeywell Technologies” arasında Qlobal Çərçivə Sazişi imzalanıb

Tramp: İranın qarşısını almasaydım, İsrail və Yaxın Şərq mövcud olmazdı

Dmanisi Tədris Mərkəzində tədbir: “Zəfər səsləyir bizi”

Birinci Qarabağ müharibəsi qəhrəmanının obrazını göz yaşları ilə yaradan aktyor – Elnur Vəlizadə

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub VİDEO

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub VİDEO

“Neftçi” “Kəpəz”ə qalib gəlib

Beynəlxalq Çövkən Federasiyasına 7 yeni ölkə üzv qəbul edilib

“Zəfər sədası” müsabiqəsində ən yaxşı bədii qiraətçilər seçilib

Peşə təhsili müəssisələrinin təhsilverənləri üçün keçirilən ixtisasartırma təlimləri yekunlaşıb

Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında futbol turniri təşkil olunub

Xoreoqraf Şahar Binyamini: Azərbaycan rəqqasları çox istedadlıdırlar

AzTU-da “Şanlı Zəfər tariximiz” adlı tədbir: “Missiya” filmi nümayiş etdirilib

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

Nobel qardaşlarının Azərbaycan irsi Helsinkidə elmi müzakirə mövzusu olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb

ADPU-nun Quba filialında Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

AMEA-nın elmi müəssisələrində bal sistemi əsasında qiymətləndirmə mexanizmi təkmilləşdirilir

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib

Avropa Komissiyası: Çexiya miqrasiya təzyiqi təhlükəsi altında olan ölkələr sırasındadır

“Prezidentimizə söz verdim” – CAHANGİRBƏYLİDƏN REPORTAJ

Qələbənin sədası xalq çalğı alətlərində VİDEO

Qələbənin sədası xalq çalğı alətlərində VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib

Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər

Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər

Zəfər Günü Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin təcəssümüdür - ŞƏRH

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Cahangirbəylinin həyat ağacı - FOTOLAR

MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Ağstafada bir ailənin 3 üzvü zəhərlənib

Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib VİDEO

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib VİDEO

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub VİDEO

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub VİDEO

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

BMT sammitində Bakı Kommünikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar