Bu saata olan əsas xəbərlər
AZƏRTAC bu gün saat 12:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidenti BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib.
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib.
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib.
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik edib.
Bakıda “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiya keçirilib.
Azərbaycanın xarici işlər naziri niderlandlı həmkarı ilə görüşüb.
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi “ASAN xidmət”də olub.
XII Bakı Beynəlxalq Kitab Sərgisinin ən fəal iştirakçıları mükafatlandırılıblar.
Günəşdəki koronal dəlik səbəbindən Yer kürəsində geomaqnit pozuntuları gözlənilir.
Azərbaycan boksçuları U-19 dünya çempionatını 2 medalla tamamlayıblar.
Azərbaycandan Hindistana xam neft ixracının dəyəri 7 dəfədən çox artıb.
147 və 179 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib.
Paytaxtda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib.
Azərbaycanın yunan-Roma güləşçisi dünya çempionatında finala yüksəlib.
Avropada Çin avtomobil istehsalçıları ilk dəfə yapon rəqiblərini üstələyib.
Azərbaycan komandası Estoniyada beynəlxalq güləş turnirinin qalibi olub.
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb.
“Çanaqqaladan Bakıya - Ortaq mədəniyyət” sərgisi açılıb.
Birjalarda neftin ucuzlaşması qızılın bahalaşmasına səbəb olub.