Azərbaycan Dövlət İnformasiya Agentliyi

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Bakı, 11 iyun, AZƏRTAC

İqlim dəyişikliyi ilə mübarizə və enerji keçidi son illərdə ətraf mühit siyasətinin hüdudlarını aşaraq təhlükəsizlik və xarici siyasət gündəminin də prioritet mövzularından birinə çevrilib. Bu kontekstdə əvvəlcə Azərbaycanın, qısa müddət sonra isə Türkiyənin qlobal iqlim prosesində ön plana çıxması region baxımından diqqətçəkən hadisədir. COP29 və COP31 təcrübələrini bu çərçivədə nəzərdən keçirməklə iki ölkə arasındakı əməkdaşlığın daşıdığı mənanı daha aydın şəkildə göstərmək olar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun (SETA) İqlim Dəyişikliyi və Ətraf Mühit Proqramının tədqiqatçısı doktor Çağla Vural səsləndirib.

Azərbaycanın ev sahibliyi etdiyi COP29-un əsasən iqlim maliyyəsi mövzusu ilə yadda qaldığını deyən Çağla Vural xatırladıb ki, sammitdə müzakirə olunan inkişaf etməkdə olan ölkələrə ayrılacaq maliyyənin artırılması məsələsi beynəlxalq gündəmdə daha cəlbedici mövqe qazandı. Enerji istehsalçısı olan bir ölkənin bu tədbirə ev sahibliyi etməsi bu statusdakı dövlətlərin də iqlim danışıqlarında söz sahibi ola biləcəyini göstərmək baxımından əhəmiyyətli oldu. COP29, həmçinin Cənubi Qafqaz və Xəzər hövzəsini qlobal iqlim gündəmi ilə daha sıx əlaqələndirdi. Bakıdakı sammitdən sonra prosesin ötən il Braziliyada COP30 ilə davam etməsi və bu il Antalyada keçiriləcək COP31 ilə estafetin Türkiyəyə ötürülməsi iqlim diplomatiyası baxımından mühüm varislik (ardıcıllıq) imkanı yaradır.

Coğrafi cəhətdən bir-birinə yaxın iki ölkənin qısa fasilə ilə bu prosesə daxil olması regionun prioritetlərinin beynəlxalq arenada daha güclü şəkildə təqdim edilməsini təmin edə bilər. Beləliklə, Bakıda güclənən iqlim gündəmi xüsusilə ədalətli enerji keçidi və enerji təhlükəsizliyi məsələlərində Antalyada bir addım irəli aparılmaq fürsəti qazanacaq. Türkiyənin COP31-ə ev sahibliyi etməsi ölkənin iqlim diplomatiyasındakı nüfuzunu artıracaq və “2053-cü il xalis sıfır emissiya” hədəfi istiqamətində atdığı addımları qlobal səviyyədə daha nəzərəçarpan edəcək. Avropa ilə Asiya arasındakı coğrafi və strateji mövqeyi Türkiyəni bu prosesdə qlobal iqlim diplomatiyasında müxtəlif tərəflər arasında körpü qura biləcək və yaşıl transformasiyanı sürətləndirəcək aktora çevirir.

“Bu ardıcıllığın ən konkret təzahürlərindən biri Azərbaycan ilə Türkiyənin yaşıl enerji sahəsindəki əməkdaşlığıdır. Münasibətlər uzun müddət neft və təbii qaza əsaslanan istiqamət üzrə inkişaf edib və iki ölkə enerji dəhlizləri vasitəsilə bir-birinin imkanlarını qarşılıqlı şəkildə zənginləşdirib. Bu gün eyni tərəfdaşlıq bərpaolunan enerji üzərindən yenidən qurulur. Azərbaycan Xəzərdəki külək potensialı və yaşıl enerji zonası kimi planlaşdırdığı ərazilərdəki Günəş enerjisi layihələri ilə bu prosesə resurs baxımından töhfə verir. Türkiyə isə bərpaolunan enerjidə təkmil şəbəkə infrastrukturu və böyüyən yerli istehsal potensialı ilə tərəfdaşlığa güclü texniki baza qazandırır. İki ölkənin bu fərqli üstünlükləri birləşdikdə region üçün əhəmiyyətli bir ortaq dəyər yarana bilər. Bu enerjinin Avropa bazarlarına çıxarılmasına yönəlmiş layihələr də əməkdaşlığa strateji dərinlik qatır”, - deyə o əlavə edib.

Tədqiqatçı vurğulayıb ki, bu əməkdaşlığın təsiri yalnız enerji sahəsi ilə məhdudlaşmır. Çünki su ehtiyatlarının idarə edilməsi, transsərhəd çirklənmə və təbii fəlakətlərə qarşı davamlılıq kimi məsələlər heç bir ölkənin təkbaşına həll edə biləcəyi problemlər deyil. Bu səbəbdən Azərbaycan və Türkiyənin iqlim siyasətində birlikdə hərəkət etməsi Cənubi Qafqaz və Xəzər hövzəsindəki sabitliyə töhfə verə biləcək amil kimi mühüm əhəmiyyət daşıyır.

“İki ölkənin yaşıl enerji, ətraf mühit təhlükəsizliyi və iqlim siyasəti sahələrindəki müştərək fəaliyyəti regionun gələcəyi üçün strateji əhəmiyyətə malikdir. Bu əməkdaşlığın əsl önəmi regionu, sadəcə, bir enerji keçidi marşrutu olmaqdan çıxararaq, yaşıl enerjini istehsal və ixrac edən mərkəzə çevirmək potensialındadır. Bu transformasiyanın iqtisadi artım, məşğulluq və enerji təhlükəsizliyi ilə birlikdə vahid kontekstdə nəzərdən keçirilməsi Dayanıqlı İnkişaf Məqsədlərinə də birbaşa töhfə verəcək. COP31 regional əməkdaşlığın dərinləşdirilməsi və bu potensialın real öhdəliklərə çevrilməsi üçün olduqca əlverişli zəmin yaradır”, - deyə o qeyd edib.

Müxbir – Ceyhun Xəlilov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq

Böyük Britaniya qida keyfiyyəti standartlarını Aİ ilə uyğunlaşdıracaq

Fransa daxili işlər naziri iğtişaşları hökumətin uğursuzluğu adlandırıb

CNN: Tramp ABŞ-də aralıq seçkilərin nəticələrini Ağ Evdən izləyəcək

Çempionlar Liqasının IV turunun ilk günündə 9 qarşılaşma olub

“Bavariya” Çempionlar Liqasında “Atletiko Madrid”ə qalib gəlib

İspaniyanın nəqliyyat naziri qatar qəzasından sonra istefa verdiyini açıqlayıb

PSJ Çempionlar Liqasında 17 dəqiqəyə dörd qol vuraraq rekord müəyyənləşdirib

NYT: ABŞ və Venesuela hərbi razılaşma üzrə danışıqlar aparır

Oman sahillərində tankerə hücum edilib

Baş məşqçi: “Sabah” üçün hazır və yaxşı formada olan 23 futbolçunu seçdiyimizi düşünürəm

Media: İsrail Trampın 4 milyard dollarlıq maliyyə yardımının dayandırılması ilə bağlı açıqlamasına təəccüblənib

“Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

Fransada zərgərlik fabrikindən 50 kiloqramadək qızıl oğurlanıb

Yəmən hökuməti SEPAH-ı husilərə hərbi dəstəyi artırmaqda ittiham edib

Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar

“Turan” klubu CEV Çempionlar Liqasında qələbə qazanıb

Ankarada Azərbaycanın Zəfər Günü qeyd olunub

Ayxan Mehdizadə: XIX əsrdə Bakı, Gəncə, Şuşa və Dərbənd silah istehsalının mühüm mərkəzləri olub

Leo Qabriadze: Teatrımızın tamaşasını Azərbaycan auditoriyasına təqdim etməkdən məmnunuq

Samuxda yeniyetmə və gənclər şanlı Zəfər dastanını qəhrəmanların dilindən dinləyiblər

“Xilasedici” komandası CEV Çempionlar Liqasında ilk oyununa çıxıb

Pakistanlı ekspert: Rifah dövləti konsepsiyası tənəzzülə uğramaq üzrədir - ŞƏRH  VİDEO

Pakistanlı ekspert: Rifah dövləti konsepsiyası tənəzzülə uğramaq üzrədir - ŞƏRH VİDEO

Şərur rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq

Avropada bomba hədələri ilə əlaqədar yeddi təyyarədə axtarış aparılıb

Qazaxda Vətən müharibəsi iştirakçıları gənclərlə görüşüblər

ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO

ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO

Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub

Bu saata olan əsas xəbərlər

Aktyor İsrael Demidov: BIAF kimi layihənin bir hissəsi olmaq çox maraqlıdır

Suha Çubukçuoğlu: Avropanın rəqabət qabiliyyətliliyi müdafiə potensialı kimi ictimai dəstəyin qorunub saxlanılmasından asılıdır - ŞƏRH

Günay Əfəndiyeva: Azərbaycan-Özbəkistan qardaşlığını əcdadlarımızın əmanəti kimi qoruyub saxlamalıyıq

Süni intellekt jurnalistin faktları yoxlamaq və redaksiya məsuliyyətini daşımaq funksiyasını əvəz etməməlidir – RƏY

Kansler: Ukraynadakı müharibənin nəticəsi uzun illər Avropanın təhlükəsizlik mühitini müəyyən edəcək

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Avropada siyasi elitalara inamın azalması Avropa İttifaqının birliyini təhdid edir - ŞƏRH

Professor: Fransa ilə Almaniyada etirazlar sosial-iqtisadi çağırışların və ictimai etimad məsələlərinin aktuallığını göstərir

Folklor İnstitutu Zəfər Gününü qəhrəmanlar və qazilərlə birlikdə qeyd edib

Futzal liqalarında transfer pəncərələrinin tarixləri müəyyənləşib

Turizm eksperti: Qış turizminin inkişafında davamlılıq əsas istiqamətlərdən biri olmalıdır

Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib

Aktrisa Yevgeniya Dodina: BIAF-da çox şən ab-hava hökm sürür

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutub

Rusiya-Çin-ABŞ liderlərinin mümkün görüşü: Tərəflər nəyi hədəfləyir?

SEPAH ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

® Kino biletləri də “ABB mobile” tətbiqində

Siyasi şərhçi: Avropada artan sosial narazılıq hökumətlərin böhranı idarə etmək qabiliyyətini sınağa çəkir

ADA Universitetinin nümayəndə heyəti İtaliyanın aparıcı ali təhsil müəssisələrində olub

Direktor: Xətai Tibb Mərkəzinə gündə 380-400 nəfər müraciət edir

Rza Əliyev: Azərbaycanın təşəbbüsləri mədəni yaxınlığı konkret əməkdaşlığa çevirir

Mərkəzi Bankın nümayəndələri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyiblər

Fransanın 2027-ci il büdcəsi ilə bağlı suallar yaranıb

® “Expressbank” Bərdədə 300 ağac əkib

Rəhman Quliyev: Qarşıdan gələn qış mövsümü Azərbaycan turizmi üçün kifayət qədər perspektivli olacaq

Baş katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Dövlət Xidməti: Hərracda 67 nəqliyyat vasitəsi satılıb

Oktyabrda metro ilə 16 milyondan çox sərnişin səfər edib VİDEO

Oktyabrda metro ilə 16 milyondan çox sərnişin səfər edib VİDEO

Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb, 50-yə yaxın insan itkin düşüb

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya

Fransada kütləvi etirazlar Makron hakimiyyətinin idarəçilik böhranının göstəricisidir - ŞƏRH

Məlahət İbrahimqızı: Ulu Öndərin zəngin siyasi irsi Türk dünyasının tarixində mühüm yer tutur

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr partiya üzvlərinin diqqətinə çatdırılıb

Daşkənddə Qazaxıstan futbolçularının kütləvi zəhərlənməsi ilə bağlı cinayət işi açılıb

Əməkdar müəllim Niftalı Qocayevin 90 illik yubileyi qeyd olunub

Aşıq Ədalət Dəlidağlı: Gənclər aşıq sənətini yaşatmalı, ənənələrimizi gələcək nəsillərə ötürməlidirlər

AHİK-in nümayəndə heyəti Türkmənistanda həmkarlar ittifaqları ilə əlaqələrin inkişafını müzakirə edib

Azərbaycanda əczaçılıq sektorunun inkişafı: sənaye potensialı, investisiyalar və yeni iqtisadi imkanlar

Vışeqrad dördlüyü prezidentlərinin sammiti: Əsas mövzu Ukraynaya dəstək və Aİ-nin genişlənməsidir

Budapeştdə İkinci Dünya müharibəsi dövrünə aid 240-dan çox partlayıcı aşkarlanıb

Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu

Media: Türkiyədə ikinci Atom Elektrik Stansiyasının tikintisi 30 milyard dollara başa gələcək

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb VİDEO

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb VİDEO

“Aramco”nun xalis mənfəəti 2,6 milyard dollar artıb

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib

Bakıda Venesiya ab-havası: Turistlərin heyran qaldığı nağılvari məkandan FOTOREPORTAJ

Qəlbindəki nur ilə seçilən azərbaycanlı

“Liverpul”un futbolçusu “Fənərbağça” ilə oyunu buraxacaq

Sosial həssas qrupdan olan daha 20 tələbə aylıq 200 manat təqaüd alacaq

® “Bir” və “CineMastercard”dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə “Birbank”da

Rusiya Ukraynanın 9 vilayətində enerji infrastrukturuna zərbələr endirib

Fransalı nazir: Aksiyalarda gözyaşardıcı qazdan və qumbaralardan istifadə dayandırılmayacaq

Rusiya “3+3” formatında növbəti görüşün tezliklə keçirilməsinə ümid edir

Qazi Bəbir Qasımov: Vətən müharibəsində tarixi ədalət öz yerini tapdı

Ursula Fon der Lyayen: Hörmüz böhranı Avropa üçün 127 milyard avro əlavə xərc yaradıb

“Görünən və görünməyən Səməd Vurğun”: Muzeydə maraqlı görüş

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu karyerasını bitirib

Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdən keçirilib

® “Bank of Baku”nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

“Qanlı Meri”: BIAF-2026 festivalının əsas tamaşası Musiqili Teatrın səhnəsində

İspaniyada futbolçunun vəfatı ilə əlaqədar bir neçə oyun təxirə salınıb

İmişlidə “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Azərbaycan Dəmir Yolları” yükdaşıma infrastrukturunun inkişafı və rəqəmsallaşma planlarını açıqlayıb

S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin STRUKTURU

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ƏSASNAMƏSİ

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Tarixi yaşatmaq üçün onu gələcək nəsillərə ötürmək lazımdır”- Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov