Bursada zəlzələ olub
İstanbul, 1 iyul, Günel Karatepe, AZƏRTAC
Bu gün yerli vaxtla saat 11:47 və 12:57-də Türkiyənin Bursa vilayətində 3,9 və 4,2 bal gücündə iki zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, İstanbul da daxil olmaqla, bir çox bölgədə hiss edilən yeraltı təkanların episentri Bursanın Gemlik rayonudur.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələlərin ocağı yerin 9,82 və 10,14 kilometr dərinliyində qeydə alınıb.
Ölkənin daxili İşlər naziri Ali Yerlikaya verdiyi açıqlamada bildirib ki, zəlzələ ilə bağlı olaraq AFAD və digər aidiyyəti qurumlar sahə yoxlamalarına başlayıblar. Hazırda hansısa mənfi hal qeydə alınmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.11.2026 [22:13]
Meqan Marklın ögey qardaşı Filippində polis araşdırmasına cəlb olunub
- 05.11.2026 [21:31]
Melaniya Tramp Ağ Evdə Rusiya və Ukrayna nümayəndələrini bir araya gətirib
- 05.11.2026 [21:22]
Ermənistanın KTMT-yə üzvlüyü məsələsinə Moskva sammitində baxıla bilər
- 05.11.2026 [20:42]