Cəlilabadda kartof əkininə başlanılıb
Cəlilabad, 6 yanvar, Bağır Əliyev, AZƏRTAC
On gündür Cəlilabad rayonunda yazlıq kartof əkininə başlanılıb. Havaların mülayim keçməsi əkin prosesi üçün əlverişli şərait yaradıb.
Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu il rayonda 5 min 400 hektar sahədə kartof əkini nəzərdə tutulub. İlkin mərhələdə kartof əkini polietilen örtüyü altında həyata keçirilir.
Hər il olduğu kimi, bu il də rayona toxumluq kartof Rusiyadan gətirilib. Məhsul istehsalçılarının fikrinə görə, Rusiyadan gətirilən toxumlar daha tez yetişir, məhsuldarlıq isə yüksək olur.
Aprel ayının ikinci ongünlüyündən başlayaraq rayonda faraş kartofun yığımına başlanılacaq.
Qeyd edək ki, ötən il Cəlilabad rayonunda 5320 hektar sahədən 140 min 660 ton kartof istehsal olunub. Hər hektardan götürülən məhsuldarlıq 264 sentner təşkil edib. Rayonda tədarük edilən kartofun 43 min 820 tonu xarici ölkələrə ixrac olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]