Bu saata olan əsas xəbərlər
AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
DSMF 9 ayda 1,1 milyondan çox şəxsə 1,7 milyard manata yaxın müavinət və təqaüd ödəyib.
Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olunub.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi: Amerika Yaxın Şərqi tərk etməyəcək.
İşğaldan azad edilmiş ərazilərdə daha 105 sakin üçün kiçik təsərrüfatlar qurulub.
Sabah bəzi yerlərdə yağış yağacaq.
Nazir müavini: Düzgün qaydalar olmadıqda sosial şəbəkələr uşaqlar üçün ciddi risklər meydana çıxarır.
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib.
Azad edilmiş ərazilərdə sakinlərə cins damazlıq heyvanlar verilir.
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb.
Azərbaycanın turizm imkanları Çexiyada təqdim olunub.
“Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” layihəsi üzrə növbəti mərhələyə hazırlıq görülür.
Parlamentdə YAP-ın VIII qurultayında regional inkişafla bağlı qarşıya qoyulan vəzifələrə dair konfrans keçirilib.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.