Çində 52,2 dərəcə isti qeydə alınıb
Bakı, 17 iyul, AZƏRTAC
Çində yay fəsli üçün rekord istilər qeydə alınıb. Sincan-Uyğur muxtar rayonu ərazisində termometrlər 52,2 dərəcəni göstərib.
AZƏRTAC xəbər verir ki, bu barədə ÇXR-in Meteorologiya İdarəsinin məlumatında deyilir.
“Ən yüksək temperatur iyulun 16-da Sincan-Uyğur muxtar rayonunun Turfan dairəsində müşahidə edilib. Burada havanın hərarəti ilin bu dövrü üçün yüksək temperatur rekordunu yeniləyərək 52,2 dərəcəyə çatıb”, - deyə məlumatda bildirilir.
İyun ayından etibarən Çinin şimal hissəsində anomal istilər müşahidə olunur. Bu dövrdə beş isti hava dalğası qeydə alınıb. Ümumiyyətlə, Çində son 60 ilin ən çoxsaylı isti günləri hökm sürür. Paytaxt Pekində iyunun əvvəlindən bəri havanın temperaturu 18 gün 35 dərəcəni, 4 gün isə 40 dərəcəni ötüb.
ÇXR Milli İqlim Mərkəzinin məlumatına əsasən, şiddətli istilər 200 milyon insanın yaşadığı bölgəni əhatə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [17:50]
Kreml Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların nəticələrini açıqlayıb
- 12.11.2026 [17:09]
Almaniyanın metal və elektrotexnika sənayesi işçiləri tətilə hazırlaşırlar
- 12.11.2026 [16:20]
“Gazprom”: Təbii qazın qlobal enerji təhlükəsizliyində rolu artacaq
- 12.11.2026 [16:11]