CƏNUB BÖLGƏSİNDƏ LEYSAN
Lənkəran şəhərinin əsas küçələri yağış suları ilə örtülmüş, avtonəqliyyyatın və piyadaların gediş-gəlişində çətinliklər yaranmışdır. Yağışla müşayiət olunan güçlü külək nəticəsində elektrik xətlərində qısa qapanmalar baş vermiş, bölgədə elektrik enerjisinin verilişində fasilələr yaranmışdır. Bölgədə fəaliyyət göstərən fövqəladə hallar komissiyasının üzvləri leysanın yaratdığı problemləri aradan qaldırmaq üçün zəruri tədbirlər həyata keçirirlər. Elektrik xətlərindəki nasazlıqlar və elektrik enerjisinin verilişindəki fasilələr aradan qaldırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran regional hidrometeorologiya müəssisəsindən bildirmişlər ki, cənub bölgəsində qeyri-sabit hava şəraiti iyulun 5-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]