CƏK STRO KONDOLİZA RAYSA HÖRMƏTSİZLİK ETMİŞDİR
AZƏRTAC Frans Press Agentliyinə istinadla xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Cək Stro ABŞ-ın dövlət katibi Kondoliza Raysa “alicənablıq göstərmədiyi” üçün tənqid olunmuşdur. Demə, Cək Stro öz həmkarını şəxsi xidməti təyyarəsində yerdə yatmağa məcbur etmişdir.
Britaniya qəzetləri yazırlar ki, Boinq-757 təyyarəsində Küveytə səfər zamanı Rays öz yataq bölməsini və çarpayısını nəzakətlə Stroya təklif etmişdir. Stro təklifi qəbul etmiş və nəticədə ABŞ-ın dövlət katibi döşəmədə yatmalı olmuşdur.
Rays və Stro aprelin 2-də İraqa planlaşdırılmamış səfər etmişlər. Səfərin məqsədi açıqlanmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [12:45]
Cənubi Afrikada silahlı hücum nəticəsində səkkiz nəfər öldürülüb
- 16.11.2026 [12:12]
COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub
- 16.11.2026 [12:10]
Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər
- 16.11.2026 [12:10]
İordaniyada “Telegram” tətbiqinin fəaliyyəti bloklanıb
- 16.11.2026 [11:58]
Abbas Əraqçi: İran diplomatiyaya üstünlük verir
- 16.11.2026 [11:49]