Cəlilabadda 58 yaşlı kişi bıçaqlanıb
Cəlilabad, 9 aprel, AZƏRTAC
Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. İlkin məlumata görə, rayon sakini, 1968-ci il təvəllüdlü Qurban Qasımov kəsici-deşici alətlə xəsarət alıb.
Hadisəni törətməkdə şübhəli bilinən Fərid Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, hadisənin başvermə səbəbləri və təfərrüatları dəqiqləşdirilir.
Müxbir - İlkin Adıyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [12:54]
Gəncənin ənənəvi maddi mədəniyyəti yeni monoqrafiyada
- 16.11.2026 [12:13]
Məktəbin qarşısında avtoxuliqanlıq edən sürücü həbs edilib
- 16.11.2026 [11:23]
Naxçıvanda ötən həftə 4 yanğın hadisəsi qeydə alınıb
- 16.11.2026 [11:13]
Qəbələdə məktəblilərə öz hüquqları barədə ətraflı məlumat verilib
- 16.11.2026 [10:57]