CORC BUŞ: AMERİKA İMMİQRANTLAR ÖLKƏSİDİR
Prezident 20 ölkədən 30 immiqranta ABŞ vətəndaşlığı verilməsi mərasimində çıxışında Konqresi onun iki il ərzində dəstəklədiyi immiqrasiya islahatları proqramını mümkün qədər tez qəbul etməyə bir daha çağırmışdır. Proqramda qeyri-leqal immiqrantlara “müvəqqəti işçi vizalar” verilməsi nəzərdə tutulur. Kapitolidəki siyasətçilər də daxil olmaqla, bu təklifin tənqidçilərinin fikrincə, belə addım ölkə ərazisinə qanunsuz yol tapanlara bəraət vermək deməkdir. Onların sözlərinə görə, qeyri-leqallar amerikalıların iş yerlərini ələ keçirir, onları sosial ehtiyaclara və tibbi xidmətə ayrılan maliyyə ehtiyatlarının bir hissəsindən məhrum edir.
Buş demişdir: “Heç kəs qonşular arasına nifaq salmamalıdır. Heç kəs immiqrantların Amerikanın özgürlüyünə təhlükə olduğu barədə saxta fikirlər irəli sürməməlidir, çünki bu özgürlüyü məhz immiqrantlar formalaşdırmışlar. İmmiqrantların fəaliyyəti və sahibkarlıq təşəbbüsləri Amerika iqtisadiyyatına kömək edir”.
Ekspertlərin fikrincə, ABŞ-da qeyri-leqal immiqrantların sayı 12 milyon nəfərə çatmışdır və onların 7,2 milyonu işlə təmin olunmuşdur.