Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük və kiçik Çin

Böyük və kiçik Çin

Bakı, 4 noyabr, AZƏRTAC

Bir çox xalqlarda mənaca bənzər atalar sözü var: “Yüz dəfə eşitməkdənsə, bir kərə görmək yaxşıdır”. Çinlilərin də buna oxşar atalar sözü var. Bu yaxınlarda Çinin Bakıdakı səfirliyinin dəvəti ilə bu ölkəyə səyahət edən 12 azərbaycanlı jurnalist bu sözlərin doğruluğuna bir daha əmin oldu. Səfər Sintszyan - Uyğur muxtar rayonunun paytaxtı Urumçi şəhərindən başladı.

Çin torpağında olduğumuz ilk dəqiqədən bizim təəccübümüzə səbəb olan iki şey oldu: ilk növbədə, ən yeni texnologiyalarla təchiz edilmiş Urumçi aeroportu; burada hər şey müxtəlif nəzarət prosedurları zamanı insan amilini minimuma endirmək üçün nəzərdə tutulub.

Təəccüb doğuran daha bir amil isə aeroportun ətrafında olan ideal təmizlik idi. Dünyanın bir çox paytaxtlarının hava limanında da belə təmizliyə rast gəlmək çətindir, Urumçi isə Çinin yalnız bir vilayətinin mərkəzidir.

Çin qədim tarixə, mədəniyyətə və ənənələrə malik olan böyük, çoxmillətli ölkədir. Bir həftə ərzində ona bələd olmaq mümkün deyil. Urumçi aeroportundan şəhərə aparan yol böyük bir inşaat meydançasını xatırladır. Burada fəaliyyət göstərən fabrik, zavod, göydələnlər ilə yanaşı, yüzlərlə yeni binanın, yolların tikintisi də davam edir. Bu işlər torpağın hər qarışının yaşıllaşdırılması fonunda aparılır.

Çinli dostlarımız bizi böyük qonaqpərvərliklə qarşıladılar. Hər yerdə gülümsəyən insanlar, ənənəvi gözəl və nəzakətli rəftar gördük.

Çinə səfərimizin proqramını tərtib edənlər bizim üçün bir dəqiqə də asudə vaxt qoymamışdılar. Səfərin gündəliyi sərgilər, rəsmi şəxslərlə görüşlər, ləziz təamların dequstasiyası ilə zəngin idi. Bu ölkənin mədəniyyəti, fəlsəfəsi ilə təmas, həmçinin sadə insanlarla görüş zamanı Çin cəmiyyətinin necə rəngarəng və təkrarsız palitrası olduğuna əmin olduq.

Əyalətdən meqapolisə

Azərbaycanlıları bir çox xalqların nümayəndələrinin, habelə müxtəlif dinlərə mənsub olan insanların dostluq və qardaşlıq mühitində yaşadığı çoxmillətli ölkə amili ilə təəccübləndirmək çətindir. Biz Urumçidə məhz belə bir rəngarəngliyin şahidi olduq. Burada çinlilərlə yanaşı, uyğurlar, qazaxlar, qırğızlar, özbəklər və digər xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Urumçi bazarında biz bu xalqların nümayəndələri ilə rastlaşdıq. Onların türk dilləri qrupuna daxil olan dilinə azacıq bələd olduğumuz üçün zarafatlarına qulaq müsafir olduq, bizi özlərinin bişirdiyi təzə çörəyə qonaq etdilər. Çinlilər öz şəhərlərini, mağazalarını, bazarlarını, evlərini xüsusi zövqlə bəzəyirlər. Nağıllarda gördüyümüz gözəl yerləri xatırladan bu bazar çiçəklərlə bəzədilmişdi.

Azərbaycan jurnalistlərinin vilayətin xarici işlər dəftərxanası tərəfindən təşkil olunmuş çinli həmkarları və Kommunist Partiyasının Sintszyan - Uyğur muxtar rayonunu üzrə departament rəisinin müavini Syuy Quysun ilə görüşləri maraqlı və yaddaqalan oldu.

Görüş əsnasında cənab Syuy əsas diqqəti terrorizm və ekstremizm ilə mübarizəyə yönəltdi. O qeyd etdi ki, ötən əsrin 90-cı illərindən 2016-cı ilədək bu regionda bir sıra terror aktları törədilib. Dini ekstremizmin yayılması, regionun kənar güclər tərəfindən qızışdırılması, baş verən yerli hadisələrin xarici KİV-lərdə düşməncəsinə və qərəzli işıqlandırılması Çinin nüfuzuna böyük xələl gətirib. Onun sözlərinə görə, Çin üçün çətin olan həmin illərdə təlim mərkəzlərinin açılması və insanların ixtisaslara yiyələnməsi bu problemin həllinə kömək etdi. Radikal dairələrin təsiri altına düşən həmin insanları bu mərkəzlərdə yerləşdirdilər, onlar ixtisas əldə etdilər və öz baxışlarını dəyişdilər.

Vilayət rəsmisi qeyd edib ki, həmin mərkəzlərin hansısa toplama düşərgələri kimi təqdim edilməsi anti-Çin təbliğatının təzahürüdür.

Azərbaycanlı jurnalistlər, öz növbəsində, xalqımızın 30 il ərzində erməni terroruna və separatçılığına məruz qaldığını, Ermənistan hərbçilərinin bütöv şəhərləri və kəndləri məhv etdiyini diqqətə çatdırdılar və Çinin bu problemini başa düşdüklərini söylədilər. Bu illər ərzində Qərb KİV-ləri Azərbaycana qarşı qarayaxma kampaniyası aparıb, Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini təhrif ediblər. Sevindirici haldır ki, Bakı və Pekin daim bir-birinin ərazi bütövlüyünü dəstəkləyiblər.

Cənab Syuy kədərlə bildirdi ki, Qərb KİV-ləri Çin hökumətinin terrorla mübarizədə səylərini qeyri-obyektiv qiymətləndirib, bu isə Sintszyan - Uyğur muxtar rayonunun turizm sənayesinə mənfi təsir göstərir. Əcnəbi turistlər ehtimal edilən terror aktlarından qorxaraq, bəzən bu rayona səfərdən imtina edirlər.

Bu regionun turizm üçün böyük imkanları var. Muxtar rayonun ərazisi 1 665 000 kvadrat kilometrdir. Burada Tyan-Şan dağ silsiləsi, göllər və çaylar, möhtəşəm fauna və flora, füsunkar təbiət mənzərələri insanı heyran edir. Rayonun təbiətini əks etdirən çarxa baxdıqda, çinli məmurun kədərini anlaya bilirsən. O, öz torpağı ilə fəxr edir və təəssüflə bildirir ki, müxtəlif ölkələrdən olan insanlar bu ərazini ziyarət etmirlər.

Azərbaycanlı jurnalistlər Şəhər Planlaşdırma Muzeyini, terrorizm və ekstremizmlə mübarizəyə həsr olunmuş sərgini, Sintszyan İncəsənət İnstitutunu, GAC avtomobil istehsalı qrupunun Sintszyan filialını və “Asia İnnovative Energy” ASC-nin ziyarət etdilər. Onlara məlumat verildi ki, Çin hökumətinin əsas investisiyaları məhz sosial sahəyə yönəldilib. Əgər əvvəllər Sintszyan - Uyğur muxtar rayonu iqtisadi və texnoloji cəhətdən Çinin digər əyalətlərindən geri qalırdısa, bu gün bütün istiqamətlərdə sürətli inkişaf templəri müşahidə edilir. Yerli əhali, biznesmenlər, sərmayələr üçün yaradılan əlverişli mühit göz qabağındadır.

Sintszyan sürətli templərlə inkişaf edir. Son illərdə rayonun yerli büdcəsinin 70 faizi əhalinin rifahının yüksəldilməsinə və hərtərəfli inkişaf tədbirlərinin həyata keçirilməsinə yönəldilib. Əgər əvvəllər Urumçi əyalət şəhərləri kateqoriyasına daxil edilirdisə, indi bu şəhər müasir memarlığı və infrastrukturu, göydələnləri, çoxsaylı müəssisələri, otelləri, ecazkar təbii landşaftı olan böyük meqapolisdir.

Tyan-Şanın incisi

Şəhər Planlaşdırma Muzeyində olan jurnalistlər rayonun tarixi və inkişaf mərhələləri haqqında geniş məlumatlar aldılar. Muzeyin kompleksi nəhəng binadan ibarətdir, çiçək formasında inşa edilib və onun ləçəkləri şəklində altı korpusa bölünür. Burada, həmçinin Bədii Teatr, Təsviri İncəsənət sərgisi, Musiqi mərkəzi və bir çox maraqlı müəssisələr yerləşir.

Muzeyin ekspozisiyası elə qurulub ki, qonaqlar əvvəlcə qədim dövrlərin ab-havasına qərq olur və ekskursiyanı müasir reallıqlarla başa vururlar. Böyük İpək Yolu dövrünün nümayişi məqamı da çox maraqlı idi.

Sintszyan İncəsənət İnstitutu jurnalistlərin böyük marağına səbəb oldu. Burada təqdim edilən musiqi alətləri forma və adlarına görə Azərbaycan xalq alətləri ilə eynidir. Bizə Çin mədəniyyəti haqqında ətraflı məlumat verildi. Sonra yerli musiqiçilərin ifasında bizim mahnıları xatırladan xalq nəğmələri səsləndirildi.

Hazırda Çinin avtomobil sənayesi çox sürətli templərlə inkişaf edir. Bir çox şəhərlərin küçələrində bu ölkənin istehsalı olan avtomobilləri görmək olar. Azərbaycanlı jurnalistlərə Çinin avtomobil sənayesi müəssisələrindən birində istehsal prosesi ilə tanış olmaq imkanı yaradıldı. Quançjou şəhərində yerləşən “GAC Group”un yerli filialına maraqlı ekskursiya zamanı biz həmin avtomobillərin konveyerdən çıxması prosesini müşahidə etdik.

Dünyada səyahətçilərin getmək istədiyi xüsusi yerlər var. Onlardan biri də Tyan-Şanda yerləşən Tyançi gölüdür. Bu göl Tyan-Şan Milli parkının ərazisində, yüksək dağların əhatəsində yerləşir və Urumçidən təxminən 2 saatlıq məsafədədir. Gölün adı “səma gölü” mənasını verir və onu Tyan-Şanın incisi adlandırırlar. Bu göl ətrafındakı landşaftla birlikdə bizim Göygölü xatırladır, amma bizimki miqyasına görə ondan kiçikdir.

Sintszyan - Uyğur muxtar rayonunun sakinləri bizə yüksək səviyyədə qonaqpərvərlik göstərdilər. Rəsmi şəxslər, sadə vətəndaşlar, otel işçiləri, satıcılar, sürücülər, ofisiantlar və digər sakinlər bizi xoş sözlərlə, təbəssümlə qarşılayırdılar. Onların dediklərini başa düşməsək də, mimikalarından səmimi münasibətlərini anlamaq olurdu. Cənab Syuya sual verdik ki, hər yerdə bu cür ideal təmizliyi necə təmin edirsiniz? O, ətrafdakı məmurlara tərəf baxaraq, sanki bunun onların xidməti olduğuna işarə etdi. Hərçənd, sonra diplomatik şəkildə dedi: “Bu təmizlik yerli sakinlərin mentaliteti və əlbəttə, kommunal xidmətlərin əməkdaşlarının zəhməti sayəsində mümkün olur”.

Əlbəttə, Çin çox böyük ölkədir və onun çoxlu rayonları var. Biz Sintszyanda çoxmillətli Çinin kiçik modelini gördük. Burada bütün sakinlər dostluq və sevgi mühitində yaşayırlar.

Ziyadxan Həsənov

Urumçi-Bakı

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Naxçıvanda “Sözümüz imzamızdır” və “Arı” kitablarının təqdimat mərasimi olub

Müharibə veteranı Taleh Qasımov: Zəfər Günü xalqımızın qürur mənbəyidir

Tramp Ağ Evin aparat rəhbərini dəyişir

SOCAR və “Honeywell Technologies” arasında Qlobal Çərçivə Sazişi imzalanıb

Tramp: İranın qarşısını almasaydım, İsrail və Yaxın Şərq mövcud olmazdı

Dmanisi Tədris Mərkəzində tədbir: “Zəfər səsləyir bizi”

Birinci Qarabağ müharibəsi qəhrəmanının obrazını göz yaşları ilə yaradan aktyor – Elnur Vəlizadə

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub

“Neftçi” “Kəpəz”ə qalib gəlib

Beynəlxalq Çövkən Federasiyasına 7 yeni ölkə üzv qəbul edilib

“Zəfər sədası” müsabiqəsində ən yaxşı bədii qiraətçilər seçilib

Peşə təhsili müəssisələrinin təhsilverənləri üçün keçirilən ixtisasartırma təlimləri yekunlaşıb

Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında futbol turniri təşkil olunub

Xoreoqraf Şahar Binyamini: Azərbaycan rəqqasları çox istedadlıdırlar

AzTU-da “Şanlı Zəfər tariximiz” adlı tədbir: “Missiya” filmi nümayiş etdirilib

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

Nobel qardaşlarının Azərbaycan irsi Helsinkidə elmi müzakirə mövzusu olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb

ADPU-nun Quba filialında Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

AMEA-nın elmi müəssisələrində bal sistemi əsasında qiymətləndirmə mexanizmi təkmilləşdirilir

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib

Avropa Komissiyası: Çexiya miqrasiya təzyiqi təhlükəsi altında olan ölkələr sırasındadır

“Prezidentimizə söz verdim” – CAHANGİRBƏYLİDƏN REPORTAJ

Qələbənin sədası xalq çalğı alətlərində

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib

Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər

Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər

Zəfər Günü Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin təcəssümüdür - ŞƏRH

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Cahangirbəylinin həyat ağacı - FOTOLAR

MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Ağstafada bir ailənin 3 üzvü zəhərlənib

Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

BMT sammitində Bakı Kommünikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblər məlum olub

BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Zəfər Günü beynəlxalq hüququn bərpası baxımından mühüm tarixi və siyasi əhəmiyyətə malikdir - ŞƏRH

Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Milli qürurumuzun təntənəsi – ADPU-nun Şamaxı filialında Zəfər Günü

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb

Şəhid qardaşı: Mən həm qardaşımı, həm dostumu, həm də döyüş yoldaşımı itirdim