CƏLİLABADDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİNABİDƏSİ AÇILMIŞDIR
Heykəltəraş Akif Əsgərovun və memar Elxan Əsədovun tuncdan hazırladığı abidə-heykəlin açılışı münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək, Cəlilabad şəhərində türk dünyasının dahi oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm abidəsinin ucaldılmasını rayonun tarixi salnaməsində ən yaddaqalan hadisələrdən biri kimi səciyyələndirmiş, böyük rəhbərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışmış, ulu öndərin Cəlilabada səfərlərı ilə bağlı xatirələri, onun rayonun iqtisadiyyatının dirçəlməsində və əhalinin həyat səviyyəsinin yüksəlməsindəkı əvəzolunmaz xidmətlərini diqqətə çatdırmışdır.
Mərasimdə Prezidentin İcra Aparatının məsul işçisi Canpolad Musayev, Milli Məclisin deputatı Mirkazım Kazımov, YAP rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, el ağsaqqalı Mirtəhməz Təhməzov və başqaları çıxış edərək, Azərbaycan xalqı və dövləti üçün ürəyini şam kimi əridən, ölməzliyə və əbədiyyətə qovuşan Heydər Əliyevin möhtəşəm abidəsini bu günümüzün təsəllisi və gələcəyimizin mayakı kimi xarakterizə etmiş, onun ideyalarını və siyasi xəttini uğurla davam etdirən ölkəmizin başçısına həmişə dəstək olacaqlarını bildirmişlər.
Rayonun məktəbliləri tədbirdə böyük öndərə həsr olunmuş şeirləri ifa etmişlər.