DAĞISTANDA KARANTİN ELAN EDİLMİŞDİR
Mərkəzdən bildirmişlər ki, Dağıstanın Qarabudaqkənd rayonundakı “Eldama” toyuqçuluq fermasında “Nyukasl xəstəliyi”nin (yalançı taun virusu) aşkar edilməsi ilə əlaqədar 2006-cı il yanvarın 25-dən bəri 300-dən çox toyuğun tələf olması faktı qeydə alınmışdır. Dağıstan hökuməti yanında yaradılmış xüsusi baytarlıq komissiyası rayonda karantin elan etmişdir.
Mütəxəssislər virusun yayılmasının qarşısını almaq məqsədi ilə diri və ölü quşların xüsusi ayrılmış yerlərdə məhv edilməsi və quşçuluq fermasının dezinfeksiya olunması ilə əlaqədar iş aparırlar.
Təmizləmə və dezinfeksiya işləri tam başa çatdıqdan sonra ferma iki ay müddətinə bağlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [17:26]
Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb
- 13.11.2026 [16:23]
Fransa prezidentliyinə kim daha çox yaxındır? Rəy sorğusu
- 13.11.2026 [16:03]
İran ABŞ-nin MQ-1 PUA-sını vurub
- 13.11.2026 [15:12]