Cənubi Koreya Prezidenti Çində səfərdədir
Pekin, 4 yanvar, AZƏRTAC
Koreya Respublikasının Prezidenti Li Cemyön Çin Xalq Respublikasına (ÇXR) dövlət səfərinə gəlib.
AZƏRTAC xəbər verir ki, səfər ÇXR Sədri Si Cinpinin dəvəti ilə baş tutub. Bu, Li Cemyönün prezident vəzifəsində Çinə ilk səfəridir. Yanvarın 7-dək davam edəcək səfər zamanı Cənubi Koreya lideri paytaxt Pekin ilə yanaşı, Çinin maliyyə mərkəzi olan Şanxaya da baş çəkəcək.
Cənubi Koreya mediasının məlumatına görə Çin lideri Si Cinpin, habelə Baş nazir Li Çian, qanunverici orqanın rəhbəri Cao Lıci ilə görüşlərdə əsasən ikitərəfli iqtisadi əlaqələr, regional məsələlər, o cümlədən Şimali Koreya mövzusu müzakirə olunacaq. Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair 10-a yaxın sənədin imzalanması gözlənilir.
Dövlət başçısını səfərdə böyük biznes nümayəndə heyəti müşayiət edir. Məqsəd Pekində keçiriləcək Çin-Koreya iqtisadi forumunda iştirak etmək, habelə süni intellekt, yaşıl enerji, təchizat zənciri, turizm də daxil olmaqla müxtəlif sahələr üzrə əməkdaşlığı genişləndirmək üçün müzakirələr aparmaqdır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [16:03]
İran ABŞ-nin MQ-1 PUA-sını vurub
- 13.11.2026 [15:12]
Myanmada daşqınlar səbəbindən 4950 nəfər təxliyə edilib
- 13.11.2026 [12:43]
Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq
- 13.11.2026 [11:31]
Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır
- 13.11.2026 [10:50]
Pakistanın şimal-qərbində 43 silahlı öldürülüb
- 13.11.2026 [10:31]