Azərbaycan Dövlət İnformasiya Agentliyi

Budapeşt sürprizlər şəhəridir

Bakı, 7 fevral, Emil Eyyubov, AZƏRTAC

Budapeştin görməli yerləri barədə söhbətimizi davam etdiririk. Bu şəhərdə termal bulaqlar bol olduğuna görə onu Avropada yeganə kurort-paytaxt adlandırırlar. Maraqlıdır ki, hələ də istifadə edilən bu termal bulaqların əksəriyyəti təqribən 500 il bundan əvvəl - burada türklərin hakimiyyətdə olduğu dövrdə inşa edilib. Bütün şəhərboyu rast gələn təbii bulaqların şəfalı suyu bir sıra xəstəliklərin müalicəsində istifadə edilir.

Budapeştdə istirahət edənlər su prosedurları arasında fasilələr zamanı özləri üçün çox maraqlı məşğələlər tapa bilərlər. Məsələn, şəhərdəki mağaralara tamaşa etmək və ya Avropanın ən qədim heyvanat parklarından birinə - ekzotik heyvanları yedirtməyə və tumarlamağa icazə verilən Budapeşt zooparkına getmək olar.

Spa-hamamlar

Mərkəzi və Şərqi Avropada ən böyük şəhərlərdən biri olan Budapeştin populyar görməli yerləri arasında termal komplekslər, heç şübhəsiz, xüsusi yer tutur. Dünyanın heç bir başqa paytaxt şəhərində Budapeştdə olduğu qədər çoxsaylı mineral bulaqlar yoxdur. Burada 19 müxtəlif tərkibli, suyun temperaturuna görə fərqli (21-78 dərəcə) mineral bulaqların sayı 80-ə yaxındır. Bəziləri təbii şəkildə yaranmış, digərləri insan əli ilə qazılmış 123 quyudan hər gün 70 milyon litrə yaxın termal su çıxır. 

Şəhərdəki spa-hamamlar əvvəlcə romalılar, sonra isə türklər tərəfindən inşa edilib. Spa-hamamlardan istifadə mədəniyyəti Osmanlı İmperiyası dövründə daha çox inkişaf edib. Budapeşt bulaqlarının suyu revmatik xəstəliklərin müalicəsində xüsusilə xeyirli hesab edilirdi. Hazırda fəaliyyətdə olan tarixi spa-hamamların çoxu məhz XVI-XVII əsrlərdə, türklərin hakimiyyəti dövründə tikilib.

Budapeştdəki termal bulaqların suyu həm vanna qəbul etmək üçün, həm də içmək üçün yararlıdır. Onlar əsasən dayaq-hərəkət aparatı, ürək-damar sistemi və qadın xəstəliklərinin müalicəsində istifadə olunur. Spa-hamamlar adətən müxtəlif temperaturlu su doldurulmuş və müxtəlif ölçülü bir neçə hovuzdan ibarət komplekslər şəklində tikilir. İlk vaxtlar bu spa-hamamlara yalnız kişilər gedə bilərdi. İndi isə belə komplekslərin çoxu ümumi istifadə üçün açıqdır. Lakin bəzi spa-hamamlarda, məsələn, Rudas spa-hamamında həftənin müəyyən günlərində yalnız qadınlara, bəzi günlərdə yalnız kişilərə, bəzi günlərdə isə hər iki cinsin nümayəndələrinə xidmət edilir.

Meqapolisdə mağaralar

Az adam bilir ki, Budapeşt dünyada yeganə paytaxtdır ki, orada küçələrin altında əsasən karst və termal suların təsiri ilə yaranmış mağaralar var. Tədqiqatçılar Buda təpələrində 15-dən çox mağara sistemi aşkar ediblər. Mağaraların bəziləri turistlər üçün açıqdır. Hətta temperaturu 20-23 dərəcə olan su ilə dolu mağaralar da var ki, dalğıclar oradakı “hovuzlara” baş vura bilərlər. 

Macarıstandakı məlum mağaraların ən uzunu Pala vadisində yerləşir. Uzunluğu 28,6 kilometr olan bu mağaradakı seksiyaların biri 1902-ci ildə tikinti işləri zamanı təsadüfən aşkar edilib. 1927-ci ildən bu mağara paytaxtda turistlər üçün görməli yerlərdən birinə çevrilib. İkinci Dünya müharibəsi dövründə şəhər bombalananda həmin mağaradan sığınacaq kimi istifadə olunub. 2001-ci ildə burada 500 metrlik sahədə bələdçinin müşayiəti ilə ekskursiyalar üçün piyada cığırı salınıb. Pala vadisindəki mağara Budadakı başqa mağaralarla müqayisədə stalaktik süxurlarla çox zəngindir. Onun marşrutları boyunca yerləşən dolanbac hündür dəhlizlər, termal suların yaratdığı sferik formalar, müxtəlif səviyyəli boşluqlar diqqəti cəlb edir. Bir saata yaxın davam edən ekskursiya müddətində siz bir neçə milyon yaşı olan molyusk balıqqulağı izlərinə, parlaq kalsit kristallarına və nadir qaya formalarına tamaşa edə bilərsiniz.

Szemlo adlı mağaranın təqribən 500.000 - 1 milyon yaşı olması güman edilir. Budapeştin yeraltı gülüstanı adlandırılan bu sistem 1930-cu ildə karxana işləri zamanı aşkar edilib. Uzun müddət davam etmiş tədqiqatlardan və tikinti işlərindən sonra 1986-cı ildə bu mağara ictimaiyyət üçün açılıb. Buraya ekskursiyalar uzunluğu 2200 metr olan sahədə aparılır. Daş döşənmiş və işıqlandırılmış yol boyunca gəzinti zamanı termal sular çıxan yerlərdə pizolitlər deyilən əhəng çöküntüləri, üzüm salxımına bənzəyən gips kristalları və daşdan yaranmış çiçək formalı əşyalar diqqəti cəlb edir. Mağaranın divarlarını Avropa üçün nadir sayılan belə formalar bəzəyir. Budapeştin ən qiymətli təbii sərvətlərindən biri hesab edilən bu mağarada rütubət yüksəkdir. Tərkibində demək olar ki, toz olmayan hava isə respirativ xəstəliklərin və astmanın müalicəsi üçün çox münasibdir.

Onu da qeyd edək ki, bu mağaralara tamaşa etmək üçün xüsusi vərdişlər və təchizat vasitələri (fənərdən başqa) tələb olunmur. Sadəcə rahat səfər ayaqqabıları və islanmayan isti paltar geymək kifayətdir, çünki mağaralarda hava hətta yay vaxtı da sərin olur.

Macarıstan Milli Muzeyi

Macarıstanda bir nömrəli muzey sayılan Macarıstan Milli Muzeyini ziyarət etmək Budapeştin tarixi ilə əyani şəkildə tanış olmağa imkan verir. Əsası 1802-ci ildə qoyulmuş bu muzeydə Karpat hövzəsi regionunun ən qədim dövrlərdən XX əsrin 90-cı illərinin əvvəlinə qədər tarixi nümayiş etdirilir. Muzeyin fondlarında 1 milyondan çox müxtəlif eksponat saxlanılır. 

Ən maraqlı eksponatlar sırasında Roma dövrünə aid daşlar kolleksiyasını və digər arxeoloji tapıntıları göstərmək olar. Türklərin hakimiyyəti dövrünə aid eksponatlar arasında isə Kral reqaliyaları, müxtəlif silahlar, orta əsrlər dövrünə aid məişət əşyaları, zərgərlik məmulatları, metal pul kolleksiyası və s. diqqəti cəlb edir.

Muzeyin binası da çox maraqlıdır. Avstriya-Macarıstan mənşəli memar Mixay Pollakın layihəsi əsasında klassisizm üslubunda tikilmiş binanın nəhəng sütunları ayrıca qeyd edilməyə dəyər.

Andraşi prospekti

Heç eşitmişdinizmi ki, şəhərin bir prospekti UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib? Budapeştdə belə bir prospekt var və onun adı Andraşi prospektdir. 2310 metr uzunluğunda bir bulvar olan, şəhərin mərkəzindən şəhər parkına doğru daim genişlənən bu prospektdə müxtəlif memarlıq üslublarında binalar tikilib. 

Əvvəllər bu rayonda kiçik kotteclər və bağlar vardı. Lakin XIX əsrin ikinci yarısında burada yeni bulvar salmaq qərara alınıb. Bununla əlaqədar ideyaların və nümunələrin çoxu Parisdən əxz edilib, lakin memarlar hamısı ya macar idi, ya da Macarıstanda yaşayanlar.

Əvvəlcə küçəyə taxta kubiklər döşənmişdi və ekipajlar, süvarilər və piyadalar eyni yolla gedirdilər. Bu gün isə prospektin nəqliyyat üçün nəzərdə tutulan enli hissəsinin kənarlarında səkilər boyunca mağazalar, kiçik parklar, memarlıq nümunələri yerləşir. Yeri gəlmişkən, Avropada London metrosundan sonra ikinci ən qədim metropoliten sayılan Budapeşt metrosunun bir xətti Andraşi prospektinin altından keçir.

Dunay sahil küçəsi

Dunay çayının şərq sahilində Tsepnoy və Erjebet körpüləri arasında yerləşən Dunay sahil küçəsi də UNESCO-nun dünya irsi obyektidir. İlin istənilən fəslində buradan şəhərə tamaşa edəndə qarşınızda çox gözəl mənzərə açılır. 

Budapeşt Holokost memorialı sahil küçəsinin bu hissəsində yerləşir. 2005-ci ildə sahil boyunca çuğundan hazırlanmış 60 cüt kişi, qadın və uşaq ayaqqabısı installyasiya edilib. 1944-cü ildə və 1945-ci ilin əvvəlində Macarıstanın “Çarpazlaşan oxlar” adlı nasist partiyasının üzvləri Dunay sahilində yəhudiləri güllələyiblər.

Zoopark+spa = dostluq

1866-cı ildən mövcud olan Budapeşt zooparkının kolleksiyası Avropada ən zəngin kolleksiyalardan biridir. Burada saxlanılan 1000-ə yaxın heyvan növlərinin çoxu nadir və nəsli kəsilməkdə olan növlərə aiddir. 

Mövcud olduğu 150 ildən artıq müddətdə bu zoopark çox çətinliklərlə üzləşib. İkinci Dünya müharibəsi dövründə Budapeşt faşistlər tərəfindən işğal ediləndən sonra şəhərin mühasirədə olduğu dövrdə zoopark praktiki olaraq tamamilə bombardman edilib, heyvanlar üçün pavilyonların heç biri salamat qalmayıb, buradakı 2000 baş heyvandan yalnız 15-i salamat qalıb.

2003-2007-ci illərdə zoopark əsaslı şəkildə yenidən qurulub. Zoopark genişləndirilib, heyvanların yaşayış mühiti modernləşdirilib və təbii şəraitə yaxınlaşdırılıb. Bu dəyişikliklərin uğurlu nəticələri tezliklə üzə çıxıb. 2007-ci ildə Budapeşt zooparkında süni mayalandırma nəticəsində ilk kərgədan balası doğulub. Bu da təəccüblü deyil, çünki son onilliklərdə zooparkların ənənəvi vəzifəsi xeyli dəyişib: zooparklar heyvanları tamaşaçılar üçün nümayiş etdirməklə bərabər, həm də nəsli kəsilməkdə olan canlıların qorunub saxlanması üçün bir növ sığınacaqlar kimi çıxış edir.

Son illərdə Budapeşt zooparkında İran bəbirinin, mandril (primat), qızılı rəngdə tamarin (cırtdan meymun), qarnı və əlləri qırmızı rəngdə olan tamarin, Joffrua, gözlüklü pinqvin, meşə iblisi, ağquyruq orland, kəkilli göyərçin, nəhəng Herakl böcəyi kimi növlərin çoxaldılması ən mühüm nailiyyətlər sırasında xüsusi qeyd edilməlidir. İndi adları çəkilən bütün bu heyvanları və bir sıra başqa növləri Budapeşt zooparkında görmək olar. Ən iri müasir primatlar olan və hər zooparkda rast gəlinməyən qorillaları müşahidə etmək imkanı insanda xüsusi emosiyalar yaradır.

Qəribədir ki, bəzi heyvanlar pavilyonlarda tamaşaçıların arasında sərbəst gəzişirlər. Məsələn, lemur, ərincək meymun, emu dəvəquşu və aqressiv olmayan bəzi başqa növlərin nümayəndələrinə lap yaxından tamaşa edə bilərsiniz.

İstiliksevən heyvanların çoxu örtülü pavilyonlarda saxlanılır. Qış vaxtı zooparka gələnlər ərazidə gəzişəndən sonra bu pavilyonlarda qızına bilərlər. Məsələn, Amazonka zonasında banan ağacları və sarmaşıqlar əkilmiş tropik “cəngəlliklər” yaradılıb.

Bir heyrətamiz fakt: Budapeşt zooparkı termal bulaqların suyu ilə qızdırılır! Belə hal yəqin ki, yalnız bu spa-paytaxtda mümkündür. 2011-ci ildə Budapeşt zooparkı, Seçeni termal kompleksi və şəhərin mərkəzi isitmə şirkəti qazdan istifadə edilməsi zamanı yaranan karbon tullantılarını azaltmaq və zooparkda elektrik enerjisinə çəkilən xərclərə qənaət etmək məqsədilə səylərini birləşdiriblər. Zooparkın spa-kompleksinin yaxınlığında yerləşməsi onun ərazisini termal suyun istiliyi ilə təchiz etməyə imkan verib. Məsələ burasındadır ki, Seçeni quyusundan çıxan suyun temperaturu çox yüksəkdir (75 dərəcəyə yaxın). Ona görə də bu suyu kompleksin hovuzlarına yönəltməkdən əvvəl onu münasib temperatura qədər soyudurlar. Həmin artıq istilik isə yerin altı ilə çəkilmiş borularla zooparka daxil olaraq onu isitmək üçün istifadə olunur.

İstirahət anları

Yəqin ki, hər bir səfərə hazırlıq, ilk növbədə, yaşamaq üçün yer seçimindən başlayır. Ona görə də bu və ya digər otel barədə orada qalmış insanların rəyini bilmək heç vaxt artıq olmaz. 

Səfər müddətində qaldığımız mehmanxanalardan biri şəhərin mərkəzində, Ferens Deak meydanının yaxınlığında yerləşən dördulduzlu Hotel Moments Budapeşt otelidir. Budapeşt metropolitenin iri minikdəyişmə qovşağı olan “Deák Ferenc tér” stansiyası da bu meydanda yerləşir.

XIX əsrdə tikilmiş sarayın bərpa olunmuş binasında yerləşən oteldə klassik və müasir motivlər ahəngdar şəkildə birləşir.

Mənim qaldığım, zövqlə tərtib edilmiş, yetərincə geniş, rahat nömrənin pəncərəsindən küçəyə baxanda çox maraqlı mənzərə açılır. Bu oteldəki nömrələri üç kateqoriyaya aid etmək olar. Onların ikisində qəhvə və çay dəmləmək imkanı var, birində yoxdur. Amma bunun əvəzinə “Lobby Lounge” xidməti təqdim edilir. Otelin foyesində yaradılmış istirahət zonasında müsafirlərə bütün sutka ərzində özlərinə çay dəmləmək, kreker, qoz-fındıq və digər çərəzlərlə çay içmək imkanı verilir.

Hər bir nömrənin dəyərinə daxil edilmiş səhər yeməyi “İsveç masası” prinsipi üzrə təşkil edilir. Burada isti və soyuq yeməklər, təzə meyvə, tərəvəz, yoqurt və müxtəlif desertlər seçmək imkanı var. “Bistro Fine” restoranının interyeri “trevel” üslubunda tərtib edilib. Günün istənilən vaxtında arzu edən hər kəs buraya gəlib macar mətbəxinin və milli mətbəxlərin zövqlə hazırlanmış yeməklərinin, müxtəlif qəlyanaltıların dadına baxa bilər. Menyuya ötəri baxanda dana ətindən hazırlanmış məşhur qulyaşın da adını gördük...

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Gənclərə şəhərsalma sahəsində mövcud çağırışlara müasir texnologiyalar vasitəsilə həllər hazırlaması təşviq edilir

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

Qazaxıstanlı politoloq Prezident İlham Əliyevin diplomatiya kursu, Azərbaycanın beynəlxalq nüfuzu barədə danışıb

Professor: Dublin Sammiti Azərbaycanın Avropa siyasi məkanında artan çəkisini göstərir

Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır VİDEO

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır VİDEO

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub VİDEO

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub VİDEO

“NVIDIA Inception” proqramına seçilmiş Azərbaycan startapının süni intellekti 10 min kameranın görüntüsünü eyni vaxtda təhlil edir

Azərbaycan–Britaniya münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq və Bakının artan geosiyasi gücü - TƏHLİL

Avropa İttifaqı karbon emissiyası kvotalarının artırılması barədə qərar qəbul edib

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

İpoteka və Kredit Zəmanət Fondu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “AzInTelecom” birgə məlumat yayıb

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

İqlim dəyişmələrinə uyğunlaşma həlləri üzrə bazarın həcmi 1 trilyon dolları ötür - Hesabat

Azərbaycan səfiri FAO yanında daimi nümayəndə kimi etimadnaməsini təqdim edib

Bəxtiyar Aslanbəyli: Süni intellektin tətbiqində hüquqi və etik məsuliyyət mexanizmləri müəyyənləşdirilməlidir

Gənclər Fondu: Əsas məqsədimiz gənclərin insanyönümlü şəhər ideyasına yaxınlaşmalarıdır

Zülfiyyə Nuriyeva: Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri sürətlə davam etdirilir