Çad Sudanla sərhədini bağlayıb
Bakı, 23 fevral, AZƏRTAC
Çad bazar ertəsi günü Sudanla sərhədini bağladığını açıqlayıb.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, hökumət bunu Sudandakı münaqişə tərəflərinin Çad ərazisinə müdaxilələri və qanun pozuntuları ilə əlaqələndirib.
Rabitə naziri Qasim Şerif bildirib ki, sərhədin bağlanması Çadın sabitliyini qorumaq, vətəndaşları və qaçqınları müdafiə etmək məqsədi daşıyır. Qeyd edilib ki, insanların hərəkəti dayandırılıb, lakin humanitar səbəblər üçün xüsusi istisnalar ola bilər.
Xatırladaq ki, Sudan 2023-cü ildən bəri münaqişə içindədir. Bu döyüşlərdə on minlərlə insan ölüb, milyonlarla insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [20:57]
Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi şəhid olub
- 12.11.2026 [20:31]
ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçublar
- 12.11.2026 [19:31]
Tramp Meksikanı gömrük rüsumlarını ikiqat artırmaqla hədələyib
- 12.11.2026 [18:53]
London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır
- 12.11.2026 [18:44]
Polyaklar Britaniyanı tərk edərək vətənlərinə qayıdırlar
- 12.11.2026 [18:33]
Vaşinqtonda silahlı insident baş verib
- 12.11.2026 [18:28]