Azərbaycan Dövlət İnformasiya Agentliyi

BÖHRAN BİZİ SINAĞA ÇƏKİR

Bakı, 6 yanvar (AZƏRTAC). Son iki əsrdə dünyada sənaye cəmiyyətinin təşəkkülü və inkişafı bir sıra ölkələrin iqtisadiyyatında sistematik böhranlarla müşayiət olunmuşdur. XX əsrə qədər baş vermiş böhranların fərqləndirici xüsusiyyəti onların bir və ya iki-üç ölkənin hüdudları ilə məhdudlaşması idi. İndi isə sözün həqiqi mənasında beynəlxalq miqyas almış böhranlar getdikcə daha çox ölkəni əhatə edir. Ən başlıcası isə, böhranları əvvəlcədən dəqiq proqnozlaşdırmaq və onlardan yaxa qurtarmaq əslində mümkün deyildir. Bir sözlə, qloballaşan və inteqrasiya edən dünyamızda bu böhranlar milli sərhədləri aradan qaldıran və ölkələrə tab gətirməyin şərtlərini diktə edən ümumdünya fəlakəti xarakteri almaqdadır.

Analitiklərin fikrincə, son onilliklərdə iqtisadi kataklizmlərin qarşısını almaq üçün təsirli mexanizmlər yaradılmışdır - təsərrüfat proseslərinin dövlət səviyyəsində tənzimlənməsi möhkəmlənir, beynəlxalq maliyyə təşkilatları tərəfindən ciddi tədbirlər görülür, monitorinqlər keçirilir və s. Amma fakt faktlığında qalır: dünya iqtisadiyyatı resessiyaya səbəb olmuş misilsiz maliyyə böhranı məngənəsinə düşmüşdür. Lakin maliyyə-iqtisadi böhran dünya dövlətlərini özünəməxsus tərzdə birləşdirmişdir. Onlar öz fəaliyyətlərini əlaqələndirməyə məcburdurlar. Məsələn, avropalılar böhranın nəticələrini aradan qaldırmaq üçün beynəlxalq maliyyə sistemində islahat aparılması ideyasını təklif etmiş, G20 ölkələrinin Vaşinqtonda keçirilmiş sammitində və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASİƏT) Lima görüşündə “vahid cəbhə” şəklində çıxış edərək təcili tədbirlər görülməsini qərara almışlar.

Asiya ölkələri də arxayınlaşmır. Məsələn, Yaponiya iqtisadiyyatda mənfi proseslərin və əmək bazarında təhlükəli vəziyyətin tənzimlənməsi məqsədi ilə görüləcək tədbirlərin maliyyələşdirilməsi zərurətini nəzərə alaraq, büdcə xərclərini təqribən 1 trilyon dollar artırmağı planlaşdırır.

Çin ixracı Asiya, Orta Şərq və Cənubi Amerikanın inkişaf etməkdə olan ölkələrinə yönəltmək niyyətindədir, çünki hazırda Çinin ixracının 60 faizini təmin edən ABŞ, Aİ və Yaponiya böhrandan daha çox zərər çəkmişdir. Xatırladaq ki, son məlumatlara görə, Çinin inkişaf etməkdə olan ölkələrlə əmtəə dövriyyəsi inamla artmaqdadır. Məsələn, Hindistanla əmtəə dövriyyəsi 41,6 faiz artaraq 48,8 milyard dollara çatmışdır.

Xatırladaq ki, bu qlobal böhranın mərkəzində öz nou-hausu olan Amerikanın ipoteka krediti və maliyyə sistemi dayanır. Məsələyə bir qədər aydınlıq gətirməyə çalışaq. Faiz dərəcələrinin aşağı olması əhalinin ən müxtəlif təbəqələri üçün kreditlərin cəlbediciliyini artırmışdı. Heç nə ilə təmin olunmayan kreditlərin sayının hədsiz artması bir növ gec təsir göstərən bombaya oxşayırdı. Bu bombanın partlaması nəticəsində əvvəlcə tikinti sənayesi dağıldı, çünki banklar tikintini kreditləşdirməkdən imtina etdi, sonra işsizlik yarandı, daha sonra “domino” prinsipi üzrə bütün maliyyə sisteminin dağılması, inkişaf etmiş ölkələrin bir çoxunda iqtisadiyyatın artım sürətinin və istehsalın azalması başlandi. Zəncirvari reaksiya nəticəsində neftə tələbat azalmış, bu da öz növbəsində neftin qiymətinin aşağı düşməsinə və inflyasiyanın artmasına gətirib çıxardı.

ABŞ prezidenti vəzifəsinə seçilmiş Barak Obama “Time” jurnalına müsahibəsində demişdir: “ABŞ-da müsbət dinamika yalnız 2010-cu ildə nəzərə çarpa bilər, bu şərtlə ki, atılan addımlar düzgün olsun”. Lakin “Energy İnformation Administration”un məlumatına görə, resessiya ilə əlaqədar ABŞ neft idxalını 40 faizə qədər azaldacaqdır. Xatırladaq ki, hazırda dünyada idxal edilən “qara qızıl”ın 30 faizi Birləşmiş Ştatların payına düşür.

Ekspertlərin fikrincə, 2009-cu il dünya iqtisadiyyatı tarixində ən çətin illərdən biri olacaq və “iqtisadi indikatorların heç biri böhranın tezliklə başa çatacağından xəbər vermir”.

Azərbaycanlı analitiklərin fikrincə, çox əlamətdar haldır ki, dünya bazarlarında qeyri-sabitlik fonunda, məsələn, avro ilə müqayisədə Azərbaycan manatı və Amerika dolları möhkəmlənir.

Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin nəticələrini biz hələ o qədər də hiss etmirik. Hətta daşınmaz əmlak bazarında qiymətlərin bir qədər aşağı düşməsi müşahidə olunur. Neftin 1 barrelinin qiyməti 40 dollardan bir qədər çox olduğu indiki vəziyyətdə bizim neft sənayemiz, məsələn, Rusiyanın neft sənayesindən fərqli olaraq yüksək rentabelliyi ilə səciyyələnir. RF Prezidentinin köməkçisi Arkadi Dvorkoviçin sözlərinə görə, son 10 ildə ilk dəfə Rusiyanın büdcəsində kəsir yaranacaq və bu kəsir ehtiyat fond hesabına ödəniləcəkdir. Ədalət naminə deməliyik ki, Prezident Dmitri Medvedev RF-də sosial sahədə heç bir milli layihə üzərində işin dayandırılmayacağını bəyan etmişdir.

Bəs bu böhran Azərbaycanın maliyyə sektorunda necə əks olunacaqdır? Beynəlxalq Valyuta Fondunun missiyasının rəhbəri Valeriya Fikera Bakıya səfərinin yekunlarını şərh edərək demişdir ki, Azərbaycan Milli Bankının gördüyü tədbirlər sayəsində ölkənin maliyyə strukturları indiki sarsıntılar dövrünə kifayət qədər davamlı vəziyyətdə daxil olmuşdur. Fondun ekspertləri 2009-cu il üçün Azərbaycanın dövlət büdcəsini və dünya maliyyə böhranı fonunda respublika iqtisadiyyatında vəziyyəti təhlil edərək bu qənaətə gəlmişlər ki, Azərbaycanın bank sistemində vəziyyət kifayət qədər sabitdir.

Valeriya Fikera demişdir: “Biz Azərbaycandakı vəziyyəti bütövlükdə sabit kimi qiymətləndiririk və hesab edirik ki, ölkə böhranın nəticələrini, onun təsirini aradan qaldırmağa tam hazırdır”.

Onun sözlərinə görə, Milli Bank və Maliyyə Nazirlyi mövcud riskləri aydın təsəvvür edir və onları aradan qaldırmağa hazırdır. Üstəlik, başqa ölkələrdən fərqli olaraq, Azərbaycan güclü kapital axını ilə üzləşməmişdir, bu isə bizim üçün müəyyən üstünlüklər yaradır.

Yeri gəlmişkən, Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidməti bildirir ki, hazırda ABB-də respublika əhalisinin 492,7 milyon manat əmanəti saxlanılır. Bu, keçən ilin əvvəli ilə müqayisədə 26,2 faiz çoxdur. Təkcə bu fakt əhalinin Azərbaycan banklarına etimadının əyani göstəricisidir.

Dövlətin ümumi ehtiyatlarının və Dövlət Neft Fondunun aktivlərinin 2008-ci il sentyabrın axırı üçün qeydə alınmış ümumi məbləği 16 milyard ABŞ dolları və ya xarici borcun məbləğindən 6 dəfə çoxdur.

Bundan əlavə, BVF missiyası rəhbərinin fikrincə, “qiymətlərin indiki səviyyəsində 2009-cu ildə icmal büdcədə heç bir kəsir yaranmayacaq, Dövlət Neft Fondunun və dövlət büdcəsinin gəlirləri dövlət xərclərinin maliyyələşdirilməsi üçün kifayət edəcəkdir”.

Beləliklə, BVF missiyasının fikrincə, 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulan məbləğ əsaslıdır və bu siyasət ölkə iqtisadiyyatını qoruyur.

Əlbəttə, bütün bunlar heç də o demək deyil ki, əgər böhran çox uzanarsa Azərbaycanı iqtisadi problemlər gözləmir. Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzinin açılış mərasimində dediyi kimi, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır və xaricdə baş verən proseslər istər-istəməz öz növbəsində Azərbaycana da təsir edə bilər. Biz bu məsələlərin həlli ilə məşğuluq, lakin dünyanı bürümüş iqtisadi və maliyyə böhranını Azərbaycan xalqının hiss etməməsi üçün əlavə tədbirlər görülməsi zəruridir. Bunun üçün bizim imkanlarımız, iradəmiz, hərtərəfli düşünülmüş siyasətimiz var.

2008-ci ildə dünyada baş vermiş maliyyə ajiotajı, istehsalın tənəzzülü, işçilərin kütləvi şəkildə işdən azad edilməsi fonunda Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişaf etmiş, məqsədyönlü şəkildə yeni iş yerləri açılmışdır. Dövlət Statistika Komitəsinin 2008-ci ilin noyabr ayı üçün olan məlumatına görə, təkcə emal sənayesində istehsalın artımı 8 faiz təşkil etmişdir, istehsalın 51,6 faizi qeyri-dövlət sektorunun payına düşür.

BVF-nin və Beynəlxalq Maliyyə Korporasiyasının orta və kiçik biznesə həsr olunmuş birgə hesabatına görə, Azərbaycan islahatlar sahəsində lider olmuşdur və 64 bənd irəliləyərək, hazırda dünyada 33-cü yeri tutur. Bu fakt çox böyük sıçrayışdır.

Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas aspekti infrastruktur sahələrinin, qeyri-neft sektorunun inkişafıdır. Bu isə ölkənin inkişafının rəhnidir.

Dövlətimizin başçısı Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində demişdir “Təsadüfi deyil ki, 2008-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi tanıdı və bunu bəyan etdi. Bu onu göstərir ki, Azərbaycanda aparılan ciddi, düşünülmüş iqtisadi islahatlar öz bəhrəsini verir və dünya miqyasında Azərbaycan çox böyük nüfuza malikdir, çox böyük hörmətə malikdir”.

Tamilla Nuriyeva

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-nin maliyyə naziri İranın təhdidləri səbəbindən hərbi bazaya köçüb

Konqoda “Ebola” virusundan ölənlərin sayı 5,4 minə yaxınlaşıb

Tramp Ağ Evin mətbuat katibi vəzifəsinə Ben Ferqyusonu namizəd kimi nəzərdən keçirir

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Media: Qətər ABŞ-nin İrana mümkün hücumlarını ən azı iki həftə təxirə sala bilib

Almaniyada Çin dronlarının hərbi obyektlərdə istifadəsi qadağan edilib

İsrail qüvvələri Dəməşqin cənub-qərbindəki ərazini atəşə tutub

“Bild”: Suriyalı qaçqınların Almaniyadan deportasiyası 3,5 il çəkə bilər

Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib

Şimali Avropa ölkələri dəniz tərəfdaşlığı yaratmaq barədə razılığa gəliblər

Kuşner Əbu-Dabi danışıqlarının ilk gününü ümidverici qiymətləndirib

Britaniyada Rusiyaya casusluqda şübhəli bilinən ABŞ hərbçisi saxlanılıb

NYT: ABŞ doqquz ayda Venesuela neftindən 12 milyard dollardan çox gəlir əldə edib

Cim Cordan Nümayəndələr Palatasında respublikaçıların yeni lideri seçilib

Zaqatalada Vətən Müharibəsi Qəhrəmanının büstünün açılış mərasimi olub

Ərdoğan: Türkmənistanın TDT “Ailə məclisinə” üzv olacağına ümid edirik

Alparslan Bayraktar: Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsini müzakirə edirik

İbn Haldun Universitetində Azərbaycanın Qarabağ Zəfərindən danışılıb

Andrey Sibiqa: Ukrayna Rusiyaya atəşkəslə bağlı təkliflərini çatdırıb

Çempionlar Liqası: "Sabah" "Trabzonspor"u məğlub edib

Xankəndidə “Zəfər nəsli” gənclər düşərgəsinin bağlanış mərasimi olub

Qazaxıstanda Azərbaycanın Zəfər Günü münasibətilə təntənəli qəbul keçirilib

Zəfərdən tərəqqiyə: Qalib Azərbaycanın inkişaf strategiyasında elm faktoru

Laçında təbiətin ağ rəngli tablosuna çevrilən tənha ağac...

Şalva Papuaşvili: Brüssel Gürcüstanın Aİ üzvü dövlətlərlə ikitərəfli münasibətlərini bloklamağa çalışır

Çempionlar Liqası: "Turan" voleybol komandası qrup mərhələsinə yüksəlib

Türk ekspert: Azərbaycandan Avropaya yaşıl enerji dəhlizlərinin yaradılması sərfəlidir

Parisdə Azərbaycan kinosu ilə bağlı fikir mübadiləsi aparılıb VİDEO

Parisdə Azərbaycan kinosu ilə bağlı fikir mübadiləsi aparılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Energetika nazirini müavini: Azərbaycan və Türkiyə yaşıl enerji sahəsində lider rolu oynayırlar

COP31-də Azərbaycanda aşağıkarbonlu hidrogen sektorunun inkişaf perspektivlərindən danışılıb

Zelenski Əbu-Dabidə keçirilən üçtərəfli görüşün ilkin nəticəsindən danışıb

Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib VİDEO

Pərviz Şahbazov: COP29-un şəbəkə gündəliyini ölkələri və bazarları birləşdirən konkret layihələrə çeviririk

Mariam Kvrivişvili: Orta Dəhlizlə bağlı regional tərəfdaşlarla sıx əməkdaşlıq edirik

Tofiq Musayev: Biz mübariz ölkənin mübariz vətəndaşlarıyıq

Gürcüstan və Türkiyə enerji əməkdaşlığını genişləndirir

Zəfər Günü münasibətilə ‎"İki əsgər" tamaşası növbəti dəfə səhnədə

Fransa 1,5 milyard avrodan artıq dəyəri olan iki hərbi kəşfiyyat peyki sifariş edib

COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksəksəviyyəli dəyirmi masa keçirilib

Təhsil eksperti: Məktəblərdə tədqiqatyönümlü tədrisə ehtiyac var

Pentaqon rəhbəri ona qarşı impiçment təşəbbüsünü “siyasi tamaşa” adlandırıb

Böyük Britaniyada daha 650 məhbus vaxtından əvvəl azadlığa buraxılır

Əbu-Dabidə üçtərəfli danışıqların ilkin mərhələsi başa çatıb

Tallində Azərbaycanın Zəfər Günü ilə bağlı tədbir keçirilib

Azərbaycanın Zəfər Günü Bratislavada qeyd olunub

Böyük Britaniyada hökumətin fövqəladə hallara hazırlıq çağırışından sonra ərzaq və su satışları artıb

KTMT-də Ermənistanın səsvermə hüququndan məhrum edilməsi məsələsinə baxılacaq

Türkiyə 2040-cı ilədək enerji transformasiyasına 300 milyard dollar investisiya yatıracaq

Akademik Milli Dram Teatrında "Qarabağnamə" tamaşası nümayiş olunub

Marneulidə Zəfər Gününə həsr olunan futbol yarışı VİDEO

Marneulidə Zəfər Gününə həsr olunan futbol yarışı VİDEO

Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb

Abdulkadir Uraloğlu: Zəngəzur dəhlizinin bütün hissələrinin dörd ildən sonra istifadəyə verilməsi planlaşdırılır VİDEO

Abdulkadir Uraloğlu: Zəngəzur dəhlizinin bütün hissələrinin dörd ildən sonra istifadəyə verilməsi planlaşdırılır VİDEO

Meqan Markl atasının həbsindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb

Nurəddin Mehdixanlı: Xankəndidə gənclərlə görüşün təşkili tarixi bir missiyadır

Almaz Ülvi: Elm xalqları birləşdirən mənəvi körpüdür

Estoniyada Azərbaycanın Zəfər Günü təntənəsi

Fransada CGT-dən noyabrın 17-nə tətil çağırışı: Minimum əməkhaqqının artırılması tələb olunur

Batumidə Zəfər və Dövlət Bayrağı günləri təntənə ilə qeyd olunub

ABŞ hərbi təyyarələri Böyük Britaniyadakı ikinci aviabazanı da tərk edib

İngiltərə məktəblərində şagirdlərin mobil telefon saxlamasına qadağa qoyulacaq

Avropa Komissiyası Əbu-Dabi üzrə danışıqlara dair mövqeyini açıqlayıb

COP31-də qurulan Tropikal Kəpənək Bağçası xüsusi diqqət çəkir VİDEO

COP31-də qurulan Tropikal Kəpənək Bağçası xüsusi diqqət çəkir VİDEO

Azərbaycanlı tanınmış cərrah Berlində DRK Klinikasının rəhbəri təyin olunub

TÜBA rəhbəri: COP31 Türkiyə və Azərbaycanın iqlim sahəsində əməkdaşlığını beynəlxalq müstəvidə nümayiş etdirir

Elmir Babayev: Elm bəşəriyyətin ortaq inkişaf dilidir və gələcəyin formalaşmasında mühüm rol oynayır

Sankt-Peterburqda Zəfər Günü qeyd edilib VİDEO

Sankt-Peterburqda Zəfər Günü qeyd edilib VİDEO

Türkiyənin Vitse-prezidenti COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

COP31 çərçivəsində qlobal mina probleminə diqqət: Qarabağ Dirçəliş Fondundan mina terroruna qarşı mühüm təşəbbüs

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna görüşü: Müharibənin başa çatması istiqamətində real irəliləyiş gözlənilirmi?

Noyabrın 10-u Ümumdünya Elm Günüdür

Media: ABŞ Əbu-Dabidə Ukraynanın sərhədlərinin yenidən çəkilməsini təklif edib

Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib

Azərbaycanın energetika naziri COP31-də elektrikləşmə üçün istehsal, şəbəkələr və enerji saxlancının paralel inkişafına çağırıb

Rusiya Əbu-Dabi danışıqlarında irəliləyiş əldə olunacağına ümid edir

Rustem Umerov: Əbu-Dabidə üçtərəfli görüşdə hərbi əməliyyatların dayandırılması müzakirə edilir VİDEO

Rustem Umerov: Əbu-Dabidə üçtərəfli görüşdə hərbi əməliyyatların dayandırılması müzakirə edilir VİDEO

On noyabr - Ermənistanın kapitulyasiya aktına imza atdığı tarix VİDEO

On noyabr - Ermənistanın kapitulyasiya aktına imza atdığı tarix VİDEO

Teddi Riner prezidentliyə namizədliyini irəli sürdü: Makrondan dəstək

Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək VİDEO

Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək VİDEO

Tuluz şəhərində azərbaycanlı gənclər Zəfər Günü münasibətilə bir araya gəliblər

Dünyanın 190 ölkəsindən dörd min jurnalist Antalyada COP31-i izləyir

BDYPİ: Səfərdən qayıdan sürücülərə mühüm xəbərdarlıq!

Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb VİDEO

Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının nümayəndə heyəti Gürcüstanda beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Karol Navrotskiyə

Dənizkənarı Milli Parkda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

COP31-də Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Lüksemburqda Azərbaycanın Zəfər Günü silsilə tədbirlər və mədəni proqramla qeyd olunub

Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib

COP31-in ikinci günü enerji və infrastruktura həsr olunub

Qazax şəhərində avtomobildə baş verən yanğın söndürülüb

Gənc Tamaşaçılar Teatrında Zəfər Gününə həsr olunmuş səhnə əsəri nümayiş etdirilib

Zəfər Gününə özəl videoçarx: “Zəfərin səsi, qürurun nəğməsi”

10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar

Baş konsul: İnanıram ki, Zəngəzur dəhlizinin açılması fəaliyyət dövrümə təsadüf edəcək VİDEO

Baş konsul: İnanıram ki, Zəngəzur dəhlizinin açılması fəaliyyət dövrümə təsadüf edəcək VİDEO

Pərviz Şahbazov: Azərbaycanda bərpaolunan enerjinin payı 2035-ci ilədək 43 faizə çatdırılacaq

Cenevrədə Azərbaycanın təşəbbüsü ilə dəyirmi masa təşkil olunub